Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 4
  • DTX-nin həbs etdiyi hakerin məhkəməsində şok etiraflar

DTX-nin həbs etdiyi hakerin məhkəməsində şok etiraflar

admin 04/04/2025
mehkeme (2)

 

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hikmət Abdullayev ifadə verib.

O bildirib ki, “Zeromap” MMC-nin təsisçisi, “İdrak” şirkətinin prezidentidir. Tural Əliyevlə onu 2021-ci ildə ortaq tanışları görüşdürüb.

Şahid qeyd edib ki, Tural Əliyevlə söhbət edən zaman onun kompüter biliklərinə sahib olduğunu öyrənib: “Mən də onu işə götürdüm və bildirdim ki, biliklərindən istifadə etsin. Həmçinin ona bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini dedim. Ona gizli şəkildə heç bir ölkənin şirkətinin məxfi məlumatlarına daxil olmamağı tapşırmışdım”.

Hikmət Abdullayevin sözlərinə görə, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib: “Həmin proqramı dövlət orqanlarına təqdim edəcəkdik, proqram bəyənilsəydi, tətbiq edəcəkdilər”.

Şahid qeyd edib ki, bir müddət sonra xaricdən ölkəyə qayıdan zaman onu DTX-yə istintaqa dəvət ediblər: “Mən Turalın saxlanıldığını və saxlanılma səbəbi kimi şirkətlərin server sisteminə qanunsuz daxil olmasını öyrəndim”.

Məhkəmə iclasında məlum olub ki, 2021-2024-cü illər ərzində “İdrak” şirkəti “Zeromap”a 80 min manat ödəniş edib.

Hikmət Abdullayev bildirib ki, bu iş və müddət qarşılığında 80 min böyük məbləğ deyil: “Şirkət hər zaman risk etməyi bacarmalıdır. 80 min manat şirkət üçün böyük məbləğ deyil. Biz pul yatırmalıyıq ki, daha çox qazanaq. Mənim pul qarşılığında tələbim boşluqları aşkar edən proqram tapmaq idi. Tələbim ziyanverici proqram yaratmaq deyildi”.

İş üzrə şahid qismində ifadə verən E.Abdullayev isə bildirib ki, Tural Əliyevlə eyni sahə üzrə fəaliyyət göstəriblər: “Forumların birində tanış olmuşuq”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ifadəsində Turalın ziyanverici proqramlara meyilli olduğunu bildirib: “Tural ziyanverici proqramlar yaratmağa, onlarla maraqlanmağa meyilli idi. Hətta kiberhücumlara da cəhdlər edirdi. Hansı şirkətə cəhd etdiyini xatırlamıram. Lakin həmin cəhdlər uğursuzluqla nəticələnirdi”.

Daha sonra təqsirləndirilən Tural Əliyev bildirib ki, iş üzrə özünü qismən təqsirli bilir: “Mən “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm, amma istintaq sənədində qeyd olunan “Ulduz” MMC şirkəti barəsində olan ittihamı qəbul etmirəm”.

Proses aprelin 17-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Ayxan Hacızadə: Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi
Next: Türkiyə İran deyil: hərbi toqquşmamız olsa…. – İsraildən baxış

OXŞAR MÖVZULAR

6e4b5a08-7ffa-4dc4-8254-0b94527d2d3f_740

500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…”

admin 22/05/2026
trend_anar_quliyev_1

Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev

admin 22/05/2026
n3C4ZmMGQJxX5RYgC6gV4ySobiBiVSCfQ2zSqTsd_1200

Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır

admin 22/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.