Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 8
  • Bakıda Azərbaycan – İran birgə layihələri müzakirə edildi

Bakıda Azərbaycan – İran birgə layihələri müzakirə edildi

admin 08/04/2025
az-iran-görüş

 

Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüş geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb.

Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasına təkan verib ki, bu da əlaqələrin dinamik inkişafının təzahürüdür.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.

Ticarət-iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32%-dən çox artdığı qeyd edildi. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanıb, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub.

Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib, 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olundu.

Bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edildi, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulandı, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun və bununla yanaşı Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub. Bu marşrutların Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib. Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunulub. Vurğulanıb ki, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir.

Elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında ümumi ötürmə gücü 860 MVt olan 5 nöqtədə elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur, bu da enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.

Səfər zamanı həmsədrlər ikitərəfli layihələrin bir neçəsinin icra vəziyyəti ilə, həmçinin bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Tərəflər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşün sonunda cari ilin yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.

PAYLAŞIN:

Continue Reading

Previous: UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirildi
Next: Çətin danışıqlar başladı: uğursuz olsa…

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.