Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • Azərbaycanın innovativ idarəetmə modeli BMT-də nümunə kimi təqdim olunub

Azərbaycanın innovativ idarəetmə modeli BMT-də nümunə kimi təqdim olunub

admin 10/04/2025
ulvi-asan

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında çıxış edib.

Sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklüziv, elmi və sübuta əsaslanan həll yollarının irəlilədilməsində idarəetmə və institusional yanaşmalar” mövzusuna həsr olunub.

Ü.Mehdiyev bildirib ki, Azərbaycan son illər dövlət xidmətlərinin inkişafı və rəqəmsal transformasiyası sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə formalaşdırıb. 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmət qısa müddət ərzində regionda və dünyada innovativ idarəetmə modeli kimi tanınıb: “ASAN xidmət vətəndaş mərkəzli idarəetmə prinsiplərinə əsaslanır və bu model  “Heç kimi arxada qoymamaq” fəlsəfəsini təcəssüm etdirir,” – o vurğulayıb.

Ü.Mehdiyev əlavə edib ki, ASAN xidmət 2015-ci ildə BMT-nin Dövlət Xidməti Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafata layiq görülüb. Bu gün ASAN modeli 30-dan çox ölkəyə ixrac olunur və digər dövlətlər tərəfindən öyrənilir: “Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlər təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də geniş maraq doğurur. Bu baxımdan, COP29 zamanı BMT ilə birgə yaradılmış Etimad Fondu (UN Trust Fund) mühüm təşəbbüslərdən biridir. Fond vasitəsilə Azərbaycan az inkişaf etmiş ölkələrə, kiçik ada inkişaf etməkdə olan dövlətlərə, dənizə çıxışı olmayan ölkələrə və digər inkişaf etməkdə olan ölkələrə texniki dəstək, təlimlər və resurslar təqdim etməyə hazırdır. Bu fond dövlət idarəçiliyində innovasiya və potensialın artırılmasına xidmət edəcək, institusional dayanıqlığın gücləndirilməsində və DİM-lərin reallaşdırılmasında mühüm vasitəyə çevriləcək”.

Ü.Mehdiyev BMT ilə Azərbaycan arasında imzalanan “Töhfə sazişi” ilə bağlı üzv ölkələlərin nümayəndələrini məlumatlandırıb. O, sessiya iştirakçılarını saziş çərçivəsində Azərbaycanın intelektual brendi olan “ASAN xidmət” modelini BMT xətti ilə dünya ölkələlərinə çıxışının təmin olunmasını nəzərdə tutan qarşıdakı iki il ərzində dörd müxtəlif qitədə keçiriləcək regional forumlara dəvət edib. O bildirib ki, bu təşəbbüslər birgə təcrübə və bilik mübadiləsi üçün vacib platforma rolunu oynayacaq və dövlət xidmətlərində qlobal standartların formalaşmasına təkan verəcək: “İnnovasiya insanların dəyişən ehtiyaclarına cavab verməlidir. Dövlət xidmətlərinə çıxış imtiyaz deyil, hər insanın fundamental hüququdur”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Next: ABŞ-İran arasında “GİZLİ ZİRVƏ” – Vaşinqton danışıqları inkar etsə də, görüş baş tutur!

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.