Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • “Sülh sazişinin ilk variantı imzalana bilər” – Elmar Məmmədyarov

“Sülh sazişinin ilk variantı imzalana bilər” – Elmar Məmmədyarov

admin 10/04/2025
elmar_memmedyarov (1)

 

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqədim edirik:

– Elmar müəllim, Azərbaycanla Ermənistan arasında sülhə əsas maneələrdən biri erməni tərəfinin Qarabağa dair mövzunu razılaşmaya daxil etmək cəhdi idi. Ermənistan xarici işlər nazirliyi artıq bu mövzunun sülh sazişindən çıxarıldığını bildirib. Sizcə, əsas maneələrin aradan qaldırılması fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalana bilərmi?

– İki vacib şərt həll olunmalıdır. Bunlardan biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Digəri isə ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Bakı ilə İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət etməlidirlər. Çünki tərəflər arasında mövcud olmuş münaqişə həll edilib və prosesi tənzimləməyə cavabdeh olmuş, əslində isə heç bir iş görməmiş Minsk Qrupuna ehtiyac qalmayıb.

ATƏT də qısa zamanda birgə müraciətə əsaslanaraq qərar verməlidir. Sözsüz ki, bütün bu proseslər bir qədər zaman aparan məsələlərdir. Ona görə də, bu il üçün sülh sazişinin imzalanması ehtimalı çox azdır.

– Ermənistanın ədliyyə naziri bildirib ki, yeni konstitusiya mətninin 8-10 aydan tez hazır olması mümkün deyil. Bu, o deməkdir ki, referendumun 2026-cı ildən tez keçirilməyəcək. Baş nazir Nikol Paşinyan isə 2027-ci il anonsunu verib. Belə olan halda Azərbaycan həmin vaxta qədər gözləməyə hazırdırmı və ya gözləməlidirmi?

– O vaxta qədər əslində bir çox işləri görmək mümkündür. Ən azından əldə edilən sülh razılaşması üzərində mətnin hər iki tərəfdən paraflanması ehtimalı var. Yekun sülh sazişini isə Azərbaycanın tələb etdiyi iki vacib şərt yerinə yetirildikdən sonra imzalamaq olar. Rəsmi Bakının bu iki tərələbi hüquqa əsaslanır. Çünki Ermənistanda formalaşacaq yeni siyasi sistem bu mövzunu mübahisələndirə bilər.

Paşinyan bu gün var, sabah yoxdur. Ondan sonra hakimiyyətə gələnlər deyə bilər ki, “sülh sazişi bizim konstitusiyamıza ziddir”. Bu ehtimallara qarşı Azərbaycanın haqlı tələbləri başadüşüləndir. Ona görə də tələsik sülh sazişinə imza atmaq lazım deyil. Gözləmək lazımdır ki, Ermənistan bu tələbləri icra etsin.

– Ekspertlər iddia edir ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq üçün referenduma ehtiyac yoxdur. Parlament səs çoxluğu ilə bu iddiaları ləğv edə bilər…

– Bu, Ermənistanın daxili işidir. Qanunvericiliklərində belə imkanlar varsa, etməlidirlər. Azərbaycan sadəcə olaraq, burada tələb edən tərəfdir. Bunu rəsmi İrəvan hansı yolla edirsə, bu onun öz məsələsidir.

Əksər ölkələr konstitusiya dəyişikliyini referendum yolu ilə həyata keçirir. Amma elə ölkələr də var ki, parlament səviyyəsində bunu həll edə bilir. Bakının yeganə tələbi Ermənistan tərəfindən ölkəmizə qarşı hər hansı iddianın hüquqi zəmindən məhrum edilməsidir. Sonrakı proseslər erməni tərəfinin öhdəliyinə aiddir./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Next: Ermənistan İranla təlim keçirir: Tramp administrasiyasınn reaksiyası maraq doğurur…

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.