Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 18
  • Təhsildə süni intellekt və onun inkişafı: Nələr gözlənilir?

Təhsildə süni intellekt və onun inkişafı: Nələr gözlənilir?

admin 18/04/2025
reqemsal_mekteb

 

Elə dövrdəyik ki, hər bir sahədə süni intellektin gücünün verdiyi faydalara şahid oluruq. Bəs maraqlıdır, süni intellekt təhsilin inkişafı üçün nə vəd edir? Dünya praktikasından süni intellektlə bağlı hansı yenilikləri təhsil sistemində tətbiq etmək olar və əhatə darəsi nə qədər genişlənə bilər?

Mövzu ilə bağlı danışan təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli bildirib ki, süni intellekt texnologiyaları bu gün təkcə texnologiya və sənaye sahələrində deyil, təhsil də daxil olmaqla bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur:

“Təhsil sistemi üçün süni intellektin verdiyi imkanlar həm fərdi öyrənmənin güclənməsi, həm də idarəetmə və təşkilati baxımından effektivliyin artırılması böyük perspektivlər vəd edir. Bu texnologiyanın tətbiqi ilə şagirdlərin və tələbələrin bilik səviyyəsi, maraqları, zəif və güclü tərəfləri sistem tərəfindən analiz olunur və onların ehtiyaclarına uyğun fərdi tədris modelləri formalaşdırılır. Belə yanaşma həm öyrənmənin keyfiyyətini artırır, həm də motivasiyanı gücləndirir.

Dünya təcrübəsi süni intellektin təhsildə uğurla tətbiq olunduğunu göstərir. Məsələn, Çin artıq milyonlarla şagirdin fərdi tədris planını süni intellektə əsaslanan sistemlərlə təmin edir. ABŞ-də müxtəlif platformalar – istər adaptiv öyrənmə, istərsə də dil öyrənmə sahəsində – bu texnologiyadan geniş şəkildə istifadə edir. Finlandiya, Sinqapur kimi qabaqcıl təhsil modellərinə malik ölkələr isə bu aləti təkcə tədrisdə deyil, həm də psixoloji müşahidələrdə, məktəb-valideyn münasibətlərinin tənzimlənməsində və idarəetmədə uğurla tətbiq edirlər”.

Ekspert qeyd edib ki, süni intellektin təhsildə əhatə dairəsi zaman keçdikcə daha da genişlənəcək.

“Ancaq bu genişlənmə sadəcə texniki baxımdan deyil, həm də etik, pedaqoji və milli dəyərlər baxımından nəzərəçarpacaq bir məsələdir. Bu texnologiyanın imkanları nə qədər böyük olsa da, müəllim amili hələ də dəyişməz qalacaq. Çünki süni intellekt müəllimi əvəz etməyə deyil, onun fəaliyyətini asanlaşdırmağa, daha yaradıcı və strateji düşünməyə imkan yaradır. Belə bir dövrdə əsas məqsədimiz süni intellektdən qorxmaq yox, onu düzgün öyrənmək, tənzimləmək və milli təhsil strategiyalarımıza uyğun şəkildə tətbiq etmək olmalıdır.

Sonda onu da vurğulamaq istərdim ki, süni intellektdən faydalanmaq üçün təkcə texnologiya yox, həm də vizion lazımdır. Bu vizion isə insan kapitalına, müəllimin inkişafına, təhsil idarəçiliyinin çevikliyinə və şagirdlərin yaradıcı düşüncəsinin dəstəklənməsinə əsaslanmalıdır. Texnologiya bir vasitədir. Onu uğurlu edən isə onu düzgün istifadə edən insan amilidir”,- deyə Ə.Həsənli əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə mövzu ilə bağlı bildirib ki, süni intellektin təhsil sahəsində tətbiqi artıq inkişaf etmiş ölkələrdə təkcə texnoloji yenilik deyil, strateji təhsil siyasətinin mühüm istiqamətinə çevrilib:

“Ənənəvi tədris yanaşmaları ilə texnologiya əsaslı təhsil arasında fərq yalnız metodlarda deyil, nəticələrin keyfiyyətində və sürətində də özünü göstərir. Ənənəvi sinifdə müəllimin fərdi şagirdə fokuslanma imkanı son dərəcə məhduddur, halbuki süni intellekt alqoritmləri bu işi saniyələr içində edə, fərdi tədris planları hazırlaya, zəiflikləri aşkar edə və nəticə yönümlü müdaxilə edə bilir. Bu baxımdan, süni intellektin təhsildə tətbiqi həm tədris prosesinin fərdiləşdirilməsi, həm idarəetmə sisteminin optimallaşdırılması, həm də sosial bərabərliyin dəstəklənməsi baxımından ciddi dönüş nöqtəsidir.

Təhsil sahəsində süni intellektin tətbiqi ilk növbədə fərdiləşdirilmiş tədris imkanları ilə diqqət çəkir. Məsələn, ABŞ-də tətbiq olunan “Carnegie Learning” platforması riyaziyyat fənni üzrə şagirdlərin hər bir cavabını təhlil edir və ona uyğun çətinlik səviyyəsində yeni tapşırıq təqdim edir. Çin isə “Squirrel AI” sistemi ilə hər bir şagirdin davranışını, cavab sürətini, zəif mövzularını təhlil edərək adaptiv tədris modelləri qurur. Bu cür sistemlər müəllimin fiziki olaraq çatdıra bilmədiyi fərdi dəstəyi avtomatlaşdırır və kütləvi təhsildə fərdi yanaşmanı mümkün edir. Eyni zamanda Sinqapur və Cənubi Koreya kimi ölkələr süni intellekti yalnız şagird yönümlü deyil, həm də idarəetmə və tədris yükünün optimallaşdırılması üçün istifadə edir. Müəllimlərə dərs planları, qiymətləndirmə meyarları və sinif performansına dair statistik hesabatlar təqdim edən sistemlər artıq geniş tətbiq olunur”.

K.Əsədov qeyd edib ki, statistik göstəricilər bu texnologiyanın nəticələrini təsdiqləyir:

“2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılan araşdırmaya əsasən, süni intellektin istifadə olunduğu məktəblərdə şagirdlərin STEM fənləri üzrə nəticələri 14% yüksəlmişdir. Digər bir araşdırmada isə bu texnologiyanın tətbiqi nəticəsində müəllimlərin dərsə hazırlıq və qiymətləndirməyə sərf etdiyi vaxt 30%-ə qədər azalıb. Bu isə müəllimin daha çox yaradıcı və pedaqoji fəaliyyətə fokuslanmasına imkan verir.

Müsbət tərəflərlə yanaşı, süni intellektin təhsildə tətbiqi bir sıra risk və mənfi halları da gündəmə gətirir. Birincisi, texnoloji bərabərsizlik – bütün şagirdlərin texnologiyaya çıxışı bərabər deyil. Xüsusilə kənd məktəblərində internet və cihaz çatışmazlığı bu sistemlərdən effektiv istifadəni mümkünsüz edir. İkincisi, etika və məxfilik – süni intellekt platformaları şagirdlərin şəxsi məlumatlarını toplayır və bu, məlumatların təhlükəsizliyi və istifadəsi baxımından ciddi suallar doğurur. Üçüncüsü, müəllimin rolu – bəzi hallarda süni intellektin geniş tətbiqi müəllimlərin rolunun azaldılması təhlükəsi yaradır və pedaqoji münasibətlərin sıradan çıxmasına səbəb ola bilər. Yəni texnologiyanın yerinə müəllimi deyil, müəllimin yanında texnologiyanı düşünmək lazımdır”.

“Azərbaycan təhsil sistemində isə süni intellektin tətbiqi hələ başlanğıc mərhələsindədir. Hal-hazırda elektron jurnal, qiymətləndirmə sistemləri, bəzi platformalarda (məsələn, otm.az, e-dərs, video.derslik.az) məhdud formada tətbiq olunan alqoritmlər mövcuddur. Lakin bu sistemlər yalnız avtomatlaşdırma səviyyəsindədir, yəni tədrisin strukturuna dərin inteqrasiya olunmayıb. Nə dövlət strategiyalarında, nə də qanunvericilikdə süni intellektin təhsil sahəsində istifadəsini tənzimləyən konkret çərçivə yoxdur. “Təhsil haqqında” Qanunun 2009-cu il versiyasında texnologiyanın tətbiqi yalnız ümumi prinsip kimi qeyd olunur, amma süni intellektə dair konkret mexanizm, məsuliyyət və normativ baza hələlik yoxdur. Bu isə həm texniki, həm hüquqi, həm də etik risklərin qarşısının alınmasını çətinləşdirir”, – o əlavə edib.

O eyni zamanda qeyd edib ki, gələcəkdə süni intellektin tətbiqi ilə təhsil sistemində bir sıra dəyişikliklər baş verəcək:

“Şagirdin bilik və bacarıqları yalnız test nəticəsi ilə deyil, davranış modeli, mövzu üzrə cavab dərinliyi, interaktiv fəaliyyətləri ilə ölçüləcək. Müəllimlərin fəaliyyətinə dair hesabatlar daha obyektiv və nəticə yönümlü olacaq. Tədris planları regional və lokal ehtiyaclara uyğun şəkildə, data əsaslı şəkildə yenilənəcək. Bu isə sistemli, fərdiləşdirilmiş və ədalətli təhsil modelinin formalaşmasına təkan verəcək. Lakin bu dönüş yalnız texnologiyanın gətirilməsi ilə deyil, eyni zamanda müəllimlərin, idarəedicilərin və cəmiyyətin texnoloji savadlılığı ilə mümkündür.

Buna görə də, süni intellektin təhsildə uğurlu tətbiqi üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi, texnoloji infrastruktura bərabər çıxışın təmin olunması, müəllimlərin bu texnologiyalarla işləmək bacarığının artırılması və etik standartların müəyyənləşdirilməsi prioritet sahələr olmalıdır. Əgər bu amillər balanslı şəkildə nəzərə alınarsa, süni intellekt təkcə texnoloji yenilik deyil, həm də təhsil sisteminin keyfiyyət və ədalət meyarlarına uyğun transformasiyası üçün mühüm alətə çevriləcək”./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib
Next: Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları…

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.