Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 22
  • Gürcüstan artıq sığınacaq yeri deyil

Gürcüstan artıq sığınacaq yeri deyil

admin 22/04/2025
miqrant (1)

 

Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirməyə hazırlaşır. Hakim “Gürcü Arzusu” partiyası qonşu ölkələrlə münasibətləri pozmamaq üçün Gürcüstanı mühacirlər və müxalif fəallar üçün daha az cəlbedici yerə çevirməyə çalışır. Bir çox jurnalist, hüquq müdafiəçisi və fəal indiyə qədər Gürcüstana sığınırdı. İndi isə qanuna ediləcək dəyişikliklər bu şəxslərin ölkəyə buraxılmamasını və ya daha asan şəkildə ekstradisiya olunmasını mümkün edəcək.

Yeni qanun paketi “Beynəlxalq müdafiə haqqında” adlanır və artıq parlamentə təqdim olunub. Daxili İşlər Nazirliyi bu təşəbbüsü “qanunsuz miqrasiyaya qarşı mübarizə” və “sığınacaq sisteminin təkmilləşdirilməsi” ilə əsaslandırır.

Dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək. İlk dəfə olaraq qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması və Gürcüstana girişinə qadağa qoyulması cəza kimi nəzərdə tutulacaq. Eyni zamanda, ölkədə qalma qaydalarını pozan xaricilərə tətbiq edilən cərimələr dəfələrlə artırılacaq – bəzi məlumatlara görə bu məbləğ 2-3 min dollar civarında olacaq.

Yeni qaydalar sayəsində viza müddətini keçən və ya ən xırda qayda pozuntusu – məsələn, yol hərəkəti qaydasını pozmaq – törədən əcnəbilər daha asan şəkildə ölkədən çıxarıla biləcək.

Bundan başqa, sığınacaq üçün müraciətlərə baxılma prosesi də sürətləndiriləcək. Məqsəd bu işlərin aylarla uzanmasının qarşısını almaqdır. Hətta yeni qaydalara görə, əgər sığınacaq istəyən şəxsin Gürcüstana girişi təhlükəli sayılarsa, o, sərhəddəcə ölkəyə buraxılmadan geri qaytarıla bilər. Üstəlik, belə qərarı vətəndaşın məhkəmə yolu ilə şikayət etmək imkanı da olmayacaq.

Əslində bu dəyişikliklər gözlənilməz deyil. 2022-ci ildən sonra Rusiya hökumətini tənqid edən jurnalistlər, QHT üzvləri və fəallar Gürcüstana daxil olmaqda çətinlik çəkməyə başlayıblar.

Analitik David Avalişvilinin fikrincə Gürcüstan hökumətini belə bir addıma vadar edən əsas səbəb bu insanların ölkədə qalması yox, onların siyasi sığınacaqla bağlı müraciətlərinə uzunmüddətli baxılması və ekstradisiyanın mümkün olmamasıdır. Onun sözlərinə görə son damla azərbaycanlı jurnalist Əfqan Sadıqovun işi olub. Gürcüstan məhkəməsi doqquz ay ərzində qərar qəbul edə bilməyib və nəhayət onu azadlığa buraxmalı olub.

Qeyd edək ki, hazırda Gürcüstanda qüvvədə olan qanunvericilik 10-15 il əvvəl qəbul edilib. O dövrdə bu qanunlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyələri əsasında hazırlanmışdı. Gürcüstan həmin vaxt Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab olunurdu. Lakin son illər Tbilisinin Qərblə münasibətləri ciddi şəkildə gərginləşib – Vaşinqton və Brüssel hakim “Gürcü Arzusu”nu insan haqlarını pozmaqda ittiham edib və bir sıra rəsmi şəxslərə sanksiyalar tətbiq edib. AŞPA isə Gürcüstan nümayəndə heyətinin üzvlüyünü dayandırıb.

Gürcüstanın siyasi sığınacaq və miqrasiya qanunvericiliyini sərtləşdirməsi, əslində, Tbilisinin son illər dəyişən xarici siyasət prioritetlərini əks etdirir. Bu qərar bir tərəfdən region ölkələri – Azərbaycan, Türkiyə, İran və xüsusilə də Rusiya ilə münasibətləri gərginləşdirməmək məqsədi daşıyır. Digər tərəfdən isə, Gürcüstanın artıq Qərblə olan əvvəlki dərin tərəfdaşlıq münasibətlərindən uzaqlaşdığını göstərir./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: Tərəfdaşlıq strategiyası: Bakı və Pekin dialoqu real nəticələrə çevirir
Next: Azər Əmiraslanov: “Audit zamanı aşkar olunan nöqsanlara görə inzibati və hüquqi məsuliyyət sərtləşdirilməlidir”

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.