Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 23
  • Azərbaycanda süni mayalanma ilə bağlı dəhşətli faktlar: gələcəyimiz təhlükə altına necə atılır?

Azərbaycanda süni mayalanma ilə bağlı dəhşətli faktlar: gələcəyimiz təhlükə altına necə atılır?

admin 23/04/2025
süni maya

 

Dünyada süni mayalanmanı ingilis alimləri Patrik Steptou və Robert Edvards 13 illik elmi araşdırmalardan sonra ilk dəfə 1978-ci ildə tətbiq ediblər. Beləcə Yer kürəsinin süni mayalandırma yolu ilə ilk uşağı – Luiza Braun adlı qız dünyaya gəlıb. Süni mayalandırma keçmiş SSRİ-də 1986-cı, Azərbaycanda isə 2004-cü ildən tətbiq olunub.

Hazırda dünyada süni mayalandırma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Yaponiyada isə hər 11,6 uşaqdan biri ekstrakorporal mayalandırma yolu ilə dünyaya gəlir. Azərbaycana gəlincə, qeyri-rəsmi məlumatlara görə, hər il 1000-dən artıq ailə süni mayalandırma üçün müraciət edir. 2022-ci ildə açıqlanan rəsmi məlumata görə isə 85 000-90 000 süni mayalanma icra olunub. 10 il əvvəl isə bu göstərici 3-4 min civarında olub.
Bakupost.az
Rəqəmlər göstərir ki, Azərbaycanda süni mayalandırmaya təlabat ildən-ilə artır.
Bəs, bu sahədə əsl vəziyyət necədir?
Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Artıq 21 ildir ki, ölkəmizdə süni mayalandırmanın tətbiq olunmasına baxmayaraq, hələ də məsələnin hüquqi cəhətən tənzimlənməsi ilə bağlı ciddi boşluqlar var. Eyni zamanda süni mayalandırma ilə bağlı tibbi praktika qeyri-şəffafdır. Bu isə etik pozuntular və gələcəyimiz üçün ciddi genetik təhlükələr vəd edir. Bu gün ölkədə bu sahədə baş verənlər təkcə fərdi dramlar deyil, həm də cəmiyyətin genetik təhlükəsizliyinə qarşı sistemli bir təhdiddir.
Qanunun qəbulu niyə yubanır?
Qeyd etdiyimiz kimi, uzun illərdir Azərbaycanda süni mayalanma prosedurları həyata keçirilsə də, bu sahənin fəıaliyyətini tənzimləyən qanun hələ də qəbul olunmayıb. 2013-cü ildə hazırlanan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin bəzi maddələri ictimai narazılıq doğurduğundan geri çağırılıb. O vaxtdan indiyədəq bu qanunun qəbulu müşkülə düşüb.
Bakupost.az
Məlumatlara görə, ötən il bu məsələ Milli Məclisdə yenidən gündəmə gətirilib. Hətta qanun layihəsini hazırlayan deputatlara müəyyən təkmilləşdirmə işləri aparmaq təklif olunub. Amma hansısa səbəbdən sonradan proses yenə də yarımçıq saxlanılıb.
Nəticədə süni mayalanma sahəsində həm tibbi, həm etik, həm də hüquqi cəhətdən tənzimləmələrlə bağlı ciddi boşluqlar mövcuddur,
Donorların təkrarlanması – Genetik fəlakət təhlükəsi
Ən təhlükəli məqamlardan biri eyni donorlardan övlad sahibi olmaq istəyən müxtəlif ailələrdə istifadə olunmasıdır. Bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edir. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər.
Digər vacib məsələ isə qapalı, qeyri-şəffaf fəaliyyət göstərən klinikaların donor məlumatlarına dövlətin nəzarət imkanlarının olmamasıdır.
Bakupost.az
Çoxdöllü hamiləlik və sağlamlıq riskləri
Azərbaycanda süni mayalanmanın uğurlu alınması üçün bəzən bir neçə embrion eyni anda ana bətninə yerləşdirilir. Bu isə əkiz, üçəm, hətta dördəm hamiləliklərə yol açır. Nəticədə ana ölümü, erkən doğuş, uşaqlarda fiziki inkişaf geriliyi və sağlamlıqla bağlı digər ciddi problemlər ortaya çıxa bilər.
Halbuki süni mayalanma ilə bağlı sərt qanunvericiliyin mövcud olduğu bir sıra ölkələrdə, eləcə də qonşu Türkiyədə embrion sayı qanunla tənzimlənir. Məsələn, bir çox ölkələrdə anan bətninə maksimum iki embrion yerləşdirməyə icazə verilir.
Bakupost.az
Klinikaların “qara bazarı”: Pul, təzyiq və qanunsuz təkliflər
Qeyri-rəsmi məlumatlara görə, donor olan şəxslərə kişilər üçün 100 AZN, qadınlar üçün 500 AZN ödənilir. Maddi ehtiyac səbəbindən bəzi qadınlar dəfələrlə yumurtahüceyrə verir. Bu, onların sağlamlığı üçün hormonal pozuntular, sonsuzluq və digər ağırlaşmalarla nəticələnə bilər.
Bəzi hallarda isə həkimlər, ailənin övlad sahibi olmaq ümidsizliyindən istifadə edərək, subay qardaşın donor olmasını təklif edir. Bu isə etik və tibbi baxımdan qəbuledilməzdir.
Bakupost.az
Reklamlar qadağan edilsə də, açıq-aşkar davam etdirilir
2017-ci ildə Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Sənədlə hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağan edilib. Lakin real vəziyyət tam fərqlidir.
Bakupost.az
Belə ki, bir sıra klinikalar sosial şəbəkələrdə sponsorlu reklamlar yerləşdirir. Bundan başqa televiziya verilişlərində süni mayalanma ilə bağlı uğur hekayələrinin, klinikaların saytlarında isə süni mayalanma əsas xidmətlərdən biri kimi təqdim olunması hallarına rast gəlinir.
Məhkəmə qalmaqalları – Ailələr aldadılır
Ötən il süni mayalanma ilə bağlı baş verən qalmaqal yəqin ki, hər kəsin yadındadır. Belə ki, süni mayalanma etdirən ailədə boşanma qərarı verdikdən sonra atalıqla bağlı tərəddüdlər meydana çıxmışdı. Xəbərdə bildirilirdi ki, ərlə arvad arasında 2005-ci nikah bağlanıb. Övladı olmayan cütlük dörd il sonra – 2009-cu ildə tibb müəssisələrindən birinə müraciət edərək türkiyəli həkim Öndər Tulumbacının rəhbərliyi ilə süni mayalanma etdiriblər. Nəticədə cütlüyün əkiz övladı doğulub. Lakin uşaqlar doğulandan 7 il sonra cütlük boşanıb və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənib.
Həkim isə ailənin bu məsələdən əvvəlcədən xəbərdar olduğunu iddia edirdi. Bu cür hadisələrin yaşanması bir daha təsdiq edir ki, Azərbaycan süni mayalanma sahəsində hüquqi xaos mövcuddur.
Çıxış yolu nədir?
Əgər bu sahədə nəzarət mexanizmləri və qanunvericilik təcili şəkildə formalaşdırılmazsa, Azərbaycanda gələcəkdə sosial və genetik faciələr qaçılmaz olacaq. Bu səbəbdən də mütəxəssislər hesab edir ki, Azərbaycanda süni mayalanmanı tənzimləyən xüsusi qanun qəbul olunmalı, donorların qeydiyyat sistemi yaradılmalı, limitlər qoyulmalı, embrion sayı ilə bağlı tibbi protokollar tətbiq edilməlidir.
Bakupost.az
Bundan başqa, süni mayalanmanın reklam olunması ilə bağlı qadağaya əməl olunmalı və buna nəzarət gücləndirilməlidir. Eyni zamanda cəmiyyətə süni mayalndırma ilə bağlı düzgün maarifləndirmə aparılmalıdır.
Əlbəttə, sonsuzluqdan əziyyət çəkən ailələrin övlad sahibi olması onlara ümid və xoşbəxtlik bəxş edə bilər. Amma süni mayalanmanın qanunsuz tətbiqi təkcə ailələr ümün deyil, bütövlükdə cəmiyyət üçün faciələrə səbəb ola bilər. Hüquqi, etik və tibbi boşluqların qapadığı qaranlıq otaqlarda gələcəyimiz planlaşdırılır – amma heç kim bu gələcəyin necə olacağını bilmir.
Növbəti yazımız süni mayalanma ilə məşğul olan özəl klinikalar və onların reklamla bağlı qadağaları kobud şəkildə pozması ilə bağlı olacaq./bakupost.az
 
PAYLAŞIN:

Continue Reading

Previous: Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
Next: BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.