Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 28
  • Süni intellekt hansı problemlərə səbəb ola bilər? – Mənfi tərəfləri

Süni intellekt hansı problemlərə səbəb ola bilər? – Mənfi tərəfləri

admin 28/04/2025
sünii

 

Süni intellekt texnologiyaları son illər ərzində həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olub. Müsbət tərəfləri çox olsa da, ciddi təhlükə və problemlər yaratmaqda da “peşəkar”dır. Beynəlxalq Enerji Agentliyi də hesabatında bu məqama toxunub. Agentlik açıqlayıb ki, süni intellekt sayəsində enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb və daha da təkmilləşib. Süni intellektin müsbət tərəflərini tez-tez müzakirə edir, faydalanırıq. Bəs mənfi tərəfləri nədir? Süni intellekt hansı problemlərə səbəb ola bilər?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Manipulyasiya, fırıldaqçılıq…

Süni intellekt modelləri vasitəsilə risklərin təhlili, fırıldaqçılığın aşkarlanması və məlumat məxfiliyinin qorunmasında bizneslərə həllər təqdim edən “Polygraf AI”nin baş icraçı direktoru Yaqub Rəhimov “Kaspi”yə açıqlamasında bildirdi ki, süni intellekt, əsasən, çox vaxt aparan, yorucu işlərdə insanlardan daha çox nəticə verir: “Məsələn, 300 min səhifəlik sənədi insandan yaxşı analiz edir. Bu səbəbdən daha çox yorucu işlərdə ondan istifadə halları artacaq və genişlənəcək. Buraya analitik məsələlər, kibertəhlükəsizliyə nəzarət, fərdi dataların qorunmasına nəzarət və sair daxildir”.

Mütəxəssis bildirir ki, süni intellektin tətbiqində iki problem ciddi şəkildə nəzərə çarpır: “Onun tətbiqi xüsusilə data analitikası və verilənlərin təhlili sahəsində daha məqsədəuyğundur. İnsanlar qərarvermə prosesində bəzən emosional, subyektiv və qərəzli yanaşa bildikləri halda, süni intellekt sistemləri obyektiv və məlumat əsaslı analizlər təqdim edə bilir. Lakin bu texnologiyanın tətbiqində iki əsas problemlə qarşılaşa bilərik. Birincisi, şəxsi məlumatların yanlışlıqla və ya nəzarətsiz şəkildə süni intellekt sistemlərinə ötürülməsidir. Bu hallar sintetik data vayninq (verilənlərin süni şəkildə çıxarılması və manipulyasiyası) riskini artırır. İkinci problem isə süni intellekt vasitəsilə həyata keçirilən fırıldaqçılıq hallarıdır. Məsələn, insanların bank hesablarının boşaldılması, şəxsi məlumatlar vasitəsilə əmlaklarına qanunsuz yolla müdaxilə edilməsi bu kontekstdə xüsusilə narahatedicidir”.

Süni intellekt peşələri tamamilə əvəz edəcək?

Y.Rəhimov bu texnologiyanın peşələri tamamilə əvəz edəcəyi fikri ilə razı deyil: “Cəmiyyətdə bəzən yanlış fikir formalaşır ki, süni intellekt insanları və bəzi peşələri tamamilə əvəz edəcək. Əksinə, süni intellekt əmək məhsuldarlığını artırır, insanların gündəlik rutin və təkrarolunan işlərini avtomatlaşdıraraq onlara daha çox fərdi fəaliyyətlərə və sevdikləri işlərə fokuslanmaq imkanı verir. Beləliklə, bu texnologiyalar düzgün istifadə olunduğu təqdirdə, insanların həyat keyfiyyətini yüksəltmək və tənbəlliyi aradan qaldırmaq baxımından əhəmiyyətli bir rol oynaya bilər”.

“Təkcə texnoloji deyil, geosiyasi və iqtisadi təhlükələr yaradır”

İKT üzrə ekspert Elvin Abbasov deyir ki, kibertəhlükəsizlik sahəsində çox dərin və təhlükəli risklər var: “Süni intellekt artıq təkcə texnologiya sektoru ilə məhdudlaşmır – səhiyyə, maliyyə, təhsil, nəqliyyat, energetika və dövlət idarəçiliyinə qədər demək olar ki, bütün sahələrdə geniş şəkildə tətbiq olunmağa başlayıb. Lakin bunun çox təhlükəli riskləri var. Kiberhücum edənlər artıq süni intellektdən istifadə edərək zəif nöqtələri daha sürətlə aşkar edir, müdaxilə üsullarını avtomatlaşdırır və hədəfə yönəlik daha mürəkkəb və “ağıllı” hücumlar həyata keçirə bilirlər. Bu isə təkcə texnoloji deyil, həm də geosiyasi və iqtisadi təhlükələr yaradır”.

Hücumlar süni intellektlə həyata keçirilirsə…

Ekspert vurğulayır ki, dezinformasiya və saxta kontentlərin (deepfake) yayılması, şəxsi məlumatların icazəsiz toplanması və emal edilməsi, qərarvermədə şəffaflığın azalması və süni intellekt modellərinin qərəzli qərarlar verməsi bu sahədə üzə çıxan əsas problemlərdəndir: “Bu problemlərin qarşısını almaq üçün süni intellektin istifadəsini tənzimləyən hüquqi baza formalaşdırılmalı, onun alətləri istifadəyə verilməzdən əvvəl təhlükəsizlik və etik uyğunluq baxımından müstəqil qurumlar tərəfindən sertifikatlaşdırılmalıdır. Bundan əlavə, hücumlar süni intellektlə həyata keçirilirsə, müdafiə də süni intellektlə gücləndirilməlidir. Yəni, süni intellekt əsaslı müdafiə sistemləri yaradılmalı, xüsusilə kritik infrastruktur üçün daha dayanıqlı və öyrənən təhlükəsizlik mexanizmləri tətbiq olunmalıdır”.

“İnsanlar tərcüməni belə süni intellektə tam etibar etmirlər”

E.Abbasov yaxın illər ərzində heç bir peşənin süni intellekt ilə əvəzlənməsini gözləmir: “Süni intellektlə bağlı hazırda cəmiyyətdə böyük bir qorxu var ki, peşələri əvəzləyəcək. Düzdür, o, ən sadə ofis işlərinə qədər müxtəlif sahələrdə tətbiq olunaraq iş proseslərini asanlaşdırır. Lakin hələlik süni intellekt heç bir peşəni tam əhatələməyib. Bu günə qədər heç bir şirkət, hətta ən sadə tapşırığı belə tam olaraq süni intellektə həvalə edib, onu müstəqil qərar verən bir subyekt kimi tanımayıb. Məsələn, süni intellektin ən effektiv tətbiq sahələrindən biri tərcümədir. Buna baxmayaraq, beynəlxalq araşdırmalar göstərir ki, tərcüməçilərə ehtiyac hələ də çox yüksəkdir”.

Lazımsızlıq hissi, məna boşluğu, zəif empatiya

Süni intellektin sürətli inkişafı və gündəlik həyatımıza inteqrasiyası psixoloji aspektlərdən də risklər yaradır. İnsanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri danılmazdır.

Psixoloq Nizami Orucov deyir ki, süni intellektin yaratdığı ən əsas psixoloji problem asılılıqdır: “Süni intellektlə ünsiyyət bir qaçış yeri, sığınılacaq məkana çevrilməyə başlayır. İnsanlarda bir robotla danışmaqdan qaynaqlana biləcək empatiya azlığı müşahidə oluna bilər. İnsani ünsiyyətin tərkibi ilə süni intellektlə ünsiyyətin tərkibi eyni ola bilməz. Bununla da insani dialoqlar, insani yanaşma, empatiyalar zamanla zəifləyə, məna boşluğu yaşana bilər. İş yerlərinin avtomatlaşdırılması və insan əməyinin azalması bəzi insanlarda “lazımsızlıq” hissi yaradır, bu da depressiya və motivasiya itkilərinə səbəb olur”.

PAYLAŞIN:

Continue Reading

Previous: Kommunal xidmətlərlə bağlı yenilik
Next: “Real”ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs – Mövsümün parıldayan ulduzları

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.