Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 29
  • Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

admin 29/04/2025
mesud-pezeshkian1 (1)

 

İran Prezidenti Məsud Pezeşkianın Bakıda Şəhriyardan səsləndirdiyi

– Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

şeiri Arazın hər iki tayının ayrı düşməsi və birləşmə ümidləri fonunda ruhumuzu oxşasa da, azərbaycanlı prezidentin bununla nəyin xiffətini çəkdiyi – o taylı, bu taylı Azərbaycan, yoxsa “komponent bütünlüyə, kiçik böyüyə birləşir” ideyasına diqqət çəkdiyi mübahisəlidir.

İran prezidentinin Rəisinin ölümündən öncə başlanan Azərbaycanla münasibətlərin normallaşması siyasətini dəstəkədiyi doğrudur. O, AzTV-yə müsahibəsində də Bakı-Tehran münasibətlərinin gərgin olduğu və normallaşma mərhələsinin başlandığı haqda suala “Bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul etmirlər” cavabı ilə İran siyasi elitasında Azərbaycana qarşı olan qüvvələrin yanaşmasını bölüşmədiyini açıq şəkildə dilə gətirdi. Hərçənd, Pezeşkianın bu yanaşmasını İran elitasında bölüşməyənlər olsa da, ölkənin siyasi rəhbərliyinin izlədiyi siyasətin tərkib hissəsidir. Və bu proses – Azərbaycanla normallaşma siyasəti iki amildən qaynaqlanırdı:

1. Azərbaycanın İran hücumları qarşısında geri çəkilməməsi;

2. İran ətrafında çəmbərin daralması;

İranın Azərbaycana qarşı siyasəti dəyişməsə də, sərt ritorika və bunu dəstəkləyən qrupların arxa plana keçməsi hələ Rəisinin dövründə başlanmışdı. Pezeşkian bu siyasəti davam etdirir, çünki “müqavimət oxu” zəifləyən İran ətrafındakı çəmbərin daralması fonunda regional münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Azərbaycan isə İran üçün mövcud vəziyyətdə xüsusilə əhəmiyyətlidir.

– İran-Türkiyə: Bakı Tehranla Ankara arasında körpü ola, Yaxın Şərqdə itirdiyi mövqelərini müəyyən qədər bərpa edilməsi müzakirəsini təşkil edə bilər; İranın ABŞ-la nüvə danışıqları və mümkün müdaxilə gözləntiləri fonunda da Türkiyəyə ehtiyacı var və Bakı ilə normal münasibətlər Ankara ilə də təmaslara müsbət çalarlar qata bilər;

– İran-İsrail: Bakı bu qarşıdurmada neytral mövüe sərgiləsə də, hər iki ölkə Azərbaycanı öz tərəfinə çəkmək, ən azı neytrallığını təmin etməyə çalışır;

– İran-Rusiya: Azərbaycan bu iki ölkə arasında əsas tranzit rolunu oynayır, “Şimal-Cənub” nəqliyyat dəhlizi xüsusilə önəmli layihədir;

– İran-Çin: Pekinin “Bir kəmər, bir yol” layihəsində Bakıya verdiyi önəm Tehranda nəzərə alınır;

Və İran dilə gətirməsə belə, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda iştirakçılığın Azərbaycandan asılı olduğunu anlayır.

Bütün bunların fonunda Pezeşkianın Azərbaycana İran prezidenti kimi gəldiyi reallığı unudulmamalıdır. Onun “Ağlaşaydım uzaq düşən elinən” dedikdə “bütöv Azərbaycan” yox, “kiçik böyüyə birləşir” ideyasını nəzərədə tutduğu ehtimalı daha böyükdür. Söhbət Xameneinin 1991-ci ildə dilə gətirdiyi və indi də gündəmdə saxladıqları “Azərbaycan Respublikası bu ölkənin (İran) və bu cəmiyyətin bir hissəsi idi və bəzi səbəblərə görə təxminən 150 ildir ki, İrandan ayrılmışdır. Baxanda görürük ki, onların bu tərəfdəki azərbaycanlıların hislərini oyatmaq məqsədləri var. Əlbəttə əsas məqsəd budur. Həmişə komponent bütünlüyə, kiçik isə böyüyə birləşir. Lakin onlar bu məsələni tərsinə çevirmək və böyüyü kiçiyə birləşdirmək istəyirlər” sözlərindən gedir. Xameneinin razılığı ilə prezident postuna gələn Pezeşkianın bunun əksinə getməsi mümkün deyil, şəxsi yanaşmaları nə olursa olsun. Pezeşkianın prezident seçilməsində rol oynayan amilləri bu kontekstdə xatırlamaq yerinə düşər.

Birincisi, azərbaycanlı doktorun prezident olması İran siyasi-hərbi rəhbərliyinin ölkənin milli-etnik bölünməsi risklərinə qarşı gedişi idi, xüsusilə bütün etniklərə “bu ölkə hamımızındır” mesajını vermək və üç il öncə hicab etirazlarından sonra Bəlucistan və Kürdüstanda bölünmə risklərinə Cənubi Azərbaycanın mümkün dəstəyinin qarşısını almaq baxımından;

İkincisi, islahatçı və normallaşmaya açıq prezident İrana yeni nüvə danışıqları, Qərblə münasibətlərin perspektivləri baxımından lazım idi;

Üçüncüsü, Pezeşkianın gəlişində mühafizəkarlar arasındakı qarşıdurmanın da müəyyən rolu olmuşdu;

Lakin Bakının Tehran üçün önəmi və Pezeşkianın izlədiyi/izləməyə çalışdığı siyasət Azərbaycan-İran münasibətlərində normallaşma istəklərinin davam etməsi və gərginliyin arxa planda qalması perspektivini gücləndirir. Və bu, Azərbaycanın xarici siyasət kursunda önəmli komponentlərdəndir.

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya Zelenskinin təklifini qəbul etmədi
Next: Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.