Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı…

TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı…

admin 01/05/2025
taliv-manshet

 

Məhərrəm Talıbov. Bu şəxsina adı Azərbaycanda çoxlarına tanışdır. Tanımayanlar isə soyadını eşitdikdə, söhbətin kimdən getdiyini yaxşı biləcək. Bəli, düz bildiniz, məşhur xanədanlığın ən “parlaq” simalarından biri, keçmiş “Naxçıvan xanı” Vasif Talıbovun həşəmətli qardaşı!

Amma Məhərrəm Talıbovun oğlu Elnur Talıbov da atasından az məşhur deyil. Eyş-işrətə meylli olan bu gənc haqqında istər mətbuatda, istər də sosial şəbəkələrdə çox yazılıb. Məsələn, onun əmisinin sevimlisi, atasının “gül balası” olduğu Naxçıvanda hər kəsə bəllidir. Görünür, bu səbəbdən də hələ uşaq yaşlarından “bir dediyi iki edilməyib”. O, öz tay-tuşları arasında dəyəri yarım milyon olan bir neçə bahalı avtomobili, istər ölkə daxilində, istər də xarici dövlətlərdə adına alınan milyonlarla dollarlıq obyektləri ilə seçilib. Hətta Məhərrəm Talıbov öz əziz-xələf oğlu üçün “əyləncəli hərbi xidmət” də təşkil etdirib. Bir neçə il əvvəl mətbuat yazırdı ki, Elnur 2022-ci ildə “hərbi xidmətdə” olduğu vaxtlar onun üçün N saylı hərbi hissədə “qüllə” deyilən binada özəl otaq hazırlanıb. O, burada müdafiə nazirinin keçmiş müavini Kərəm Mustafayevin oğlu Murad Mustafayevlə birgə “xidmət ediblər”. Onlar orda istirahət edir, istədikləri vaxt şəhərdə gəzir, istədikləri vaxt da Bakıya uçub, paytaxtda nahar edib geri qayıdırlarmış. Belə desək, kasıbların övladı səngərdə erməni ilə üz-üzə dayanıb vətən torpağını qoruduqları halda, bu məmur balaları əsgərliyi də eyş-işrətlə keçiriblər.

Mətbuat onu da yazırdı ki, Talıbovun “xanlığı” dönəmində Naxçıvan DYP-nin əməkdaşları istər Elnurun, istər də qardaşı Samirin əlindən cana doyublar. Belə ki, onlar Muxtar Respublikada yol hərəkatı qaydalarına məhəl qoymadıqları üçün tez-tez yol polisləri ictimai qınaqla üzləşirmiş. Yenə də, kimsə öz vəzifəsini itirməmək üçün, cəsarət edib bu qardaşların avtomobilini saxlamırmış. Cəmi bir, yaxud iki dəfə Elnurun maşını cərimə meydançasına aparılıb ki, bu zaman da həddən artıq içkili olub. Həmin vaxt da polis əmədaşları “yuxarılara” məruzə ediblər ki, guya, onun qəza törətmək ehtimalı yüksək olduğundan, avtomobili saxlamaq məcburiyyətində qalıblar. Hətta, deyilənə görə, həmin avtomobil aylarla cərimə meydançasında unudulub və günlərin bir günü Elnur öz bahalı “oyuncaq”larından birinin əksik olduğunu biləndə, ona cərimə meydançasında olduğunu deyiblər. O da tez yol polisinə zəng vurub ki, maşını yuduzdurub, gətirib qarajında saxlasınlar…

Məlumata görə, Elnur maşınlarını ildə bir dəfə yeniləməyi sevir. Məsələn, onun dəyəri təxminən yarım milyon dollar olan avtomobili cəmi 1 il sürdükdən sonra qiymətinin 1/3-nə, 160 min dollar satışa çıxardığı ilə bağlı sosial şəbəkələrdə görüntülər fakt var.  

Şübhəsiz, Elnurun kişik qardaşı Samir də “ərköyünlükdə” qardaşından geri qalmayıb. O da eyş-işrətə meylli gənc olub. Deyilənə görə, Samir ad gününü hər il bir ölkədə keçirməyə adət edibmiş. O, tez-tez qardaşı ilə Dubaya istirahətə getməyi də sevirmiş. Hansı ki, qardaşların burada bahalı obyektləri, villaları, hətta milyonluq yaxtlarının olduğu haqda informasiyalar var. Üstəlik, onların sosial şəbəkələrdə bu şəhərdən paylaşdığı görüntülər də deyilənləri təsdiq edir. Mənbənin sözlərinə görə, ailənin Dubaydakı mülklərinə Samir nəzarət edir. O, ən azı ayda bir dəfə bu şəhərə gedib-gəlir.

Bütün bunlardan başqa, Samir Talıbovun adı dəfələrlə başqalarına məxsus əmlakları mənimsəmədə də hallanıb. Hətta bunun üçün onu və atası Məhərrəm Talıbovu məhkəməyə də veriliblər. Maraqlıdır ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da olub…

Mənbə deyir ki, Talıbov qardaşları ölkədə olduqları vaxt günlərini Bakının mərkəzində – Nərimanov rayonu, Ə.Rəcəbli-2 küçəsi 23-də yerləşən 4 mərtəbəli binanın üst qatında, özləri üçün ayırdıqları ofisdə keçirirlər. İddia olunur ki, onlar tez-tez burda kef məclisləri təşkil edirlər. Bu binanın təkcə 2 mərtəbəsindən hər ay 50 min manata yaxın icarə haqqı alınır. Birinci mərtəbəsində restoran və “Karvan PUB” yerləşir. Yuxarı mərtəbələr isə ofis kimi icarəyə verilib.

Bütün bunlardan göründüyü kimi, Naxçıvanda “Talıbov xanlığı” süquta uğradılsa da, xanədanlığın hər bir üzvü hələ də öz sərvətlərinə sərvət qatmaqdadırlar…/hurriyyet.az

P.S. Mövzunu davam etdirəcəyik.

 

PAYLAŞIN:

Continue Reading

Previous: Moskvanın yumşaq anneksiya siyasəti: Paşinyan konsulluq açmağa izn verməsə…
Next: Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.