Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • “Mineral sazişi”: kim, nə qzanır? – “Uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyuldu…”

“Mineral sazişi”: kim, nə qzanır? – “Uzunmüddətli strateji tərəfdaşlığın əsası qoyuldu…”

admin 01/05/2025
tr-zel-saziş

 

“ABŞ və Ukrayna arasında imzalanan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” ölkələr arasında iqtisadi və siyasi əlaqələri yeni mərhələyə daşıyır. Bu müqavilə, təkcə Ukraynanın bərpası üçün deyil, həm də ABŞ ilə uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyur”.

Bunu siyasi şərhçi Şahin Cəfərli ABŞ və Ukrayna arasında imzalanmış “Mineral sazişi” adlanan sazişin əhəmiyyətini izah edərkən bildirib.

Sazişin əsas xüsusiyyətləri haqda danışan ekspert qeyd edir ki, anlaşmaya görə, Ukraynanın yeraltı və yerüstü sərvətləri, o cümlədən ərazi sularındakı ehtiyatlar tamamilə Ukrayna dövlətinin mülkiyyəti olaraq qalır: “Bu, ABŞ-ın Ukraynaya olan borcları və onların qaytarılması ilə bağlı heç bir öhdəlik daşıdığı anlamına gəlmir. Sazişin ən diqqətçəkən hissələrindən biri də ABŞ-ın və Ukraynanın Fondun idarə olunmasında 50/50 bərabər paya sahib olmasıdır.

Ukrayna hökuməti yeni sahələrin və yataqların istismarı üçün verəcəyi lisenziyalardan əldə etdiyi gəlirin 50%-ni bu Fonda köçürəcək. ABŞ isə Fonda maliyyə, hərbi yardım və texnologiya cəlb etməyi öz üzərinə götürür. Önemli bir digər məqam isə Fondun gəlirlərindən nə ABŞ-də, nə də Ukraynada vergi tutulmamasıdır”.

Bəzi ekspertlər və şərhçilər, bu sazişin ABŞ-ın Ukraynadakı iqtisadi və hərbi iştirakını artıracağını qeyd edir. Bununla belə, ABŞ tərəfinin bu razılaşmadan konkret olaraq nə əldə edəcəyinin tam olaraq aydın olmadığı vurğulanır.

Ş.Cəfərli vurğulayır ki, bu məsələnin texniki detalları, daha sonra imzalanacaq sənədlərdə müəyyən edilə bilər.

Təhlilçinin sözlərinə görə, bu anlaşma Trampın daxili auditoriyasına “Bayden dövründə verilən yardımları əvəzində nələr əldə ediləcəyi” mesajını vermək məqsədi güdür: “ABŞ şirkətlərinin müharibədən sonra Ukraynanın bərpasında daha çox pay alacağı ehtimalı da diqqət çəkir. Bu, həmçinin Putinin Rusiyasının maliyyə təzyiqlərinə qarşı ABŞ-nin strateji bir addımı kimi də qiymətləndirilə bilər”.

Şahin Cəfərli, bu sazişi Ukraynanın siyasi və strateji əhəmiyyəti baxımından xüsusi olaraq qiymətləndirir: “ABŞ-nin Ukraynanın gələcəyinə olan inamını və bu gələcəyə yatırım qoyma iradəsini göstərən bu razılaşma, həm də Rus imperiyasının hədəflədiyi Ukraynanın milli dövlətini qorumaq üçün vacib bir addımdır.

Ukraynanın bərpası, inkişafı, təhlükəsizliyi və qlobal iqtisadi strukturlara inteqrasiyasına ABŞ-nin dəstəyi sazişin əsas məqsədidir. ABŞ və Ukraynanın uzunmüddətli strateji tərəfdaşlıq barədə vurğulanan məqamlar da bu razılaşmanın Ukrayna üçün bir növ qələbə olduğunu göstərir”.

Ekspert xatırladır ki, sazişin imzalanmasının ardınca, ABŞ tərəfindən Ukraynaya 50 milyon dollar dəyərində hərbi məhsul ixracı edilməsi gözlənilir: “Bu, Tramp dövründəki ilk hərbi dəstək paketidir. Eyni zamanda, ABŞ Senatında sülhə razı olunmadığı halda, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə 72 senator imza atıb. Bu layihə, Rusiyadan enerji resursları alan ölkələrə 500%-lik rüsum tətbiq edilməsini nəzərdə tutur”.

Təhlilçi vurğulayır ki, ABŞ və Ukrayna arasında imzalanan bu “minerallar anlaşması” iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirir. Onun sözlərinə görə, Ukrayna üçün bu sazişin ən böyük mənası, ABŞ-ın Ukraynanın gələcəyinə olan inamıdır. Həmçinin, bu addım, Rusiyaya qarşı geosiyasi mübarizədə ABŞ – nin mövqeyinin gücləndirilməsi üçün mühüm bir strategiyadır./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Onların arasında böyük uçurum var” – Vensdən Ukrayna ilə bağlı pessimist açıqlama
Next: Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.