Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • Moskvanın yumşaq anneksiya siyasəti: Paşinyan konsulluq açmağa izn verməsə…

Moskvanın yumşaq anneksiya siyasəti: Paşinyan konsulluq açmağa izn verməsə…

admin 01/05/2025
pashinyan
“İrəvan Qafqanda baş konsulluq açmaqla bağlı Moskvanın təklifinə müsbət yanaşmamaqda davam edərsə, Ukrayna münaribəsində qalib gələcəyi təqdirdə Rusiya Ermənistanı olduqca sərt şəkildə cəzalandıracaq”. 
 Bunu konfliktoloq Üzeyir Şəfiyev Paşinyanın Rusiyaya Qafanda baş konsulluq açmağa icazə verməyəcəyi halda Moskvanın ona münasibətdə atacağı addımları şərh edərkən deyib:
“Rusiyanın postsovet ölkələrini təhdid edən ritorika ilə danışması artıq adi hala çevrilib. Kreml harda rus icması varsa, bundan istifadə edib həmin bölgələrdə separatizm toxumları səpir və onlar vasitəsilə ölkələrin ərazi bütövlüyü, suverenliyini təhdid edir və həmin ərazilərə hücum üçün sanki bəhanə axtarırlar. Bunu bir sıra postsovet ölkələrində baş verən separatizm dalğasının təzahüründə görə bilərik. Neoimperalist maraq güdən Rusiya yaxın ətraf ölkələrində konsulluq nümayəndəliyinin açılmasına adətən yumşaq anneksiya aləti kimi baxır. Moskva həmçinin postsovet ölkələrinin müstəqil xarici siyasətinə də dözümlü yanaşmır. Bütün bunlar o deməkdir ki, Rusiya bütün postsovet ölkələrini hələ də təhdid etməkdə davam edir. Aydın məsələdir ki, Rusiya Ukraynada məğlub olmasa, taym-aut əldə etdikdən sonra daha böyük bir anneksiya siyasətinə başlaya bilər”.
Ekspert qeyd edir ki, Moskva imperiyanın genişləndirilməsi müharibəsinə hazırlaşır:
“Kreml ideoloqu Dugin bu günlərdə bəyan edib ki, Rusiya 50-60 ilə imperiyanın genişlənməsi müharibəsinə hazır olmalıdır. Bu təhdidlər Paşinyan hökumətinin Qərbə istiqamət götürdüyü Ermənistana münasibətdə də mövcuddur. Ancaq Qərbə istiqamət götürmək Paşinyan üçün çox risklidir. Hətta onu terrorla təhdid edirlər.
Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsi fonunda Ermənistan Moskvanın Qafanda baş konsulluq açmaq təklifini qəbul etməsə, bu halda o, İrəvanla sərt ritorika ilə danışmalı olacaq. MDB əsasnaməsi Rusiyaya bəzi imkanlar verib. Burada qeyd edilir ki, ümumi iqtisadi və xarici siyasət məsələləri Moskva ilə razılaşdırılmalıdır. Hələliksə, Rusiya postsovet ölkələri, o cümlədən konsulluq məsələsilə əlaqədar İrəvanla münasibətləri aydınlaşdırmağa tələsməyəcək. Çünki yaxın perspektivdəki hədəfi Ukraynada ciddi uğur əldə etməkdir”.
Qeyd edək ki, Moskva Qafan şəhərində Rusiya baş konsulluğunun açılması məsələsinin tezləşdirilməsi üçün Ermənistana təzyiq edir.
Bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, məsələ uzun müddətdir müzakirə mövzusu olsa da, Ermənistan hakimiyyəti yekun qərarı gecikdirir:
“Baş nazir Nikol Paşinyana bütün kanallarla xəbərdarlıq edilib ki, baş konsulluq məsələsi yaxın vaxtlarda həll olunmasa, bunun sərt nəticələri olacaq.
Xatırladaq ki, Rusiyanın Qafanda konsulluğunun açılması məsələsi üç ilə yaxındır müzakirə edilir. 2023-cü ilin sentyabr ayından etibarən konsulluğun açılışına hazırlıq işlərinə cavabdeh olan aparıcı qrup Qafanda işləyir.
Bu il aprelin 9-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın may ayına qədər Qafanda baş konsulluğun açılması məsələsinə aydınlıq gələcəyini gözlədiyini açıqlayıb. Hələliksə Qafanda İran konsulluğu fəaliyyət göstərir, Fransa konsulluğunun açılması məsələsi də müzakirə olunur. /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Baş prokuror: “Azərbaycan Prokurorluğu bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək”
Next: TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı…

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.