Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

admin 01/05/2025
zaur mikayıl

 

Dövlət büdcəsi kiminsə dədə-babasının sandığı deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən görməzdən gəlinsin…

 Ötən ilin oktyabrında olduğu kimi, ötən ay da yağan yağışlar ciddi fəsadlarla müşahidə olundu… Xüsusi ilə də, Abşeron yarımadasında, konkret olaraq Bakı şəhərində ağlamalı-gülməli durum yarandı: ölkənin baş şəhəri de-fakto iflic olmuşdur. Beş-altı uzuntuman arvad lazım idi ki, paytaxta ağı deyib ağlasın. Gülməli idi, ona görə ki, söhbət illərdir milyonlar xərclənən şəhərdən gedir…

Yenə də, bütün gözlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dikildi. Amma,… Problem nədir, hansı səbəblərdən qaynaqlanır, səbəbkarlar hansı qurum və səlahiyyət sahibləridir? Bu haqda ötən günlərdə yazmışıq. (Yazını bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/manset/183940-zaur-mikay%C4%B1lov-eldar-%C9%99zizovun-k%C3%B6lg%C9%99sind%C9%99-%E2%80%9C%C3%BCz%C3%BCr%E2%80%9D-%E2%80%93.html)

Bakı şəhərinin su təminatı və kanalizasiya xidmətnə məsul dövlət qurumu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarədir ki, var. ADSEA-nin bu tabeli qurumu azı həftədə bir tender elan edir və dövlətin milyonlarını müxtəlif adlarla “yuyur”.
                                                                     “Bulanıq suya” atılan tilovlar…

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektrik mallarına olan “marağına” bir nəzər yetirək… Ki, Bakının yağış sularında çabalaması aydın olsun.

Dövlət Satınalmalarının Vahid Portalında (etender.gov.az) yer alan məlumata görə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ təkcə ötən ay elektrik mallarının və xidmətin satın alınması ilə bağlı 3 (üç) tender elan edib və müxtəlif şirkətlərlə müqavilələr də bağlayıb…

Belə ki, dövlətin bu qurumu ötən ay-15.04.2025-ci ildə-“Hinal Group” MMC ilə 314560 manatlıq müqavilə bağlayıb. Bu anlaşmaya görə “Hinal Group” MMC “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in nasos aqreqatlarının əsaslı təmirini həyata keçirməlidir…

Həmin günün səhəri-16.04.2025-ci ildə-isə “Amper” MMC ilə dəyəri 171686 manat olan müqavilə bağlanır. Bu anlaşma ilə isə elektrik naqillərinin alınması hədəflənir….

Nəhayət, ötən ayın son günü-30.04.2025-ci ildə-“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Elektrik kabellərinin alınması məqsədi ilə “İnterkabel” Firması ilə 467048 manatlıq anlaşma imzalayır…

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir…

İlk diqqəti çəkən hər üç anlaşmanın eıektrik təsərrüfatı ilə bağlı olmasıdır. Xüsusi ilə də, elektrik naqilləri və elektrik kabelləri(?) necə deyərlər “Bir medalın iki üzü” deməkdir. Bunlardan ötrü ayrı-ayrı tenderlər və beləliklə də, heç də az olmayan dövlətin pulunu “perevod” etmək hansı zərurətdən doğur?

Bu məhsullar demək olar ki, eynidir və bir tenderlə bir şirkətdən alınması da mümkün və uyun olmazdımı? Və.s.

Bu və digər suallar ciddi şübhələrə yol açır…Biz müəyyən araşdırmalara qərar verdik. Və bu səbəbdən də, ötən ayın 16-da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova belə bir online sorğu ünvanladıq…

  1. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in Elektrik mallarının satın alınması ilə bağlı elan etdiyi tender komissiyasında neçə nümayəndəsi olub, kimlərdir və sədr kimdir?
  2. Tenderdə neçə iddiaçı iştirak edib, hansılardır və “AMPER” MMC hansı üstünlükləri ilə qalib olub?
  3. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in “AMPER” MMC ilə əməkdaşlığı ilə bağlı Dövlət Satınalmaları Elektron Portalının “Ətraflı” bölməsində görüləcək işlərlə bağlı ətraflı məlumat (Alınacaq malların, görüləcək işlərin qiymətinin göstərilməməsi) verilməməsi hansı səbəblərdən qaynaqlanır?
  4. “AMPER” MMC-nin analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
  5. “AMPER” MMC-nin son birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?
  6. “AMPER” MMC-nin müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?
  7. Bu müqavilə üzrə işlərin icrası ilə bağlı əlavə məlumatlar.

          ***

Sorğuda yer alan suallarla qeyd etdiyimiz satınalmalara aydınlıq gətirmək mümkün olardı. Təəssüf ki, olmadı. Səbəb də hörmətli Tahir müəllimin bu sorğunu heçə alması, bu günə qədər də, cavabsız saxlamasıdır(?)

Bu arada cənab Tahir Xəlilova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Hər bir məsul şəxsin də, borcudur ki, vətəndaşın bu haqq və hüququna sayqı duysun…Vətəndaşın da, medianın da sorğu-sualını cavabsız qoymasın. 

Tahir müəllim, bunu bilmirdinizsə bilin, bilərəkdən susursunuzsa, icazə versəniz də, verməsəniz də şübhə yağışına tutulacaqsızın…

Dövlət büdcəsi nə hansısa yardım fondu, nə də ki, kiminsə dədə-babasının sandığı deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…

   ***

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in partnyorları-şirkətlərlə də bağlı məlumatlar maraqlıdır…Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, tikinti-quraşdırma, layihələndirmə və məsləhət xidmətləri üzrə ixtisaslaşmış “Hinal Group” MMC su təsərrüfatının- həm “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, həm də “Azərsu” ASC-nin-əsas tərəfdaşı olub. Və bu gün də, ADSEA-nin əsas seçimlərindən biridir…Qeyd edək ki, şirkətin fəaliyyəti vev-saytı üzərindən cəmiyyətə açıq olsa da, əlaqə yaradıb, suallarımıza cavab ala bilmədik…Saytda yer alan mobil nömrəyə zəngimiz cavabsız qaldı(?)

Ünvanı Bakı ş. Abşeron TM, Sıra1, Korpus 7, Mağaza 7 olaraq göstərilən “Amper” MMC ilə telefon əlaqəsi yarada bilsək də, sözügedən əməkdaşlıqla bağlı məlumat ala bilmədik(?). Bizimlə telefon söhbətində şirkət təmsilçisi Saday Osmanov ətraflı məlumatların redaksiyamıza veriləcəyinə söz verdi…

Nəhayət, “İnterkabel” Firmasının təmsilçisi Cavid müəllim də bu əməkdaşlıqla bağlı ətraflı məlumatının olmadığını və araşdırıb, məlumat verə biləcəyini bildirdi…

          ***

Yuxarıda “Amper” MMC-ni qeyd etdiyimiz sorğu hər üç tərəfdaşa eyni ilə aid edilə bilir…

Qarşıdakı günlərdə sorğuda yer alan suallarla bağlı müvafiq araşdırmalarımızla mövzunu davam etdirməyə çalışacağıq./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ərdoğandan Suriyadakı gərginliyə reaksiya – Xəbərdarlıq etdi!
Next: MM kənd təsərrüfatı subsidiyalarına nəzarət mexanizminin gücləndirilməsini son oxunuşda qəbul edib

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.