Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 2
  • Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam…

Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam…

admin 02/05/2025
tramp-zelenski

 

ABŞ-la Ukrayna arasında imzalanan və qısa adı “resurs anlaşması” olan sənədə müxtəlif şərhlər verilir. Bir qismi bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin Ukrayna üçün əvvəlkindən daha münasib olduğu qənaətinə gəlmək olar.

Bunu politoloq Elxan Şahinoğlu ABŞ-la Ukrayna arasında imzalanan mineral ehtiyatlarla bağlı sazişi şərh edərkən bildirib.

“Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən ABŞ-a borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur. Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Vladimir Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı.

Yeni sazişin praktiki necə həyata keçiriləcəyi də sual altındadır. Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir, bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzunmüddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzunmüddətli atəşkəsə razılaşmır.

Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa, Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın.

Top Rusiyanın meydanındadır. Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ı görəcək”, – politoloq vurğulayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
Next: Ukraynanın bu sazişdən qazancı nə olacaq?

OXŞAR MÖVZULAR

abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026
avrop-hrmz

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.