Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 6
  • Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?

Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?

admin 06/05/2025
manat-100m

Pərviz Heydərov yazır…

Ölkə iqtisadiyyatında cari ilin I rübü ərzində cəmi 0.3% artım əldə olunsa da, dövlət büdcəsi bu ilin ilk dörd ayı ərzində (yanvar-aprel) gəlirlər üzrə 13 964 900 000 manat təşkil etməklə proqnozdan 219 700 000 manat və ya 1.6% çox icra edilib. Qeyd olunan müddətdə büdcənin xərcləri isə 11 191 900 000 manat proqnoza qarşı 10 961 900 000 manat, yəni 97.9% təşkil edib.

Beləliklə də, büdcədə 3 milyard 3 milyon manat məbləğində profisit (büdcə artıqlığı) yaranıb.

Diqqəti cəlb edən amil ondan ibarətdir ki, dövlət büdcəsi mədaxilinin əsasını təşkil edən Dövlət Neft Fondundan (ARDNF) transfert 4 579 100 000 manat təşkil edərək ilk dörd ay üçün nəzərdə tutulandan 247 900 000 manat və ya 5.1% az icra olunub.

Bu il ərzində ARDNF-dən dövlət büdcəsinə 14 milyard 481 milyon manat köçürülməlidir ki, bu da 37.8% mədaxil deməkdir.

Sual yaranır ki, bəs, müavinət və təqaüdlərin artırılması niyə gecikir?

Bəllidir ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib.

Bütövlükdə paketin icrası nəticəsində 3 milyon vətəndaşın bundan yararlanacağı qeyd olunub. Minimum əməkhaqqının 16% artırılaraq 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqlarının artırılması, əmək pensiyalarının hər il olduğu kimi indeksləşdirilərək yanvarın 1-dən yüksəldilməsi, fevralın 1-dən isə minimum pensiya məbləğinin 14.3% qaldırılaraq 320 manat müəyyən olunması kimi addımlar artıq atılmış sayılır.

Lakin, sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır. Prezident İlham Əliyevin keçən ilin dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin.

Yeri gəlmişkən, 2019-cu ildən bəri, bu il də daxil olmaqla həyata keçirilən beş sosial paket nəticəsində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 3 dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə keçən ilədək 5 dəfə artıb. Dövlət büdcəsində sosialyönümlü xərclər 2.2 dəfə yüksələrək 2019-cu ildəki 7.8 milyard manatdan 16.9 milyard manata çatıb.

Məsələ bundadır ki, Prezidentin yuxarıda qeyd etdiyim sərəncamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb. Söhbət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə verilən müavinət və sayca təqribən 13 növ təqaüd məbləğindən gedir ki, bütün bunlar üzrə qeyd etdiyim kimi artımlar hələ ki, gecikir.

Hesab edirəm ki, büdcədə 3 milyard 3 milyon manat profisit, üstəgəl 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə öncədən 4 milyard 811 milyon manat ayrılması fonunda müavinət və təqaüdlərin hələ ki artırılmaması hökumətin ola bilsin, dünya bazarlarında neftin və sairənin qiymətləri ilə bağlı tələsik qərar verməmək və yaxud addım atmamaq istəyi ilə bağlıdır.

Çünki buna, başqa cür izahat vermək çətindir.

Yeri gəlmişkən, 4 milyard 811 milyon manat vəsait 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır. Xatırladaq ki, 2024-cü ildə sözügedən istiqamət üzrə 4 milyard 391 milyon manat ayrılmışdı.

Bəs, nə etməli?! Çıxış yolu nədədir?

Çıxış yolu əslində, məlumdur. Hökumətin kənar risklərdən sığortalanmaq və xüsusən də, əhalinin sosial müdafiəsi istiqamətində atmaq istədiyi addımlara təhdid yarada biləcək təsir və təzyiqlərə qarşı mübarizədə birdəfəlik olaraq radikal siyasətə keçməsi vacib və labüddür.

Belə ki, məsələn, minimum əməkhaqqının son dövrdə artırıldığı illər sırasına nəzər salsaq 2019-cu ilin xüsusən seçildiyini görərik. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı ki, bununla da sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisi həddini keçdi.

Hansı ki, hökumət neçə illər idi məhz buna nail olmağa çalışırdı.

Artıq beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla əvvəlki dövrdən fərqli olaraq daha böyük məna və mahiyyət kəsb edir.

Bütün bunlara necə nail olundu? Əlbəttə, asan olmasa da, çətin də nail olunmadı. Sözügedən dönəmdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna məhz dövlət başçısının ona verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında nail oldu.

Belə ki, böyük qətiyyət göstərildi – saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan minlərlə vətəndaş bu “hüquq”larından məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mövcud imkanlar və mexanizmlər dəyişdirildi, şəffaflaşdırıldı.

Qeyd olunan bu addımların atılması nəticəsində də milyonlarla manat əlavə vəsait dövriyyəyə daxil edildi və qənaət təmin edildi. Ona görə də ciddi artımlara getmək mümkün oldu. Yəni, artıq 5-ci sosial islahat paketinin də icrasına start vermək mümkün oldu.

Odur ki, islahatlar davam etdirilməlidir… Çıxış yolu yalnız bundadır.

PAYLAŞIN:

Continue Reading

Previous: 280 müdafiə sistemi Moskvaya gətirilir: Ukrayna üçün şans
Next: Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.