Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 12
  • Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var

Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var

admin 12/05/2025
manat-maaş

 

Redaksiyamızın elektron poçtuna şikayət məktubu daxil olub. Məktubda deyilir: Bizim şikayətimiz DOSTLUQ H-EL (VÖEN:2007644391) şirkətindəndir. Bu şirket 2 ilden çoxdur ki, əvvəlki illerdə Xocalı və Laçın rayonlarında çalışan köhnə işçilərinin 15 min manatdan çox olan əmək haqlarını ödəməkdən boyun qaçırır. Eyni zamanda şirkətin 100 min manatdan çox vergi borcu var.

Əvvəllər şirketin tesisçisi kimi bizi Elçin Şerifova yönlendirirdiler. 2025 ci ilden ise artıq tesisçi kimi Elçin İsgenderovu gösterirler. Elçin isgenderov ise çox kobud ve ezazil adamdır. Gah ona müraciet edenleri tehqir edir, gah da hərbi prokurorluqda çalışan oğlu Elnur İsgəndərovla hedeleyir.

Şirkətin hazırki direktoru ve qanuni temsilçisi Mehdi Babayev, baş mühasibi Hidayet Nağıyev ve HR müdiri Elmar Əhmedov ise bize tutarlı bir cavab vermirler. Ancaq deyirlerki şirketin esl sahibi (sahibkarı) təqaüdde olan polis General-mayoru Heydərov Heydər Teyyub oğludur. Ala bilirsiz pulu gedib özünden alın. Əlbəttə ki, bunu kinaye ile deyirler. Heydərov eyni zamanda Elçin İsgenderovun yaxın dostudur.

Sizdən xahiş edirik ki, vicdanlı ve dürüst jurnalistler olaraq bizim sesimize ses verin. İstenilen halda bu mesele ne qeder çox işıqlansa, bir o qederde tez hellini tapar. Bundan evvelde mediada bu şirketle bağlı çoxlu şikayetler derc edilib. Bezi xırda ödenişleride mehz bu xeberlerden sonra qaytarmağa mecbur olublar.

Qeyd edek ki, Hidayet Nağıyevle Elmar Ehmedov haqqını teleb eden işçilerle çox vaxt kobud formada danışırlar, onları ele salmağa çalışırlar. İdmançı olan Elmar, hemde Heyder Heyderovun ” vuran elidir” deyirler. Xahiş edirik anonimliyimiz temin edilsin.

Aktualinfo.org xatırladır ki, “Dostluq H-EL” MMC-nin işçilərinin əmək haqqlarını ala bilməmələri barədə şikayətləri barədə hələ ötən il məqalə yaymışdı. Həmin şikayətfdə isə deyilirdi ki, “Oktyabrın 10-da derc etdiyiniz xəbərdə adı çəkilən “Dostluq H-EL” şirkəti ilə bağlı bizim də narazılığımız var. Xəbərdə adı hallanan Mehdi Babayev əslində aysberqin görünən tərəfidir. Bütün işləri demek olar şirkətin əvvəlki qanuni təmsilçisi Şərifov Elçin Fərman oğlu idarə edir. Artıq 2 ildən çoxdur ki bu şirkət bir çox işçinin əmək haqlarını ödəmir, 100 min manatdan artıq vergi borcu olduğu halda tenderlərə qatılır ve ‘udur’. Öz pulunu istəyən işçilərə isə Şərifov tərəfindən hədə-qorxu gəlinir. Bu MMC ilə bağlı dəfələrlə şikayet edilib. Ancaq hələ də maaşını ala bilməyən işçilər var. Xahiş edirik bu məsələni işıqlandırasız. Biz bildiyimiz qədər şirkətin əsl sahibi Şərifov Elçinin yaxın dostu ehtiyatda olan generaldı.Hansı ki Elçin Şərifov ona arxayın olub istədyini edir”.

Qeyd edək ki, sözügedən məqalədə “Dostluq  H-EL” MMC -nin Goranboy Suvarma Sistemləri İdarəsi ilə işbirliyində olması, 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində tender udması barədə məlumatlar vermişdik.

Bundan sonra “Dostluq  H-EL” MMC -nin Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə torpaq məcralı Qobu-1 kanalının (PK00+00- PK10+00 L=1.km) beton üzlüyə alınması vəüzərindəki qurğuların əsaslı təmiri üzrə 249.999,63 manat məbləğində satınalma müqaviləsi bağlamışdı.

Rəsmi məlumatlarda  “Dostluq H-EL” (VÖEN: 2007644391) MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Şərifov Elçin Fərman oğlunun olduğu göstərilir. Ötən il yaydığımız məqalədə  MMC-nin dövlətə 120 597. 28 manat ödənilməmiş vergi borcu olduğunu yazmışdıq. Hazırda isə Dövlət Vergi Xidmətinin məlumat bazasında belə bir VÖEN-in mövcud olmadığı göstərilir.

Şikayətdən də göründüyü kimi “Dostluq H-EL” MMC dövlət sifarişini yerinə yetirə bilmir, işçilərin əmək haqqını kəsir. Amma buna baxmayaraq 2024-cü ildə MMC  “Azərenerji” ASC  ilə “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)” üzrə 2 979 522 manat manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, açıq mənbələrdə “Dostluq H-EL” MMC-nin fəliyyət sferası barədə heç bir məlumat yoxdu. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi MMC şübhəli satınalmalarda iştirak edir. Bir yerdə elektrik stansiyalarına energetik yağlar satır, bir yerdə, boru xətti təmir edir, bir yerdə isə beton üzlük işləri görür. Şikayətçilərin bəhs etdikləri Xocalı və Laçın rayonlarında nə iş gördükləri barədə isə heç bir məlumat yoxdu. Görsənən odur ki, bu MMC-nin arxasında çox güclü şəxslər var. Yoxsa onlar belə tenderləri uda bilməz, belə özbaşınalıqlara heç vaxt yol verməzdilər.  Şikayətlə bağlı məqalədə adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Gömrükdən şikayət: “25 min dollarlıq saat nədən yoxa çıxsın?!”
Next: PKK terror təşkilatı özünü buraxdığını elan edib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.