Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 12
  • Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

admin 12/05/2025
dq-hosp

 

Qanlı-qadalı günlərdə yaranan Daxili Qoşunların Hərbi Hospitalı elə 1992 — 1993-cü illərdə, döyüşlərin qızğın gedən çağlarında qoşunların kiçik bir həkim kontingenti ilə fəaliyyətə başlayıb. Bir sözlə, hospitalın yaranması torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı ağır döyüş əməliyyatlarının aparıldığı bir dövrə təsadüf edir.

Onda Daxili Qoşunların yaralanan hərbi qulluqçuları digər tibb müəssislərində müalicə olunurdular. Bir müddət keçəndən sonra isə, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini getdikcə artıran bu kiçik həkim kontingenti hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran böyük bir tibbi personala çevrildi. O zaman zəruri tibbi avadanlıqların çatışmadığına baxmayaraq, əzmkar və fədakar həkim personalı üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirərək, yaralıların tez bir zamanda sağlamlıqlarını bərpa edərək, onları yenidən döyüş meydanlarına qaytara bilirdilər.

Ümumiyyətlə, yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən hospitalın tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib. Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi duran hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin ediblər. Fəaliyyəti yüksək dəyərləndirilən Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolu gənc həkimlərimiz üçün də bir örnək rolunu oynayıb.

Çox təəssüf ki, yazının girişini də dedikləri əsasında qələmə aldığımız etibarlı mənbənin belə bir tibb müəssisəsində son vaxtlar baş verən neqativ hallar barəsində Arazpress.com-a dedikləri, əvvəlki fəaliyyəti haqqında deyilən xoş sözlərə kölgə salır.

“Özüm bu hospitalla əlaqəliyəm və çox təəssüf edirəm ki, ölkə mətbuatı son vaxtlar barəsində yaxşı olmayan yazılar verir. Yazıların əksəriyyəti də,  Daxili Qoşunların Hərbi Hospitalında müayinə və müalicə olunan hərbi qulluqçular və onların ailə üzvləri adından redaksiyalara daxil olan çox sayda şikayət məktubları əsasında qələmə alınır. Dəhşət ondadır ki, hətta kəskin ağrılar diaqnozu ilə hospitala daxil olanlar müayinə zamanı olmazın çətinliklərlə üzləşirlər. Və bu çətinliklərin yaranmasında əsas günahkar olaraq, rəhbər şəxslərin adlarını öndə çəkirlər.

Məsələn, bu yaxınlarda media vasitələrində kütləvi şəkildə bu mövzuda belə bir yazı dərc olundu: Şikayətçi deyirdi ki, hospitalda ondan 5 min istədilər. Bu boyda pulu isə o verə bilmir ki, müalicəsini uğurla həyata keçirsin və sağalaraq yenidən xidmət yerinə qayıtmağa nail olsun. Dərdini rəhbər şəxslərə də deyib. Nə olsun?!. Son ümid yeri olaraq, Mehriban xanım Əliyevaya müraciət etməyi qərara alıb.

Bəli, belə şikayətçilər çoxdur və hospitala ümidləri qalmayıb” — etibarlı mənbə deyir.

Onun sözlərinə görə, şikayətçi olan bir hərbçi isə, ona qarşı hospital rəisinin özünün kobudluq göstərdiyini mətbuata söyləyib. O, deyib ki, bu hospitalda çalışıb və ağır xəstəliyilə əlaqədar hərbidən tərxis olunmaq məcburiyyətində qalıb:

“Azərbaycanda müalicəm mümkün olmadı və xaricə getməyi qərara aldım. Dəfələrlə rəisin yanında oldum. Gördü ki, əlimdə heç nə yoxdur. Sonda mənə qarşı kobudluq edərək bildirdi ki, atama borcu yoxdur cibindən xərc çəkib, məni Türkiyəyə göndərə. Məni otağından qovdu və axırda məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız tərxis etdilər.

Nə pensiya verdilər, nə də bir işlə məşğul ola bilmədim. Ailəmi dolandıra və kirayə pulunu ödəyə bilmirəm. Bütün bu problemlərimin hamısını yazıb yuxarılara göndərmişəm. Əfsuslar olsun k, şikayətimi təmin etmədilər.

Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də, dərdimi bir daha mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istədim. Bundan sonra daha pis aqibətlə üzləşdim…”.

Etibarlı mənbənin redaksiyamıza ötürdüyü daha bir xoşagəlməz məlumat son vaxtlar hospitala işə qəbulla bağlı yaradılan neqativliklə bağlıdır. Onun dediyindən məlum olur ki, ötən illər ərzində tibbi personal arasındakı şərəfli xidmət və fədakarlıq  nümunəsi göstərən təcrübəli mütəxəssislərin işə qəbuluna xüsusi diqqət yetirilib. Lakin son vaxtlar bunun əksi müşahidə olunur.

“Həkimlərin və digər tibbi personalın bu hospitalda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə işə qəbulu ilə bağlı tələblərə indi qətiyyən fikir verən yoxdur. Yarandığı gündən bu Hərbi Hospitalın rəisi olan tibb xidməti polkovnik-leytenantı Şəmsəddin Heydərovun şəxsən özünün günahları ucbatından yaranıb bu neqativlik. Əlimdə fakt var və qəti şəkildə deyə bilərəm ki, son aylar ərzində 10 — 15 minlik rüşvətlə sertifikasiyadan keçməyən 3 nəfər burada işə qəbul olunub. Ortada komissiya rəyi belə yoxdur. Qiymətləndirmə zamanı həkim-mütəxəssislərin peşəkar fəaliyyətləri və şəxsi keyfiyyətləri nəzərə alınmayıb. Halbuki onların xeyli müddət ərzində peşəkar fəaliyyətləri üzrə yerinə yetirməli olduqları göstəricilər əsas kimi qeyd edilməliydi. Onlar nə cərrahi, nə terapevtik, nə radioloq, nə anestezioloq-reanimatoloq, nə də ki, digər ixtisaslar üzrə də mütəxəssis deyillər. Məhz bu səriştəsizlərə görədir ki, öncədən işləyən bacarıqlı mütəxəssislərə də ümid və inam qalmayıb.

Hələ bunlar nədir ki, əlimdə elə fakt və məlumatlar var ki, tezliklə onları da sizə çatdıracağam, özünüz heyfislənəcəksiniz. Bəzi dəqiqləşdirməmi aparıram…” — etibarlı mənbə məlumatında xüsusi olaraq qeyd olunur.(Arazpress.com)

PAYLAŞIN:

Continue Reading

Previous: Ərdoğanla Putin arasında telefon danışığı baş tutub – ABŞ-dən və Avropadan açıqlamalar
Next: Gömrükdən şikayət: “25 min dollarlıq saat nədən yoxa çıxsın?!”

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir – Bakı və İrəvan anlaşıb? 01/06/2026
  • Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 01/06/2026
  • Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza” 01/06/2026
  • Türkiyə rəqəmsal ixracı genişləndirir: Azərbaycan əsas bazarlar sırasındadır 01/06/2026
  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.