Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 12
  • Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

admin 12/05/2025
kredit_0287

 

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödənişi zamanı məbləğin böyük hissəsinin faizdən çıxılmasıdır. Təklif edilir ki, banklar ödəniş cəvdəlinə yenidən baxsınlar və vətəndaş borcunu bağlayanda faizdən az çıxılsın. 

Bəs banklar bu məsələyə necə yanaşırlar? 

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov deyib ki, istehlak kreditləri verilən zaman banklar daha qısa zamanda faiz gəlirlərini əldə etməyə çalışırlar. Bu isə ödəniş cədvəlində ilkin olaraq faizlərin ödənilməsinə və əsas məbləğdə ciddi dəyişikliklərin olmamasına gətirib çıxarır:

“Biz bütövlükdə həm ödəmə cədvəlində faiz və əsas məbləğlər üzrə proporsional yanaşmanın həyata keçirilməsini təklif edirik. Yəni banklar tərəfindən ilk aylarda və ya ilk ildə daha çox faiz ödənişlərinə üstünlük verilməsi məqbul deyil. Daha məqsədə uyğun olardı ki, optimal olaraq faiz və əsas məbləğlər üzrə ödənişlər məhz kredit ödənişi başladıqdan etibarən nəzərə alınsın, bölüşdürülsün.

Bu dəyişikliklər edilsə, əsas məbləğ üzrə borcun daha tez azalmasına, krediti tez bağlamaq istəyən vətəndaşların iqtisadi hüquqlarının qorunmasına gətirib çıxaracaq”.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının eksperti Mənsur Məmmədov bildirib ki, bu bankların kredit ödənişlərində istifadə etdiyi daha çox audit üsulu ilə bağlıdır. Bu modeldə vətəndaş sabit məbləğ ödəyir:

“Yəni aylıq ödəniş məbləği növbəti ödəniş periodlardakı məbləğlərlə eyni olur. Ödənişlərdə hər ay eyni məbləğğ ödənilsə də, bu onun tərkibini dəyişir. Kredit ödənişlərinin ilk dövrlərində əsasən faiz ödənişləri çox olur. Çünki qalıq borcu yüksəkdir. Bu da hesablanan faizi artırır. Zaman keçdikcə əsas borcun qalıq məbləği azalır. Nəticədə aylıq faiz məbləği də azalır. Bu da eyni zamanda əsas borc üzrə ödənişin ümumi ödənişdə payını artırır”.

Ekspert qeyd edir ki, bank sistemində digər ödəniş üsulları da var. Lakin aylıq ödəniş məbləğinin sabit olması həm bank, həm də müştəri büdcəsinin proqnozlaşdırılmasını və planlaşdırılmasını asanlaşdırır.

Bəs vətəndaşların ödəniş cədvəlini istədikləri kimi tərtib etmək hüququ var? 

Ekspert bildirib ki, bu sistem vətəndaşın əlavə pul ödəməsi demək deyil. Müştəri istənilən qrafikli ödəniş hallarında kreditin qalıq məbləğinə əsasən hesablanmış faiz məbləğini borc kimi ödəyir. Bankların ödəniş cədvəlini istədikləri kimi tərtbi etmək hüququ yoxdur. Ödəniş cədvəli qanunvericiliyə və müştəri ilə qarşılıqlı razılaşmaya əsasən hazırlanır. Müştəri sənədləri imzalamaqla öz razılığını bildirir. Əgər bu razılıq yoxdursa, bank bu şərtlərlə krediti müştəriyə verə bilməz.

PAYLAŞIN:

Continue Reading

Previous: Hindistan İrəvanı silahlandırmada davam edir – “Akaş” raket sistemlərinin ikinci partiyasını göndərir
Next: Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.