Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 13
  • “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir

admin 13/05/2025
kür-olimp

 

“Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC tərəfindən kimyəvi (təmizlik) və təsərrüfat mallarının satınalınması üzrə 11.03.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub və “PROSHINE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.183,53  manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 28.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, “Kür Olimpiya Tədris İdman Mərkəzi” tərəfindən nəzərdə tutulmuş mallların alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 36.000,00 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “Kür Olimpiya Tədris İdman Mərkəzi”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kür Olimpiya Tədris İdman Mərkəzi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “PROSHINE”  MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROSHINE” (VÖEN: 1405012131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV, ev DALAN 2, m. 3, qanuni təmsilçisi kimi isə Rzabəyov Nadir Ağababa oğlu qeyd olunub.

Qeyd edək ki, MMC yarandığı gündən qısa bir zamanda tender bazarında məşhurlaşıb. Belə ki, bir çox dövlət qurumları tərəfindən keçirilmiş onlarla satınalmanın qalibi olub. Dövlət qurumlarını əsasasən yuyucu vasitələr və təsərrüfat mallarla, dezinfeksiya maddələri və qoruyucu vasitələrlə təmin edib. Bununla belə MMC-nin adı bir çox şübhəli satınalmalarda da hallanır.

Elə “Kür Olimpiya Tədris İdman Mərkəzi” ilə “PROSHINE” MMC arasında bağlanmış satınalma müqaviləsi də həmin şübhəli satınalmalardan biridir. Belə ki, satın alınan malların qiymətinin Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı olması keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb. Müstəqilliyimizin ilk illərində baza baxımsız vəziyyətə düşüb. Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı bazada olaraq onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb və 2010-cu ilin oktyabr ayında yekunlaşıb. Yenidənqurma işlərindən sonra açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Əsaslı təmirdən sonra 2010-cu ildən fəaliyyət göstərir.  Bu, hazırda Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Layihəyə əsasən, ümumi sahəsi 9,2 hektar olan kompleksdə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana var. Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Eyni zamanda mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var. Bunlardan əlavə kompleksdə 100 nəfərlik yeməkxana, tennis kortu da mövcuddur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi son illər dövlət satınalmaları ilə bağlı heç bir məlumat yerləşdirməyib. Belə ki, Mərkəz ən son 2022-ci ildə “PROSHINE”  MMC -dən 8.897,2 manat dəyərində təmizlik üçün kimyəvi və təsərrüfat malları alıb. 28.04.2025-ci ildə isə “GÜNTEKS” MMC ilə mehmanxana otaqları üçün hamam ləvazimatlarının alınması üçün 18.172 manat məbləğində müqavilə bağlayıb.

Burada bir çox məsələlər qaranlıq qalır. Belə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2023-2024-cü illərdə zəruri olan malların və xidmətlərin satın alınması ilə dövlət portalında heç bir məlumat yoxdu. Bu isə İdman Mərkəzində satınalmaların qanun çərçivəsində təşkil olunmadığına, saxtakarlıq hallarının yol verildiyini deməyə ciddi əsaslar yaradır. Burada bu kimi qanunsuzluqlara kimlərin rəvac verdiyi bəlli deyil. Çünki İdman Mərkəzinin rəsmiləri məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu məktubuna belə cavab vermədilər.

Qeyd edə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyevdir. O, bu vəzifəyə 2022-ci ilin may ayında təyin olunub. Daha əvvəl isə Ceyhun Mirzəyev Respublika Velotrekinin direktoru olub.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Qardaşlığımıza batan xəncərlər əbədiyyən məhv olacaq” – Ərdoğandan açıqlamalar
Next: Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.