Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

admin 14/05/2025
1278911

 

Azərbaycan rəqəmsal bazarı heç də xarici dövlətlərdən geri qalmayaraq günü-gündən böyüyür. İllər ərzində bu bazar əminliklə inkişaf edərək, günümüzdə istifadəçi və reklamçılara həqiqətən yüksək keyfiyyətli xidmətlər təqdim edir. Lakin, hər bir işdə olduğu kimi burada da gəlir naminə ticarətin əsas prinsiplərindən yayınanlar olur. Əminəm ki, məşhur markaların istifadə etdiyi reklam materiallarının bəzi hallarda heç də ürək açan olmadığının hər biriniz şahidi olmusunuz.

Belə ki, digər reklam sahələrində bu proseslər sistematik şəkildə tənzimlənsə də rəqəmsal bazarda izlədiyimiz tendensiya heç də ürək açan deyil. Hər gün Azərbaycan dilinə uyğun olmayacaq şəkildə, heç bir leksik məna kəsb etməyən, bəzi hallarda isə tamamən doğma dilimizdə olmayan minlərlə məzmun istifadə olunur. Məhsulunu yerli bazara çıxaran reklamverən öz alıcılarına heç mi hörmət etmir? Video reklamlarda istifadə olunan və süni zəka köməyi ilə yaradılan səsləndirmələrdən tutmuş, sosial şəbəkələrdə paylaşılan hərfi tərcümələr günümüzün reallığını əks etdirir. Artıq adiləşən bu hallara bəzən özümüz də fikir vermirik, lakin unuduruq ki, belə olduğu halda bir neçə ildən sonra yeni nəsil Azərbaycan dilində yazılışı və deyilişi belə unudacaq. Dolğun məzmunlu reklam yaratmaq üçün müəyyən vəsait tələb olunur, amma reklamçılar bu vəsaitə qanaət etməyə çalışırlar.

Lakin, xarici şirkətlərin əl atdığı “oyun” tək bununla bitmir. Bir çox hallarda əlavə xərclərdən yayınmaq məqsədi ilə reklam yerləşimini azərbaycanlı mütəxəssislərə həvalə etməkdənsə, xarici ölkələrdən birbaşa idarə olunmasına üstünlük verirlər. Bəs ölkəmizdən minlərlə kilometr uzaqda olan bu şəxslər bizim alıcıların nə istədiyini, ənənələrimizi, dilimizi və bazar strukturumuzu haradan bilir? Qıraqdan sadə bir problem kimi görünən bu məsələ əslində böyük bir məna kəsb edir. Gəlin, bu məsələyə başqa bir aspektdən baxaq. Hal-hazırda universitetə hazırlaşan və Marketinq fakültəsini seçən tələbə, dörd ildən sonra özünə necə iş tapacaq? Maraqlı məzmun yaratmaq istəyən gənc, bu məzmunu kim üçün yaradacaq? Və ya bir gün xarici şirkət ilə əməkdaşlığı xəyal edən, bazara yeni qədəm qoymuş bir agentlik işləri necə icra edəcək? Deyə bilərsiniz ki, tələb təklif yaradır, azad bazardır, lakin bu heç də görüldüyü kimi bəsit deyil. Bəzi hallarda Gürcüstan, Qazaxıstan, Sinqapur və digər ölkələr vasitəsi ilə edilən reklamın ucuz və bəzi hallarda diqqət çəkici olmasından dolayı, yerli bazarın xarici agentliklərlə yarışması mümkünsüz olur. Bir çox hallarda isə böyük şirkətləri “ƏDV-siz ödəniş” ilə cəlb edən xarici agentliklər, ölkəmizin iqtisadiyyatına daha bir zərbə vurmuş olurlar.

Belə olduğu halda, yerli alıcı kütləsinə xitab etməsinə və gəliri birbaşa Azərbaycan bazarından əldə etməklərinə baxmayaraq, şirkətlər, iqtisadiyyatımıza tövhə və dəstək mənbəyi olan vergi ödənişlərindən yayınırlar. Beləliklə, həm yerli şirkətlərə, həm bazara, həm də digər vergi ödəyicilərinə haqsızlıq etmiş olurlar. Rəqəmsal xidmətlərə ƏDV-nin tətbiqi böyük şirkətlərin öz müştərilərindən əldə etdikləri gəlirlərdən vergi ödəmələrini təmin etmək məqsədi daşıyır. Bu qayda həm yerli, həm də beynəlxalq şirkətlərə onlayn xidmətlər satarkən onlara eyni münasibət göstərməklə ədalətliliyi təmin etmək üçün müəyyən edilmişdir. Məqsəd hər bir reklamçıya eyni hüquqa malik rəqəmsal bazar yaratmaq və ədalətli rəqabətə təşviq etməkdir.
Azərbaycanda rəqəmsal bazarın vergi bazasının yaradılması haqqında müəyyən müddətdir ki, müzakirələr aparılır. Bildirək ki, bu bazar indiyə kimi tənzimlənməsə də bu istiqamətdə addımlar atılır. Qarşıdakı 1-2 ildə vəziyyətin tamamən dəyişməsi gözlənilir. Bu həm antiinhisar qanunvericiliyinə, həm vergi məcəlləsinə, həm də rəqəmsal fəza qanunvericiliyinə olunacaq dəyişikləri özündə birləşdirir.

Rusiyadakı rəqəmsal reklamçılar ötən ayı yeni bir xəbərlə başlayıb, belə ki, dəyişən qanunvericiliyə əsasən 2025-ci ilin aprelin ayının 1-dən internet reklamından əldə olunan gəlirlər üçün xüsusi rüsum nəzərdə tutulub. Dünya miqyasında bu yeni bir praktika deyil. Qardaş ölkə Tükiyədə də rəqəmsal xidmətlər üçün xüsusi  7.5% vergi nəzərdə tutulub. Rəqəmsal xidmətlərə vergi tətbiq edilməsi ABŞ və bir çox digər Avropa ölkələrində də illərdir həyata keçirilir. Hətta Asiya ölkələri üçün bu təcrübə keçərlidir. Buna misal olaraq, İndoneziya, Malayziya, Tayland, Sinqapur və Yaponiya kimi ölkələrin artan siyahısına keçən ilin oktyabrında daxil olan Filippini də aid etmək olar. Belə ki, burada rəqəmsal xidmətlərə 12% ƏDV tətbiq edilir.

Onu da nəzərə almalıyıq ki, vergi qanunvericiliyi daim təkmilləşir və rəqəmsal xidmətlər üçün universal qlobal ƏDV dərəcəsi yoxdur. Qiymətlər ölkələr üzrə dəyişir və göstərilən xidmətin növündən asılı olaraq fərqlənə bilər. Rəqəmsal xidmətlərə ƏDV-nin tətbiqi böyük şirkətlərin müştərilərinin yaşadığı ölkələrdə vergi ödəmələrini təmin etmək məqsədi daşıyır. Bu qayda həm yerli, həm də beynəlxalq şirkətlərə onlayn xidmətlər satarkən onlara eyni münasibət göstərməklə ədalətliliyi təmin etmək üçün müəyyən edilmişdir. Məqsəd hər bir reklamçının eyni hüquqa malik olacağı rəqəmsal bazar yaratmaq və ədalətli rəqabətə təşviq etməkdir. Günü-gündən dəyişən reallığımızda rəqəmsal marketinq dünyası və onun vergi mandatları davamlı olaraq inkişaf etdikcə, ƏDV qaydalarını qabaqlamaq və biznesinizi gözlənilməz vergi ödəmələrindən qoruya bilmək çox vacib məqamdır. Bu səbəbdən istənilən rəqəmsal bazarın qaydalarına əməl etmək və qanunvericiliyə zidd məqamları aradan qaldırmaq biznes strategiyasının bir hissəsinə çevrilməlidir.

Əgər müştərilərə üçüncü tərəf və ya platformalar vasitəsilə rəqəmsal xidmətlər təqdim edirsinizsə, mütləq şəkildə yerləşim etdiyiniz ölkənin qanunvericiliyə uyğun olaraq vergi ödənişlərinin sistematik şəkildə yerinə yetirildiyinə əmin olmalısınız. Belə ki, bir çox hallarda xidməti göstərən tərəf, müştəridən tutulan ƏDV ödənişinin uçotuna cavabdeh qismində çıxış edir. Lakin, bu o demək deyil ki, qanundan yayınma hallarında müştəri heç bir hüquqi və maddi məsuliyyət daşımır. Dünya təcrübəsi bu hallarda hər iki tərəfi təqsirkar bilərək, müvafiq olaraq cərimələr tətbiq olunmasını diktə edir.

Azərbaycanda rəqəmsal bazarın vergi bazasının yaradılması müəyyən müddətdir ki, müzakirələr aparılır.  Bildirək ki, bu bazar indiyə kimi  tənzimlənməsə də bu istiqamətdə addımların atılması gözlənilir. Odur ki, üzümüzə gələn illərdə qanunvericiliyə ediləcək dəyişikliklər, rəqəmsal bazarın simasını tamamilə dəyişə bilər. Ən əsası isə hal-hazırda müxtəlif yollarla vergidən yayınan şirkətlər bu dəyişikliklərin təsirini öz üzərlərində hiss edəcəklər. Belə ki, bazarda yaranan tendensiyaya nəzər salsaq, bəzi tanınmış brendlər, bilavasitə Azərbaycan rəqəmsal fəzasında reklam yerləşimi həyata keçirsələr də, dolayısı yollarla bu yerləşimin ödənişini Qazaxstan və Gürcüstan üzərindən edirlər. Belə olduğu halda, alıcı kütləsi yerli bazarımızda olmasına və gəliri birbaşa Azərbaycan bazarından əldə etməklərinə baxmayaraq, şirkətlər iqtisadiyyatımıza tövhə və dəstək mənbəyi olan vergi ödənişlərindən yayınırlar. Beləliklə, həm yerli şirkətlərə, həm bazara, həm də digər vergi ödəyicilərinə haqsızlıq etmiş olurlar. Ümid edirik ki, gələcəkdə belə hadisələrin qarşısının alınması üçün, qəti tədbirlər görüləcək və ölkəyə dəymiş zərər məhsul şəxslər tərəfindən kompensasiya ediləcək.

PAYLAŞIN:

Continue Reading

Previous: Fərid Şəfiyev: Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir
Next: Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək – Sərəncam kimlərə şamil olunur?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.