Skip to content
16 Oktyabr 2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)

admin 14 May 2025
saleh-imişli
İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib – red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləçilikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub.

Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi işləyən Saleh Səmədova çox keçmədən İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri kimi məsul vəzifə həvalə edilir. Bu müddət ərzində müxtəlif qurum və şirkətlərdə direkor, baş direktor işləyən S.Səmədov 2002-ci ildə İmişli rayon “Araz” MMC-ni təsis edir. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Həmçinin araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində verdiyi nöqsanlara görə işdən çıxarılmışdı.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb./unikal.az

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - Yeni faktlar (VİDEO)

PAYLAŞIN:

Continue Reading

Previous: “Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərimizi bildiririk” – Nazir canlı yayımda göz yaşlarını saxlaya bilmədi + VİDEO
Next: Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

OXŞAR MÖVZULAR

tender-ismm

Elektrik mallarından asfalt təmirinə: Hər sahədə tender qazanan sirli “İS.M.M.”

admin 16 Oktyabr 2026
anar-dep-

Nə qədər ki,kollec direktorları himayə olunur,onlar düzgün seçilmir yaxşılığa doğru nəsə dəyişə bilərmi?

admin 14 Oktyabr 2026
sab-

“SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları

admin 13 Oktyabr 2026

XƏBƏR LENTİ

  • İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat 16 Oktyabr 2026
  • Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər – Video 16 Oktyabr 2026
  • Türk dünyasından Azərbaycana növbəti dəstək 16 Oktyabr 2026
  • Azərbaycan xalqına qarşı cinayət törədənlər… – Sabiq prezidentləri nə gözləyir? 16 Oktyabr 2026
  • Elektrik mallarından asfalt təmirinə: Hər sahədə tender qazanan sirli “İS.M.M.” 16 Oktyabr 2026
  • Paşinyan Moskvaya 3 ay vaxt verdi – NƏ dəyişəcək? 16 Oktyabr 2026
  • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir – bu necə qardaşlıqdır? 16 Oktyabr 2026
  • Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşına cinayət işi başlandı 16 Oktyabr 2026
  • İki artistin savaşıI… – Trampla Zelenskini birləşdirən və ayıran nədir? 16 Oktyabr 2026
  • Prezident Gürcüstanın yeni səfirini qəbul etdi 16 Oktyabr 2026
  • Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır 16 Oktyabr 2026
  • Azərbaycanda doğumlar azaldı, boşanmalar 13 mini keçdi – Əhali sayı açıqlandı 16 Oktyabr 2026
  • Sağlamlıq üçün gedilən fitnes klublarında xəstəlik riskləri – ARAŞDIRMA 16 Oktyabr 2026
  • “ART-PROJE”  MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa… 16 Oktyabr 2026
  • Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. 16 Oktyabr 2026
  • Kreditini ödəyə bilməyənlərə güzəşt edilə bilər? – İqtisadçıdan açıqlama 16 Oktyabr 2026
  • Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq” 16 Oktyabr 2026
  • “Zelenski bizim əməkdaşlıq etməli olduğumuz adam deyil” – Tramp 16 Oktyabr 2026
  • Məktəblərdə daha bir QAYDA tətbiq oluna bilər – “Bunun nəyi pisdir ki?” 16 Oktyabr 2026
  • Azərbaycan BMT-də beynəlxalq tərəfdaşlığa və dayanıqlı inkişafa töhfəsindəki rolunu vurğulayıb 16 Oktyabr 2026

Sağlamlıq

qida-bakt

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

admin 29 Sentyabr 2026
üzüm-

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

admin 24 Sentyabr 2026
murebbe

Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

admin 14 Sentyabr 2026
infarkt---

İnfarkt zamanı nə etməli? – Professor vacib məqamları açıqladı

admin 02 Sentyabr 2026
alma-q

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

admin 31 Avqust 2026

MƏDƏNİYYƏT

memmedaraz

Xalq şairi Məmməd Arazın doğum günüdür

admin 14 Oktyabr 2026
hacibeyov

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

admin 18 Sentyabr 2026
gulyanaq

“Özbəkistanda Azərbaycan musiqisinə böyük sevgi var” – Gülyanaq Məmmədova

admin 25 Avqust 2026
tofiq (1)

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı – Nekroloq

admin 24 Avqust 2026
WhatsApp Image 2026-08-18 at 20.01.04

Rəsulzadə bələdiyyəsində Dədə Ələsgər ocağının davamçılarından Sima Azadqızı ilə görüş keçirilib

admin 19 Avqust 2026

İDMAN

sabah_qol_slavia

UEFA Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

admin 13 Oktyabr 2026
arda_guler

Zlatan İbrahimoviç: “Arda “Barselona”nı seçsəydi…”

admin 21 Sentyabr 2026
qizil_top_a

“Qızıl Top” reytinqi və əsas favorit açıqlandı

admin 01 Sentyabr 2026
platini

Platini İnfantinonu FİFA prezidenti postundan getməyə çağırıb

admin 31 Avqust 2026
püşk-uefa

“Sabah”ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri

admin 27 Avqust 2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.