Skip to content
16 İyul 2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib – Yeni faktlar (VİDEO)

admin 14 May 2025
saleh-imişli
İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib – red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləçilikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub.

Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi işləyən Saleh Səmədova çox keçmədən İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri kimi məsul vəzifə həvalə edilir. Bu müddət ərzində müxtəlif qurum və şirkətlərdə direkor, baş direktor işləyən S.Səmədov 2002-ci ildə İmişli rayon “Araz” MMC-ni təsis edir. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Həmçinin araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində verdiyi nöqsanlara görə işdən çıxarılmışdı.

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb./unikal.az

SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - Yeni faktlar (VİDEO)

PAYLAŞIN:

Continue Reading

Previous: “Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərimizi bildiririk” – Nazir canlı yayımda göz yaşlarını saxlaya bilmədi + VİDEO
Next: Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

OXŞAR MÖVZULAR

qht-qrant2

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?

admin 13 İyul 2026
atu-gence

Azərbaycan Texnologiya Universitetində əsassız pul tələbi iddiası: Səs yazısı yayılıb VİDEO

admin 13 İyul 2026
xaçmaz-tehs

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR

admin 09 İyul 2026

XƏBƏR LENTİ

  • Yeni 100 manatlıqlar tədavüldə – Taleh Kazımovun imzası ilə 15 İyul 2026
  • “Azərbaycanda epidemioloji vəziyyət yenidən qiymətləndirilməlidir” – Professor 15 İyul 2026
  • Zəngəzur dəhlizində tikintiyə o rəhbərlik edəcək – Trampın sponsoru Cənubi Qafqaza gəlir 15 İyul 2026
  • İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış 15 İyul 2026
  • “Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub 15 İyul 2026
  • Hər 10 nəfərdən 4-ü…. – Onların pensiya kapitalı ailələrinə verilə bilərmi? 15 İyul 2026
  • “Bu mesaj yalnız Ermənistana deyil, böyük güclərə də ünvanlanıb” – Zaur İbrahimli 15 İyul 2026
  • “İndi rusiyalılar qorxu içindədir…” – “Hər şeyin nə vaxt çökəcəyini gözləyirlər” 15 İyul 2026
  • Slovakiya şirkətləri Azərbaycan bazarına artan maraq göstərir 15 İyul 2026
  • Vüsal Xəlilov: “Süni intellekt sahəsində mühəndis çatışmazlığı ciddi problemlər yarada bilər” 15 İyul 2026
  • Nazir müavini: “Süni intellektllə 1,3 milyon hektar əkin sahəsi 100 % nəzarətə götürülə bilər” 15 İyul 2026
  • İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb 15 İyul 2026
  • Ağcaqanad mənşəli təhlükəli virus yayılır – ÜST-dən xəbərdarlıq 15 İyul 2026
  • Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir? 15 İyul 2026
  • Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür 15 İyul 2026
  • AMB Azərbaycanda sukuk bazarının formalaşdırılması üzrə planlarını açıqlayıb 15 İyul 2026
  • Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir 15 İyul 2026
  • “Cənab Peskov, sizi yandıran nədir?” – “Prezident Azərbaycan xalqının düşündüyünü deyib” 15 İyul 2026
  • Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası – Qanun nə deyir? – VİDEO 15 İyul 2026
  • Tramp Baydenin qərarını dəyişdi – Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir 15 İyul 2026

Sağlamlıq

xoş əhval

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

admin 13 İyul 2026
qulaqkiri

Eşitmənin yaxşılaşması ilə bağlı ABŞ-li həkimdən vacib məsləhət – (Video)

admin 09 İyul 2026
cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19 May 2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29 Aprel 2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29 Aprel 2026

MƏDƏNİYYƏT

mehebbetkaz

Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)

admin 13 İyul 2026
sarvara-2

“Ey ana məskənim, gözəl vətənim, Səndədir anamın o xoş qoxusu” – Sarvara Eşanxonova

admin 23 İyun 2026
manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12 May 2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05 May 2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04 May 2026

İDMAN

keyn-

“Bavariya” Harri Keynlə bağlı qərar verdi

admin 13 İyul 2026
yurgen_klopp_2025

Yurgen Klopp razılıq verdi: Millini çalışdıracaq

admin 03 İyul 2026
fifa-cup

DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək

admin 11 İyun 2026
fifa-26

Futbolun “qızıl kitabı”: Dünya çempionatlarının UNUDULMAZ REKORDLARI

admin 09 İyun 2026
keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25 May 2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.