Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 20
  • Eyni tərkibli dərmanlar fərqli adla satılırsa, keyfiyyəti dəyişə bilərmi?

Eyni tərkibli dərmanlar fərqli adla satılırsa, keyfiyyəti dəyişə bilərmi?

admin 20/05/2025
derman (1)

 

Vaxtaşırı ölkəyə idxal olunan bəzi dərman vasitələrinin satışdan çıxarılması və onların yerinə başqa adla yeni dərmanların təklif olunması vətəndaşların narazılığına səbəb olur. Bundan narazı olan şikayətçilər bildirirlər ki, həkim tərəfindən yazılan və əvvəlki dərmanla eyni tərkibə malik olduğu deyilən yeni preparatlar gözlənilən effekti vermir.

Bəs brend adı və istehsalçı ölkəsi fərqli olan dərmanların keyfiyyətində dəyişiklik, yaxud tərkibində uyğunsuzluq ola bilərmi?

Mövzu ilə bağlı danışan daxili xəstəliklər üzrə uzman Həbib Sahratov bildirib ki, dərmanın tərkibindəki əsas molekul eynidirsə, həmin preparat fərqli sayılmır. Sadəcə olaraq, bu molekula əsaslanan dərmanlar müxtəlif ölkələrdə müxtəlif ticarət adları ilə istehsal oluna bilər:

“Molekul eyni olduqda, dərmanın istehsal olunduğu ölkəyə görə onun xammalı müəyyən dərəcədə fərqlənə bilər. Lakin əsas təsiredici maddə dəyişməyibsə, pasiyentin başqa ticarət adı ilə satışda olan eyni tərkibli preparatı qəbul etməsində problem yoxdur. Ticarət adının fərqli olması həmin dərmanın başqa bir preparat olduğu anlamına gəlmir”.

Həkimin sözlərinə görə, bəzi xəstələr illərlə eyni preparatı qəbul etdiklərinə görə həmin dərmanın satışdan çıxarılması onlarda psixoloji narahatlıq yaradır:

“Sanki düşünürlər ki, məhz həmin brend olmasa, müalicə effekt verməyəcək. Tərkibin eyni olduğunu izah etməyə çalışsaq da, pasiyent yenə əvvəlki dərmanı axtarır. Məsələn, illərlə eyni təzyiq dərmanını qəbul edən şəxs dərman satışdan çıxarıldıqdan sonra təzyiqi normada olsa belə, özünü pis hiss etdiyini söyləyir. Bu, sırf inam və vərdiş məsələsidir və biz bu hallarla tez-tez rastlaşırıq”.

Həbib Sahratov əlavə edib ki, bəzən fərqli preparatlar eyni farmakoloji qrupa daxil olur və oxşar təsir mexanizminə malik olur:

“Əgər hansısa dərman mövcud deyilsə, eyni təsirə malik başqa preparatla əvəzlənməsi mümkündür. Sadəcə olaraq, xəstələr həmin dərmanı tanımadıqları üçün ona etimad göstərmirlər. Belə halların qarşısını almağın yolu pasiyent və həkim arasında etimad münasibətinin formalaşmasından keçir. Əgər bu etimad varsa, dərmanla bağlı narahatlıqlar da azalır”.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə açıqlaması zamanı dünyada qəbul olunmuş praktikaya istinad edərək bildirib ki, həkimlər reseptdə dərmanın tərkibini yazmalı, brend adını qeyd etməməlidirlər:

“Azərbaycanda da elektron resept sisteminə keçid bu yanaşmanı tətbiq etməyə imkan verəcək. Bu dəyişiklik nəticəsində apteklərdə “dərman dəyişdirildi” və ya “əvəzedici verildi” kimi halların qarşısı alınacaq. Əczaçı reseptdəki tərkibi görəcək və uyğun preparatı təklif edəcək”.

Onun sözlərinə görə, bu yanaşma dərman şirkətləri ilə bəzi həkimlər arasında mövcud olan qeyri-rəsmi razılaşmaların da qarşısını almağa kömək edəcək:

“Mənim dərmanımı dəyişdilər” kimi fikirlər dünyada qəbul olunmur və qəbul edilməməlidir. Əgər tərkib eynidirsə, dərmanın adının və ya qablaşdırmasının dəyişməsi onun təsirini dəyişmir. Effekt verməyən dərmanı isə yalnız həkim dəyişdirməlidir”.

Fərqli adla idxal olunan dərmanların tərkibində dəyişiklik olması və effektiv maddələrin olmaması iddiaları ilə bağlı, eyni zamanda, dərmanlar yeni adla idxalı zamanı onların tərkibinin yoxlanılması ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, mərkəzin Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyası ölkəyə idxal olunan bütün generik (dərmanın ilkin istehsalçısı tərəfindən patentlənmiş kimyəvi maddə – aktiv farmasevtik inqrediyent ehtiva edən dərman. Generiklər patent müddəti bitdikdən və müvafiq olaraq, patent sahibi şirkətin inhisarı bitdikdən sonra digər istehsalçılar tərəfindən beynəlxalq patentsiz ad altında və ya preparat istehsalçısının firma adından fərqli kommersiya adı altında istehsal edilir və satılır – red.) və orijinal dərman vasitələrinin keyfiyyətini istehsalçılar tərəfindən təqdim edilən normativ sənədlərdə qeyd olunan sınaq üsullarına əsasən yoxlayır:

“Bu prosedur dərman vasitəsinin növündən, formasından və ya tərkibindən asılı olmayaraq eyni standartlara uyğun şəkildə həyata keçirilir. Aparılan laborator müayinələrin nəticələrinə əsasən dərmanın keyfiyyət sertifikatı, spesifikasiyası və digər normativ sənədlərdə qeyd edilən tələblərə uyğun olub-olmaması müəyyən olunur və rəy verilir”.

“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek şəbəkələrində rast gəlinən hər hansı dərman vasitəsi ilə bağlı şübhə və ya narahatlıq yaranarsa, bu barədə Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Müraciətlər üçün aşağıdakı vasitələrdən istifadə mümkündür:

“Bir pəncərə” sistemi;

Qaynar xətt: (012) 596-05-20;

E-mail: aem@pharma.az;

Veb-sayt: pharma.az – “MÜRACİƏT” bölməsindən daxil olan şikayətlər əsasında araşdırma aparılacaq və zərurət yarandığı halda dərman vasitəsi ilə bağlı plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul ediləcək”, – deyə məlumatda qeyd edilib. /oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: İstanbul görüşünün nəticələri: Kim nə qazandı?
Next: Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.