Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 22
  • “Son 4ayda kartlardan 6milyon oğurlanıb” – “Bu məlumatlar Mərkəzi Bankda və DİN-dədir…”

“Son 4ayda kartlardan 6milyon oğurlanıb” – “Bu məlumatlar Mərkəzi Bankda və DİN-dədir…”

admin 22/05/2025
d794c75d-f836-4841-9d6d-57f2b58262fc

 

“Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-in İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb”.

Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, bir çoxları, ümumiyyətlə, kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay kartlardan təxminən 2 milyon manat talanır: “Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi. Hələlik isə bunlar müşahidə olunmur.

Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq. Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək?

Fikrimcə, nə qədər faydalı və vacib olsa da, maarifləndirmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”.

O.Gündüz problemin həlli ilə bağlı təkliflərini irəli sürüb: “Birincisi, ən çox oğurluq olan banklar haqqında məlumatlar, şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi. Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.

DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə, bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.

İkincisi, Mərkəzi Bank qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.

“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

Üçüncüsü, banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyə bir müddəa yoxdur.

Dördüncüsü, mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.

Beşincisi isə, fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s”.

PAYLAŞIN:

Continue Reading

Previous: Baş nazirdən benzin və dizellə bağlı mühüm qərar
Next: “Qəzza üçün etdim” – ABŞ-də İsrailli diplomatları güllələyən şəxs

OXŞAR MÖVZULAR

kreditkarti

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.