Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 27
  • Hesablama Palatası: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmayıb

Hesablama Palatası: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmayıb

admin 27/05/2025
hesablama-palatasi

 

2024-cü ildə Azərbaycanda özəlləşdirilmədən daxilolmalar üzrə proqnoz tam icra edilsə də, dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığının artması müşahidə edilib.

Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin hazırlanması təmin edilməyib.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilmə mənbələrinə aid olan özəlləşdirilmədən daxilolmalar üzrə 2024-cü il üçün proqnoz 105 milyon manat müəyyən edilib.

İl ərzində özəlləşdirilmiş dövlət əmlakının ümumi həcmi 116,2 milyon manat təşkil edib, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsindən isə əvvəlki illərin qalıq vəsaitlərindən daxilolmalar da nəzərə alınmaqla ümumilikdə 108,9 milyon manat daxil olub, proqnoza nisbətdə 103,7 % icra edilib.

Daxilolmaların əsas hissəsi, əvvəlki illərdə olduğu kimi, “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar” mənbəyi üzrə olub.

Qeyd edək ki, dövlət büdcəsinin icrası barədə hesabatda əks etdirilmiş məbləğlərlə müvafiq dövlət orqanının özələşdirilmədən daxilolmalarla bağlı məbləği üzləşdirilmiş və fərq məbləği müəyyən edilməyib.

Dövlət əmlakının idarəetməyə verilməsindən daxilolmalar mənbəyi üzrə (“Azərlotereya” ASCnin idarəetməyə verilməsi) hesabat ilində 7,4 milyon manat daxil olub. Bu mənbənin hesabatlılığına dair uyğunsuzluq Rəyin 2-ci bölməsində şərh edilib.

Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üzrə ümumilikdə 108,9 milyon manat ödənilib ki, onun da 108 milyon manatı və yaxud 99,1 %-i hesabat ilinin ilk 9 ayında, 0,9 milyon manatı və yaxud 0,9 %-i isə son 3 ayda daxil olub.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi 2024-cü ilin 3-cü rübü üzrə məlumatlara əsasən, 103,9 milyon manatlıq dövlət əmlakı özəlləşdirilib, əvvəlki illərin qalıq vəsaitlərindən daxilolmalar nəzərə alınmaqla ümumilikdə 108 milyon manat büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldildiyi halda, 4-cü rübdə 12,3 miloyon manatlıq dövlət əmlakı özəlləşdirilib, həmin vəsaitdən yalnız 0,9 milyon manat kəsirin maliyyələşdirilməsinə yönəldilib.

Həmin dövrdə özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalığın məbləği isə 26,5 milyon manatdan 37,9 milyon manata yüksəlib.

Təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirilmədən daxilolmalar üzrə hesabat dövrünün sonuna hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq (o cümlədən ödəmə vaxtı çatmış borclar) 7,3 milyon manat və ya 24 % artaraq 37,9 milyon manat olub.

PAYLAŞIN:

Continue Reading

Previous: Təhsil sektorunda “böyük savaş”
Next: Deputat: “Azərbaycanda özəl sektor elmin maliyyələşdirilməsinə cəlb edilməlidir”

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.