Rusiya, zərurət yarandığı halda, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına yardım göstərməyə hazırdır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
“Sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti baxımından son dərəcə vacibdir. Biz dəfələrlə bildirmişik ki, əgər belə bir ehtiyac olarsa, bu prosesə dəstək verməyə hazırıq”, – o qeyd edib.
