Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 1
  • Azərbaycan və Dünya Bankı arasında 173,5 milyon dollarlıq kredit müqaviləsi imzalandı

Azərbaycan və Dünya Bankı arasında 173,5 milyon dollarlıq kredit müqaviləsi imzalandı

admin 01/07/2025
okokok

 

Azərbaycan Respublikası və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində mühüm kredit və zəmanət sazişləri imzalanıb.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə imzalanma mərasimi çərçivəsində “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 173,5 milyon ABŞ dolları məbləğində Kredit Müqaviləsi, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Bank arasında Zəmanət Sazişi imzalanıb.

Kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev və xanım Ştallmayster imza atıblar.

Layihə çərçivəsində ayrılan vəsait Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) stansiyalarının enerji sisteminə təhlükəsiz inteqrasiyası məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönələcək. 5 illik güzəşt dövrü olmaqla 15 illik müddətə verilən kreditin qaytarılması 2039-cu ilin sonunda başa çatacaq.

Azərbaycan Hökumətinin layihədə 31,2 milyon ABŞ dolları həcmində iştirak payı nəzərdə tutulur ki, bu da əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsi formasında həyata keçiriləcək.

Dörd il ərzində icrası planlaşdırılan layihə “Azərenerji” ASC-nin enerji sisteminin dayanıqlığını artırmaqla yanaşı, gələcəkdə BOEM-lərin şəbəkəyə təhlükəsiz qoşulmasını təmin edəcək. Bu məqsədlə Dünya Bankı 341 km uzunluğunda 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisini və 500/330/10 kV-luq Nəvahi Yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınmasını maliyyələşdirəcək.

Maliyyə naziri Sahil Babayev çıxışında Dünya Bankının Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək, bu layihənin ölkənin yaşıl enerji keçidinə, enerji təhlükəsizliyinə və iqlim dəyişikliklərinə qarşı mübarizəyə əhəmiyyətli töhfə verəcəyini bildirib. Nazir həmçinin Azərbaycanın günəş, külək və hidroenerji sahəsində böyük potensiala malik olduğunu vurğulayıb və ölkənin yaşıl enerji ixracatçısına çevrilməsinin əsas hədəflərdən biri olduğunu qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster isə etibarlı tərəfdaşlıq münasibətlərinə toxunaraq, Bankın ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələri dəstəkləməyə davam edəcəyini və bu əməkdaşlığın Azərbaycanın dayanıqlı və inklüziv inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Next: Rusiya ilə gərginlik daxili bazarlara və idxal məhsullarına necə təsir edəcək?

OXŞAR MÖVZULAR

tap-qaz

Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

admin 05/03/2026
bank-merk

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

admin 27/02/2026
395a7cd1637567753ea38552e9434ec7_Untitled-1

Azərbaycanın aqrar sektoru niyə axsayır: Əcnəbi mütəxəssis çıxış yoludurmu?

admin 11/02/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.