Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 1
  • Rusiya ilə gərginlik daxili bazarlara və idxal məhsullarına necə təsir edəcək?

Rusiya ilə gərginlik daxili bazarlara və idxal məhsullarına necə təsir edəcək?

admin 01/07/2025
erzaq

 

ReAl Partiyasının sədri Natiq Cəfərli “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Natiq bəy, Azərbaycan və Rusiya arasında münasibətlərdə əvvəllər müşahidə olunmamış dərəcədə ciddi bir qırılma yaşanır. Sizcə, buna səbəb nədir?

– Bu heç də bir günə, beş günə olan məsələ deyil. Bəzi məsələlər arıq üst-üstə yığılırdı. Rusiya Azərbaycanın həyata keçirdiyi siyasətdən açıq olmasa da gizlin narazılığı hiss olunurdu. Misal olaraq, Azərbaycan bütün platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə hümanitar yardım göndərir. Eyni zamanda Ukraynada müharibədən əziyyət çəkən uşaqların reabilitasiyası ilə bağlı Azərbaycan tərəfindən bir proqram qəbul olunub. Ukraynalı uşaqlar Azərbaycana gətirilərək burada reabilitasiya edilir. Sözsüz ki, bunlar heç də Rusiyanın xoşuna gəlmir. Bundan başqa Kreml Azərbaycan-Türkiyə yaxınlaşmasını özünə bir təhdid kimi görür. Rəsmi Moskva Bakı ilə Ankaranın daha da yaxınlaşması fonunda özünün Cənubi Qafqazdan sıxışdırılıb çıxarıldığını düşünür. Amma Rusiya tərəfi buna qarşı hər hansı addım ata bilmirdi. Həmçinin Kreml kommunikasiyalarla bağlı Azərbaycanın Ermənistana daha çox təzyiq edərək Rusiyanın nəzarəti altında yolların açılmasına kömək edəcəyini düşünürdü. Bunun əksinə olaraq Azərbaycan Ermənistanla aparılan sülh danışıqlarından regional kommunikasiya xəttlərinin açılması məsələsini ümumiyyətlə çıxardığını, ayrıca müzakirə ediləcəyini açıqladı. Bu isə Rusiyaya “Ermənistanla məsələni özünüz həll edin” mesaji idi. Eyni zamanda II Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının vaxtından əvvəl ölkədən çıxarılması baş verdi. Sözsüz ki, Rusiya tərəfi buradan çıxmaq istəmirdi və uzun illər burada qalmaq niyyətləri vardı. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin “rus əsgərinin ayağı hara dəyibsə, ora Rusiyadır” deyimi fonunda Azərbaycan qabaqlayıcı addım ataraq bu problemi də öncədən həll edib. Bütün bunların davamı olaraq ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması halı baş verdi. Bu zaman isə rəsmi Moskvanın davranışları sivil dünyanın qəbul etmədiyi bir ritorikada idi. Halbuki, onlar bu məsələni çox asanlıqla həll edə bilərdilər. Sərnişin təyyarəsinin vurulduğuna görə, Rusiya dövləti üzr istəyib, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi təmin oluna bilərdi. Rusiya tərəfi bunu da etmədi. Məhz ard-arda baş verən hadisələr ona gətirib çıxardı ki, Azərbaycan dövlət maraqları çərçivəsində Rusiyanın yaratdığı maneələri dəf etməyə və ona cavab verməyə üstünlük verdi. Bu da Rusiyanın gözləmədiyi bir reaksiya oldu. Çünki dünən və srağagün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və XİN-in sözçüsü Mariya Zaxarova çox məntiqsiz açıqlamlar verdilər. Daha sonra Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov da eyni mövqedən çıxış etdi. Onlar iddia edirdilər ki, “baş verən kriminal hadisəyə görə, Azərbaycanın diplomatik demarşı qəbul edilməzdir”. Halbuki Rusiyanın özü belə vətəndaşına qarşı dünyanın hansısa bir ölkəsində olan hərəkətə görə dərhal XİN səviyyəsində reaksiya verir. Bütün bunların nəticəsində Azərbaycanla məhz Rusiyadan qaynaqlanan gərginliyin olduğu müşahidə edilir. Çünki Azərbaycan heç vaxt qonşuları o cümlədən, Rusiya ilə münasibətləri gərginləşdirən ilk addım atmayıb və daim cavab vermək məcburiyyətində qalıb. Baş verənlərin xronologiyasına baxdıqda Rusiyanın Azərbaycana qarşı hansısa bir addım atdığı, bunun əvəzində isə rəsmi Bakının qarşılıq verdiyini görmək olar. Ona görə də indiki vəziyyətin yaranmasında Rusiya özü günahkardır. Təəsüf ki, o heç vaxt öz günahını görmür və başqalarına qüsur axtarmağa çalışır. Artıq bir neçə gündür ki, Rusiya mediasi Kremldən gələn göstərişlə Azərbaycanı hədəf almaqla məşğuldur.

– Kreml Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarını hədəfə alır. Bu təzyiq davam edərsə, nələr ola bilər?

– Burada miflər və reallıqlar var. Orada yaşayan azərbaycanlıların bir çoxu Rusiya vətəndaşıdır. Müxtəlif rəqəmlər olsa da milyon yarıma qədər azərbaycanlının ikinci-üçüncü nəslinin Rusiya vətəndaşı olduğu bilinir. Bu soydaşlarımızla bağlı hansısa problemin olduğu gözlənilmir. Çünki onlar artıq Rusiya vətəndaşıdır və o ölkənin qanunları ilə yaşamağa məcburdurlar. Rusiyada iş icazəsi ilə işləyən Azərbaycan vətəndaşlarının sayı isə təqribən 300-400 mindir. Onlar da tam leqal miqrant hesab olunur. Bu şəxslərlə bağlı hansısa addımların atılması ehtimalı olunmur. Burada da artıq ömürlük yaşamaq və oturum alan insanlar var. Əsas problem müvəqqəti və yaxud qeyri-leqal olaraq Rusiyadan yaşayan azərbaycanlılarla bağlıdır. Bu məsələni isə əsas təhdid kimi deyil, fürsət olaraq dəyərləndirmək lazımdır. Orada yaşayan soydaşlarımızın ölkəyə qayıdıb bizneslə məşğul olması, iş yerləri yaratması üçün proqramlar hazırlanmalıdır. Bu soydaşlarımızın bəziləri əslən qarabağlıdır və koordinasiya edilmiş proqram qəbul edib, onların işğaldan azad edilmiş rayonlara köçürülməsi, orada biznes şəraitini yaxşılaşdırılması ilə bağlı dövlət proqramı da qəbul etmək olar. Azərbaycan əhalisi çox deyil. Biz Bakıdakı sıxlıqla bunu qiymətləndirməməliyik. Rayonlarda, kəndlərdə kifayət qədər boş qalan yerlər var. Bu mənada Rusiyadan qayıtmaq istəyən azərbaycanlılarla bağlı məsələni fürsətə çevirmək olar.

– Rusiya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşı olduğunu nəzərə alınsa qarşılıqlı olaraq gömrükdə yüklərin saxlanılması, ixracatçılara əlavə yoxlamalar, lisenziya və kvotalarla bağlı inzibati əngəllər nələrə səbəb olar?

– Yerli malların Rusiyaya ixracı azalacaq və qiymətləri ucuzlaşacaq kimi səslənən fikirlər də var. Bunlar bəsit yanaşmalardır. Əgər bir məhsulun qiyməti düşəcəksə, fermerlər pul qazanmayacaqsa, gələn il o bu məhsulu əkib-becərməyəcək və beləliklə qıtlıq olacaq. Ona görə də belə yanaşmalar doğru deyil. Ticarət saldosuna baxdıqda Rusiyanın Azərbaycana satdığı məhsul, Azərbaycanın Rusiyaya satdığı məhsuldan təqribən 3,5-4 dəfə çoxdur. Yəni, Azərbaycanın da bu məsələdə Rusiyaya təsir imkanları var. Sadəcə olaraq uzun illər bu məsələdə təsirli addımlar atılmadığına görə Azərbaycanın kənd təsərrüfatı məhsullarının təqribən 80 faizdən çoxu Rusiyaya ixrac edilir. Bu isə təhdid yaradır. Çünki qarşı tərəf indiki halda ixrac olunan pomidorda, meyvə-tərəvəzdə gözə görünməz “siyasi xəstəliklər” aşkar edə bilər. Nəticə etibarı ilə Azərbaycanın ixrac mallarına qadağalar qoyulur. Bu isə ciddi problemlər yaradar.

– Bu məsələdə çıxış yolunu nədən ibarətdir?

– Azərbaycanın kənd təsərrüfatı məhsullarının daha çox Rusiyaya ixrac edilməsi dünənin, bu günün məsələsi deyil. 25-30 ildir ki, bu asılılıq var. Buna alternativ olaraq yeni bazarlara çıxış üçün edilən çağırışlar təəsüf ki, nəticəsiz qalıb. Çünki çoxşaxəsli ixrac modelinə keçmək lazımdır ki, bir ölkədən asılılıq yaranmasın.

– Rusiyadan başqa hansı ölkələrə məhsul ixrac etmək imkanları var?

– Körfəz ölkələrinə, Pakistana, Orta Asiya ölkələrində bu istiqamətdə ixrac bazarları tapmaq mümkündür. Təəsüf ki, bununla bağlı zamanında ciddi işlər görülməyib. İndi Rusiyanın əlində ən böyük təhdidlərdən biri də Azərbaycan kənd təsərrüfatı məhsularının ixracatına qoyulan qadağadan söhbət gedə bilər. Amma Azərbaycan Rusiyaya daha çox mal satdığını nəzərə alıb eyni qadağanı Bakıdan edilməsi onlara da böyük ziyan verəcək.

– Qarşılıqlı qadağaların yerli bazarlara təsir necə ola bilər?

– Sözsüz ki, bütün bunlar yerli bazarda ciddi qiymət artımına səbəb ola bilər. Qarşılıqlı məhdudiyyətlər qiymətlərin artımına səbəb olacaq. Rusiyadan ixrac edilən süd, ət, taxıl və digər kənd təsərrüfatı məhsulları Azərbaycana idxal edilir. Onların qiymətində artım müşahidə oluna bilər. Amma prosesin bu qədər də dərinləşəcəyi gözlənilmir. Bütün hallarda Rusiya bazarından asılılığın azaldılması üçün təsirli addımlar atılmalıdır. Premium bazarlar mövcuddur. Misal üçün Azərbaycan pomidoru Rusiyaya təqdirbən iki dollara satılır. Amma körfəz ölkələrində pomidorun kilosu beş dollardır. Ona görə də həmin premium bazarlara çıxış əldə etmək lazımdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının həddən artıq keyfiyyətli olduğunu nəzərə alsaq bunun alıcısı daha çox olacaq.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Dünya Bankı arasında 173,5 milyon dollarlıq kredit müqaviləsi imzalandı
Next: Ukrayna İjevski vurdu – PUA zavodu partladıldı

OXŞAR MÖVZULAR

mn-zakir2

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

admin 17/04/2026
ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.