Ukrayna ordusunun Rusiyanın İjevsk şəhərinə PUA zərbələri nəticəsində 3 nəfər ölüb.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd edilir ki, hücum nəticəsində 35 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər ağır yaralanıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, hücum zamanı İjevskdəki “Tor” və “Osa” hava hücumundan müdafiə sistemləri, habelə Rusiya ordusu üçün pilotsuz təyyarələr istehsal edən Kupol zavodu vurulub.
Zavoda ən azı iki zərbə qeydə alınıb, bundan sonra müəssisədə yanğın başlayıb.
Hədəfə qədər olan məsafə 1300 kilometrdən çoxdur.
