Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 3
  • Kremlin şübhəsi belədir: Sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq – MÜSAHİBƏ

Kremlin şübhəsi belədir: Sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq – MÜSAHİBƏ

admin 03/07/2025
elxan_sahinoglu

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elxan bəy, Azərbaycanla Ermənistan arasında ilin sonuna kimi sülh sazişinin imzalanacağı ilə bağlı iddialar səslənir. Rusiyanın da məhz bu kontekstdə hər iki tərəfə qarşı təzyiqləri artırmaq cəhdinin olduğu deyilir. Bu iddialar nə dərəcədə məntiqlidir?

– Rusiyanın Azərbaycana və Ermənistana təzyiq cəhdinin arxasında Bakı ilə İrəvan arasındakı bu razılaşmaların rolu haqqında da müəyyən fikirlər səslənir. Görünür, Kreml bundan narahat olur. İlk növbədə, Azərbaycan və Ermənistan üçüncü tərəf olmadan birbaşa danışıqlar aparır, müəyyən nəticələr var. Sözsüz ki, bu da Rusiyanı qıcıqlandırır, narahat edir. Kremlin son vaxtlar artan təzyiq elementləri bununla bağlıdır. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra Kremldə belə bir şübhə yaranıb ki, Cənubi Qafqaz ölkələri, o cümlədən Türkiyə Rusiyanın iştirakı olmadan həm sülh sazişini imzalayacaq, həm də Zəngəzur dəhlizini açacaqlar. Faktiki olaraq, bu gün rəsmi Moskva Ermənistan hakimiyyətinə təzyiqləri artır. Paşinyanı devirmək planı artıq işə düşüb. Baş nazir hazırda Ermənistanda ruspərəst qüvvələr olan kilsə və radikal müxalifətlə mübarizə aparır. Samvel Karapetyan kimi iş adamları da bu sırada Rusiyanın təlimatı ilə Paşinyana mümkün qədər təzyiq etməyə çalışır. Artıq Azərbaycan da Rusiyanın bu təzyiqi ilə üzləşib. Təbii ki, Bakı bu cəhdləri cavabsız qoymur və adekvat addımlar artır.

– Rusiyanın Azərbaycana və Ermənistana təzyiqləri artırması fonunda tərəflərin sülhə daha tez getməsi ehtimalını necə dəyərləndirmək olar?

– Reallıq odur ki, Rusiyanın bütün təzyiqləri fonunda yaxşı bir mühit varsa, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması daha real görünür. Amma sözsüz ki, sülhlə bağlı Azərbaycanın ilk tələbləri hələ də qüvvədə qalır. Bu, Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır. Rəsmi İrəvan qısa zamanda bu məsələləri həll etsə, sülh imzalana bilər. Bu, Azərbaycan və Ermənistanla yanaşı, Cənubi Qafqaz üçün faydalı olar.

– Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) mümkün görüşü ilə bağlı məlumatlar yayılıb. Görüşlə bağlı ehtimallar nədən ibarətdir?

– Dubayda belə bir görüşün iyul ayının sonuna kimi baş tutacağı ilə bağlı fikirlər səslənir. Sözsüz ki, tərəflərin daha çox təmasda olması faydalıdır. Əslində, Paşinyan bu məsələdə vaxt itirməməlidir. Azərbaycan iki məlum şərtin icra edilməsi fonunda sülh sazişini imzalaya bilər. Amma yenə də Ermənistan konstitusiyasında dəyişiklik məsələsi gündəmdə qalır. Nəsə bir formul tapılsa, Paşinyan da bunu təklif etsə, bu məsələni həll etmək olar. Çünki bu halda Rusiyanın Cənubi Qafqaza qarşı təzyiqinə qarşı birgə mübarizə aparmaq mümkün olar. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan tarixi fürsət fonunda Rusiyanı Cənubi Qafqazdan birdəfəlik çıxarda bilər.

– Zəngəzur dəhlizinin ABŞ-nin hansısa bir şirkətinin nəzarəti ilə açılması ilə bağlı məlumatlar yayılıb. Belə bir ehtimal varmı? İndiyə qədər bu dəhlizin açılmasına qarşı çıxan dövlətlərin buna yanaşması necə olacaq?

– Dəhlizin açılması ilə bağlı Rusiyanın olduğu kimi, ABŞ-nin də burada hansısa nəzarət mexanizmi formatında yer almasına ehtiyac yoxdur. Əslində, bu, qısa bir yoldur. Həmin yolun çəkilməsini Azərbaycan Ermənistanla birgə həyata keçirə bilər. Burada böyük investisiyalara da ehtiyac yoxdur. Ona görə də burada Rusiyanın və Amerikanın iştirakı arzu olunmur. Uzaq Amerikadan hansısa bir şirkətin gəlib Zəngəzur dəhlizinə nəsə etməsi və burada nəzarəti ələ alması, əslində, Rusiyanı da qıcıqlandıra bilər. Ağ Evin Bakı və İrəvanla yaxşı münasibəti var. Amma boşluqdan istifadə edərək, “Rusiyanın olmadığı yerdə biz varıq” iddiası Azərbaycanın və Ermənistanın maraqlarına uyğun deyil.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər
Next: Maksim Medvedev “Qarabağ-2” komandasının heyətini formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb

OXŞAR MÖVZULAR

vuf-13-fon

WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır?

admin 19/05/2026
vuf13-media

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir – FOTO

admin 17/05/2026
d4uyuJzYM3K9y3WFo4lUy0pqf7zMzDx98GqMiA3E_1200

Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib

admin 15/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.