Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 3
  • Rusiya AZAL-ın təyyarəsini niyə vurub? – Yeni məlumatlar yayıldı

Rusiya AZAL-ın təyyarəsini niyə vurub? – Yeni məlumatlar yayıldı

admin 03/07/2025
abdec3a7-76fd-4233-accc-125361f098cf

 

İyunun 1-də  AZAL-a məxsus “Embraer E190” təyyarəsininn ötən il dekabrın 25-də  Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyinin  iddia olunduğu barədə minval.az saytına istinadən məlumat vermişdik. Sayt  Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu, həmçinin təyyarənin vurulma anını əks etdirən video da yaymışdı.

Sayt hadisə ilə bağlı daha bir təfərrüatı üzə çıxarıb.

Belə ki, eyni məktubdan və ona əlavə edilmiş telefon danışıqlarından məlum olub ki, Paladiçuk “Pantsir-S”dən iki atəş açsa da, mülki təyyarənin siluetini tanımayıb, çünki döyüş maşını nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmri ilə hərəkət edib.

Dindirilmə zamanı Paladiçuk ifadəsində bildirib ki, o, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının operativ tabeliyinə daxil olub. Bundan əvvəl o, Suriyada xidmət edib. Atəşlərin açıldığı 274 saylı döyüş maşını 2017-ci ildən orada yerləşdirilib. Maşına lazımi texniki qulluq göstərilməyib və Qroznıya gətirilərkən sonra onda radar məlumatlarından istifadə edərək hədəfləri axtarmaq, hədəflə raketin bir-birinə münasibətdə harada yerləşdiyini müəyyən etmək üçün nəzərdə tutulmuş avtonom optik postun işində problemlər yaranıb.

Bu problemə görə döyüş maşınının heyəti hədəfin siluetini aydın şəkildə ayırd edə bilməyib və kapitan Paladiçukun sözlərinə görə, 2024-cü il dekabrın 15-də o, artıq “kor-koranə” hava hədəflərini atəşə tutmalı olub.

Həmçinin döyüş maşınında çoxfunksiyalı radiolokasiya stansiyası və termal görüntü cihazı da nasaz olub.

Səs yazılarında kapitan Paladiçukun baş verənlərlə bağlı hərbçi yoldaşlarının suallarına cavab olaraq, sözügedən vəziyyətlə bağlı şəxsi şərhləri yer alır. Belə ki, onlardan biri ilə danışıqlarda Paladiçuk deyib: “Bəli, Maks, mən iki dəfə atəş açdım. Mən əməliyyat əmrini verdim, raketlər yan keçəndən sonra dedilər ki, bu, öz təyyarəmizdir. Başım ağrıdı, hələ də qorxu içindəyəm. Az qala özümüzünküləri öldürəcəkdim. Nə yaxşı ki, yan keçiblər. Bilmirəm, atış məsafəm və azimut tamam başqa idi, fərqli bir istiqamətə atdım, amma raketlər məhv etmək üçün gedirdi, uçub gedəndən sonra qalıqlar təyyarəyə dəyə bilərdi. Mən vizual olaraq heç nə görmədim, aparatla bağlı problemlərim var idi. Pilotsuz təyyarələr həm qərbdən, həm də cənubdan yaxınlaşırdı. Mənim iki istiqamətim var: şimal-qərb və cənub-qərb. Müstəntiqlər məni incitdilər, bütün sənədləri götürdülər. Yaxşı ki, Suriyadan jurnallar qalıb, onları atmadım”.

“Uçan dronların siluetlər demək olar ki, fərqlənmir. Çoxfunksiyalı radiolokasiya stansiyası və optik-elektron sistemdə problem var. Hətta 4 km məsafədə mən sadəcə böyük bir ləkə görürəm və təyyarə tipli dronu heç ayırd edə bilmirəm. Suriyada daha uzaq məsafələrdə siluetləri ayırd edirdim, burada isə elə də yox. Maşın 2017-ci ildən Suriyanın cənubunda olub, iş başında idi və təbii olaraq ehtiyat hissələrinin 90%-i təmin olunmurdu”, – ekipaj rəisi başqa həmkarına deyir.

“Pantsir-S” Qroznıda yerləşərkən vəziyyəti qənaətbəxş olmayıb, bu da hadisənin səbəblərindən biridir. Kapitan Paladiçuk iddia edir ki, atəş açmaq qərarı 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının növbətçisinin əmri əsasında verilib. Eyni zamanda, “Pantsir-S”in ekipajının aşkarlama avadanlığı işlək vəziyyətdə olmayıb, bu da hədəfi müəyyən etməyə imkan vermirdi.

Beləliklə, 38 nəfərin həyatına son qoyan faciə Rusiya Federasiyası Müdafiə Nazirliyinin, daha doğrusu, Hərbi Hava Qüvvələrinin 4-cü Ordusunun 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının və Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiəsi diviziyasının rəhbərliyinin günahı ucbatından baş verib. Hərbi rəhbərlik döyüş maşınının ekipajı üçün lazımi xidmət şəraitinin yaradılmasını təmin etməyib, həmçinin bu ekipajın hərəkətlərinə lazımi nəzarəti həyata keçirməyib.

İş irəlilədikcə məlum olub ki, Paladiçuk döyüş maşınının standart rabitə avadanlığının sıradan çıxması səbəbindən növbətçidən atəş əmrini mobil telefon vasitəsilə alıb ki, bu da müəyyən edilmiş təlimatların kobud şəkildə pozulmasıdır və yüksək rəhbərlik tərəfindən qeyri-adekvat münasibətdən xəbər verir.

PAYLAŞIN:

Continue Reading

Previous: Trampdan Zəngəzurla bağlı yeni təklif: “Əliyev və Paşinyan tezliklə görüşəcək, dəhliz açılacaq”
Next: Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib

OXŞAR MÖVZULAR

dtx-sepah

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb

admin 06/03/2026
ipoteka-kr

İpoteka limitləri saniyələr sonra bitdi?

admin 05/03/2026
evler-sn

Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…”

admin 05/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.