Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 9
  • Bakı və İrəvan Əbu-Dabi görüşünə bu şərtlə gedir: Gözləntilər belədir

Bakı və İrəvan Əbu-Dabi görüşünə bu şərtlə gedir: Gözləntilər belədir

admin 09/07/2025
elxan_sahinoglu

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elxan bəy, sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi açıqlanıb. İki ölkə liderlərinin danışıqları ikitərəfli formatda aparılacağı və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində müzakirələrin olacağı bildirilir. Son günlər sülh ətrafında artan müsbət mesajlar fonunda bu görüşdən gözləntilər nədən ibarətdir?

– Sözsüz ki, bir görüşlə sülh sazişinin əldə olunacağını gözləmək çətindir. Amma bir irəliləyişin olacağını proqnozlaşdırmaq olar. Paşinyan da anlamalıdır ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini yubatmaq olmaz. O gələn ilin üçün tarix göstərsə də, zaman onun əleyhinə işləyir. Faktiki olaraq bu gün Ermənistanda olan qüvvələr birləşib, Paşinyanı devirməyə çalışırlar. Radikal müxalifət, kilsə, revanşistləri, Rusiyaya bağlı iş adamları ona qarşı səfərbər olublar. Belə olan halda onun üçün vaxt daralır. Bu halda Paşinyanın konstitusiya dəyişikliyinə gedib, Azərbaycanla sülh sazişi imzalaması avtomatik olaraq Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq. Təbii ki, bütün bunlar Ermənistan üçün iqtisadi inteqrasiyaya təkan verəcək. Paşinyanın reytinqi bu amillər fonunda bir qədər yüksəlmiş olar.

– Sizcə, hadisələr proqnozlaşdırıldığı kimi olacaqmı?

– Bunu söyləmək çətindir. Hər halda görüş və müzakirələrin olması faydalıdır. Tərəflərin, yəni, Azərbaycan və Ermənistanın heç bir vasitəçiyə ehtiyacı yoxdur. Bunu da müsbət hal kimi qiymətləndirmək olar.

– Paşinyanın Türkiyəyə səfəri, Azərbaycan Prezidenti ilə birbaşa görüş, sülh və Zəngəzur dəhlizi ətrafında artan ritorika nədən xəbər verir?

– Proses bir az ləng getsə də, müsbət istiqamətdə inkişaf edir. Yəni, Paşinyan reallıqları anlayır. Əsas olan budur. Başa düşür ki, Azərbaycanla sülh sazişi vacibdir. O, konstitusiya dəyişikliyinə getməyin, ATƏT-in Minsk Qrupundan imtina etməyin, Azərbaycanla münasibətləri həll etmədən Türkiyə ilə əlaqələrin normalaşmayacağını da anlayır. Prezident Rəcəb Tayyib Ərdoğan da Paşinyanı Türkiyəyə dəvət etdi və ona izah olundu ki, sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını, iqtisadi əlaqələrin yaranmasını istəyirlərsə, ilk növbədə Azərbaycanla məsələlər həll olunmalıdır. Ona görə də indi əsas iş Paşinyanın üzərindədir ki, bu istiqamətdə addımlar tamaq üçün özündə cəsarət toplasın. Ola bilsin ki, o bir qədər radikal müxalifətdən çəkinir.

– Paşinyanı çəkindirən məqamlar hansılardır?

– Qorxur ki, bu addımları atsa, onu devirə bilərlər. Onsuz da, Ermənistan daxilində olan bütün qüvvələr ona qarşı birləşib. Amma bütün hallarda Azərbaycanla Ermənistan arasında sülh prosesi ətrafında müsbət dinamika var, danışıqlar gedir, komissiyalar fəaliyyətini davam etdirir. Artıq iki ölkə sərhədlərinin müəyyən bir qismi müəyyənləşib.

– Tərəflərin vasitəçi olmadan aparacağı danışıqlarla bağlı ehtimallar necədir?

– Əsas odur ki, Rusiyanın timsalında tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Bu çox önəmli məsələdir. Sülh sazişinin mətni də razılaşdırılıb. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin görüşü, fikir mübadiləsi aparması bu baxımdan müsbət qiymətləndirilməlidir.

– Ermənistan daxilində hər gün artan gərginliyin bu proseslərə təsiri necə ola bilər? Paşinyan komandasına qarşı artan bu təzyiqlərin nə vaxta qədər davam edəcək?

– Paşinyan heç də oturduğu yerdə bu addımları atmır. O görür və onda kəşfiyyat məlumatları var. Bəkə də qərb ölkələri kəşfiyyat məlumatlarını onunla paylaşır ki, sənə qarşı çevriliş planı var, Rusiya səni devirmək istəyir. Ona görə də kilsəni hərəkətə gətirir. Əlində dəqiq məlumatlar olduğuna görə Paşinyan rəqiblərinə qarşı sərt addımlar atır. Əslində, onun bu strategiyası da doğrudur. Yəni, bu qüvvələri neytrallaşdırmaq lazımdır. Həmin qüvvələr neytrallaşdırılmasa, bölgədə nə sülh olacaq, nə də ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra biləcək. Çünki Ermənistanda kilsə, “Qarabağ klanı”, Rusiyaya bağlı iş adamları Azərbaycan və Türkiyə ilə sülhün əleyhinədir.

– Bununla nəyə nail olmaq istəyirlər?

– Onlar istəyirlər ki, Ermənistan qonşuları ilə daima düşmən mövqeyində olsun. Əslində, bu, Ermənistanı uçuruma aparır. Onlar reallıqları qəbul etmək istəmirlər. Reallığı anlayan və qəbul edən Paşinyandır. Ona görə də rəqiblərinə qarşı mübarizəni sərtləşdirib.

– Bu mübarizənin nəticəsi necə olacaq?

– Paşinyan düşünür ki, rəqibləri ilə mübarizəni gücləndirməklə gələn il yay aylarında Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər öz mövqelərini möhkəmləndirə biləcək. Bu qüvvələr isə əksinə olaraq Paşinyanın üzərinə daha çox getməklə seçkilərə qədər onun reytinqinin düşəcəyini gözləyirlər. Bununla da onlar parlament seçkilərində qələbə qazanacaqlarını ehtimal edirlər. Amma susqun erməni cəmiyyətinin radikal müxalifətə dəstək verəcəyini söyləmək çətindir. Cəmiyyətdə az-çox kilsəyə inam qalıb. Kilsəyə qarşı polisin keçirdiyi əməliyyatlara da erməni cəmiyyəti reaksiya vermədi. Hətta iş adamı hazırda həbsdə olan Samvel Karapetyana da erməni cəmiyyətində ciddi dəstək verilmədi. Ötən il isə arxiyepiskop Baqrat Qalstanyan Paşinyana qarşı yola çıxsa da, geniş tərəfdaş toplaya bilmədi. Çünki erməni cəmiyyətinin əksər hissəsi anlayır ki, radikal müxalifət, kilsə, Samvel Karapetyan kimi şəxslərə dəstək versələr və onlar hakimiyyətə gələcək. Bu isə Azərbaycanla yeni bir müharibə deməkdir. Həmin qüvvələr Azərbaycanla sülhün tərəfdarı deyil və Qarabağ mövzusundan əl çəkmək istəmirlər. Ona görə də Paşinyan daxili qüvvələrə qarşı mübarizəni şərtləşdirməklə gələn ilki seçkilərə qədər mövqelərini gücləndirməyə çalışır.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan XİN İran səfirinə cavab verdi: Riyakarlıq edir
Next: Zelenski İtaliyaya getdi – Trampın xüsusi nümayəndəsi ilə görüşəcək

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.