Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 14
  • Böyük güclər arasında qarşıdurma riski artır – “Bu, Azərbaycanın maraqlarına zərbə vura bilər…”

Böyük güclər arasında qarşıdurma riski artır – “Bu, Azərbaycanın maraqlarına zərbə vura bilər…”

admin 14/07/2025
d2c74c95-bf02-4d08-8860-373bf31be080

 

Cənubi Qafqazda geosiyasi vəziyyətin mürəkkəbləşdiyi və böyük güclər arasında qarşıdurmanın dərinləşdiyi bir dövrdə Azərbaycan balanslı mövqeyini qoruyub saxlayır. Politoloq Fərhad Məmmədov bu proseslər fonunda Azərbaycanın strateji seçimlərini və regional mövqeyini təhlil edib.

Politoloqun fikrincə, hazırda əsas güc mərkəzləri – Vaşinqton və Pekin – öz tərəfdaşlarını ətrafına toplayır və təsir imkanlarını genişləndirir. ABŞ artıq Avropa İttifaqına təzyiqlərini artırıb, NATO sammitində bunun izləri açıq görünür. Növbəti mərhələdə isə ABŞ-ın Asiya-Sakit okean regionundakı müttəfiqləri – Avstraliya, Yaponiya və Cənubi Koreya – diqqət mərkəzində olacaq.

Pekin isə öz növbəsində tərəfdaşları ilə sıx məsləhətləşmələr aparır. Şimali Koreyada keçiriləcək Çin, Rusiya və İran XİN rəhbərlərinin görüşü təkcə üçtərəfli formatda deyil, həm də Çin diplomatiyasının regional planlarının bir hissəsi kimi qiymətləndirilir.

Politoloq qeyd edir ki, Çin Rusiya və İranın strateji məğlubiyyətinə yol verə bilməz, çünki hər iki ölkə Pekin üçün geosiyasi önəm daşıyır. Lakin Rusiya və İran hazırda açıq münaqişələrdə iştirak etdiklərindən Çinin dəstəyinə ehtiyac duyurlar. Texniki yardım gizli şəkildə davam etsə də, canlı qüvvə məsələsində Şimali Koreyənin köməyi artıq tələb olunur. İran isə daha çox hava hücumundan müdafiə və hərbi aviasiya sistemlərinə ehtiyac duyur, çünki hava məkanına tam nəzarət edə bilmir.

Məmmədovun fikrincə, bu, Pekin üçün “qaynar mövzu”dur. Çinin yeganə uğurlu tərəfdaşı Pakistandır ki, bu ölkə Hindistana qarşı təzyiqlər göstərməyə qadirdir. Bununla belə, Hindistanla qarşıdurma əsasən regional təşkilatlar – ŞƏT və BRİKS çərçivəsində aparılır.

Politoloq əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi ABŞ-ın diqqətini və resurslarını Avropada saxlayır ki, bu da Çin üçün əlverişli şərait yaradır. Pekin münaqişənin dondurulmasında maraqlıdır və ABŞ-ın Ukraynanın bərpası, NATO ölkələrinin silah ehtiyatlarının artırılması ilə məşğul olması Çinin maraqlarına xidmət edir.

O, həmçinin qeyd edib ki, İran-İsrail qarşıdurmasında ABŞ və İsrail Çinin tərəfdaşı olan İrana zərbələr endirib. Çin tərəfindən İrana verilmiş hava hücumundan müdafiə sistemləri hədəfə alınacaq və bəhanə kimi nüvə proqramı göstəriləcək.

“Pekin ABŞ-la müxtəlif cəbhələrdə mürəkkəb qarşıdurma aparır və resurslarını tərəfdaşlar vasitəsilə bölgələrə yönləndirir. Bu dəstək əsasən autsorsinq prinsipi ilə həyata keçirilir”, – deyə Məmmədov vurğulayıb.

Azərbaycanın mövqeyinə toxunan politoloq qeyd edib ki, ölkəmiz ABŞ-ın müttəfiqləri olan Türkiyə və İsrail, həmçinin Çinin tərəfdaşı olan Pakistan və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Çinlə strateji tərəfdaşlıq sənədi, ABŞ ilə isə yüksək səviyyəli əməkdaşlıq formatı mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya və Aİ ilə münasibətləri ziqzaqvari inkişaf edir və bu münasibətlərin gələcəyi hər iki tərəfin seçimlərindən asılıdır: “Əgər bu münasibətlər pisləşərsə, bu, Azərbaycanın maraqlarına zərbə vura bilər. Lakin qlobal baxımdan ölkənin neytral və müstəqil siyasəti onun qarşıdurma meydanına çevrilməsinin qarşısını alır.”

Məmmədov sonda qeyd edib ki, Azərbaycanın formalaşdırdığı geosiyasi balans həm effektiv, həm də dayanıqlıdır. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələri qarşılıqlı əməkdaşlığa üstünlük verməli, regional resursları birləşdirməli və qlobal qarşıdurma xətlərindən uzaq durmalıdır: “Bu model yalnız Azərbaycan üçün deyil, bütün region üçün aktual və nümunəvi xarakter daşıyır.”

PAYLAŞIN:

Continue Reading

Previous: Politoloq: Ermənistan sülh proesində əsaslı addımlar atsa, qeyri-regional iştirakçıların müdaxilə imkanı azalmış olacaq
Next: Bu qrupda abituriyentlərin yarısı 0-100 bal topladı

OXŞAR MÖVZULAR

pezeskianed

Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir”

admin 06/03/2026
naumov-yeni

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov

admin 06/03/2026
ferhad-p-loq

Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər?

admin 05/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.