Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 31
  • Qərb Zelenskini əvəzləyir? – “Zalujnı müharibəni sona çatdıra bilər”

Qərb Zelenskini əvəzləyir? – “Zalujnı müharibəni sona çatdıra bilər”

admin 31/07/2025
zel-zal

 

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi taleyi ilə bağlı Qərb mərkəzlərində ciddi müzakirələrin getdiyi iddia olunur. Xüsusilə də ABŞ və Avropa İttifaqı dairələrində Zelenskinin istefaya göndərilərək onun yerinə Ukraynanın Böyük Britaniyadakı səfiri, sabiq Silahlı Qüvvələr baş komandanı Valeri Zalujnının gətirilməsi ssenariləri gündəmə gəlməkdədir. Bu iddiaları gücləndirən amillərdən biri də Zelenski hakimiyyətinin ölkədə korrupsiyaya qarşı mübarizədə beynəlxalq qurumlarla əməkdaşlığı məhdudlaşdırması və bu addıma qarşı Aİ-dən səslənən sərt tənqidlərdir. Müharibənin kritik mərhələsində olan Ukrayna üçün lider dəyişikliyi həm daxili siyasi tarazlığı, həm də beynəlxalq dəstəyi sarsıda bilər. Bəs Zelenskinin əvəzlənməsi nə dərəcədə realdır? Bu dəyişiklik baş verərsə, döyüş cəbhəsində və diplomatik masada nələr dəyişə bilər?

Mövzunu dəyərləndirən politoloq Kazım Kazımov bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, Zelenskinin əvəzlənməsi iddiaları bu qədər gündəmə gəlir:

“Əlbəttə ki, Zalujnı güclü bir fiqurdur. O, müharibənin ən çətin dövrlərində Ukrayna ordusuna rəhbərlik edib və tamamilə Qərb standartları ilə müharibəyə yanaşan açıq sözlü bir generaldır. O cümlədən, 2023-cü ildə keçirilən rəy sorğusunda Ukrayna xalqının 88 faizi Zalujnının həm güclü liderlik qabiliyyətinə malik olduğunu, həm də yaxşı ordu rəhbər olduğunu vurğulamışdılar. Yəni o, reytinqi kifayət qədər yüksək olan bir şəxsdir”.

“Lakin bu reytinqi ona çox uğur gətirmədi və o, 2024-cü ildə Volodimir Zelenski tərəfindən vəzifədən uzaqlaşdırıldı. Səbəb də bu idi ki, Rusiyanın yay hücumlarında Ukrayna ordusu hücumu dəf edə bilsə də, əks hücumda çox ciddi nailiyyətlər əldə edə bilməmişdi. O cümlədən payız kampaniyası da eyni şəkildə başa çatmışdı. Yəni 2024-cü ilin yay və payız ayları bir az səngər döyüşləri xarakterini aldığı üçün Ukrayna siyasi rəhbərliyini narahat etmişdi. Volodimir Zelenski də bu məsələ ilə bağlı Zalujnı ilə gərginlik yaşamışdı. Zalujnı isə bununla bağlı Zelenskinin özünü, yəni administrativ fəaliyyətini günahlandırmışdı. Belə olan təqdirdə isə siyasi rəhbərliyin sözü daha ağır oldu və Zalujnı vəzifədən uzaqlaşdırıldı. Hətta Ukraynanın daxilindən uzaqlaşdırılaraq Böyük Britaniyaya səfir təyin olundu. Bu da bir az “sürgün” xarakterini daşıyırdı. Çünki siyasətdə zaman-zaman diplomatik vəzifələr bir növ sürgün xarakteri də daşıyır”, – deyə analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Qərb Zelenskini Zalujnı ilə əvəz edə bilər:

“Çünki bunun üçün çox ciddi təsir vasitələri var. Qərb Ukraynaya həm maddi yardımlar edir, həm münaqişədə Ukraynanın reklamı aparılır, həm silah-sursat yardımı edilir və bütün bunların fonunda hakimiyyət dəyişikliyinə də gücü çatır. Lakin bir şey unutmaq olmaz ki, Zelenski də kifayət qədər güclü fiqurdur. Onun da müəyyən bir siyasi çəkisi var və müharibənin ilk günündən dövlətə rəhbərlik edir deyə, ən kiçik məsələləri belə bilir. Bu baxımdan, əgər belə bir dəyişiklik olsa da, mən hesab etmirəm ki, bu, Ukrayna üçün müsbət nəticələrlə yadda qalacaq”, – deyə analitik fikrini yekunlaşdırıb.

Türkiyəli siyasi şərhçi Engin Özer də açıqlamasında deyib ki, korrupsiya qanunu ilə bağlı dəyişiklik, yəni Zelenskinin səlahiyyətləri tamamilə öz əlinə keçirməsi Ukrayna cəmiyyətində ciddi narazılıq yaradıb:

“Digər tərəfdən, Zelenskinin diplomatiyadakı uğursuzluğu da diqqət çəkir. 2022-ci ildə İstanbul sülh danışıqlarında Ukraynanın müharibəni bitirməsi üçün son dərəcə əlverişli imkanlar var idi. Lakin Zelenski bu imkanları şəxsi təşəbbüsü ilə rədd etdi və nəticədə müharibə bu günə qədər davam edir. Bu isə xalq arasında ciddi narazılıq yaradıb”.

“Bu gün gəldiyimiz nöqtədə müharibənin sona çatması üçün Rusiya tərəfinin əsas tələblərindən biri Zelenski rəhbərliyinin dəyişməsidir. Qərb də əslində Zelenskidən çox Zalujnı ilə işləməyi üstün tutur. O, Rusiya ilə ortaq məxrəcə gələrək artıq münaqişənin dondurulması istiqamətində irəliləyişə nail ola bilər”, – deyə analitik diqqətə çatdırıb.

Müsahibimiz əlavə edib ki, qarşıdakı bir neçə həftə ərzində danışıqlarda irəliləyiş olmasa, Ukraynada rəhbərlik dəyişikliyi gözləniləndir:

“Yeni rəhbərlik çox güman ki, Ukraynada müharibənin gələcəyi ilə bağlı referendum keçirə və daha radikal qərarlar qəbul edərək müharibəni sona çatdıra bilər”./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
Next: “Rusiyanın Azərbaycana təsir rıçaqları məhduddur” – “Moskva-Bakı qarşıdurması yumşaq fazaya keçir”

OXŞAR MÖVZULAR

paşn-rus

Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir?

admin 19/05/2026
çin-pt

“O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib?

admin 19/05/2026
kalon-rus

Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar

admin 19/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.