Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 7
  • Rusiyanın mədəni abidələrə qarşı ikili standartarı

Rusiyanın mədəni abidələrə qarşı ikili standartarı

admin 07/08/2025
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

 

Qəribə təzadlar dövründə yaşayırıq. Rusiya bizi erməni əsilli rus rəssamı İvan (Ovanes) Ayvazovskinin 2021-ci ilin dekabrında qanunsuz şəkildə qoyulmuş abidəsini Xankəndidən çıxartdığımıza görə mədəniyyətə asilikdə ittiham edir. Şuşanın mərkəzində erməni vandalizminin daş pasportu kimi tarixə möhürlənən güllələnmiş heykəllərin aqibətinə münasibətin adı necə olsun bəs? Görəsən, Azərbaycanı mədəni abidələrlə müharibədə suçlayanlar niyə həmin o məşum vəhşilik aktlarına qarşı çıxmırdılar?

Tarixin dərinlərinə ensələr görərlər ki, hələ XV əsrdə rus səyyahı Afanasi Nikitinin qeydlərində Azərbaycanla, onun başqa millətlərin münayəndələrinə, mədəniyyətinə xoş münasibəti ilə bağlı hansı qeydlər yer alır. L.N.Tolstoy, A.S.Puşkin, S.Yesenin yaradıcılığından Azərbaycana sevgi hansı qızıl xətt kimi keçir. Hətta Çar Rusiyasının dini ədavət yayan imperiya siyasəti Azərbaycan ərazisində çoxkonfessiyalıq mühitində problemlər yaratsa da, bunlar cəmiyyətdə dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhürünü vurmuş humanizm dəyərlərinə xələl gətirə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın görkəmli aydınları, sənət adamlarının şüurunda əzəli doğmalığını saxladı və bu xalq yanaşma və münasibətlərində humanist, tolerant qayəyə istinad amilini unutmadı.

İndi Rusiya haqsız olaraq mədəni tolerantlıqdan dəm vurur. Bir daş parçasının sökülməsinə belə etiraz ədasında və təəssübündə olanlar görəsən niyə onlarla insanın tələf olduğu təyyarə qəzasının sonuclarına qatlanmaqdan yayınır?  Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu haqlı tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, bərabərhüquqlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Mədəni mövqe ucalığından bəhs edən Zaxarovalar, Zatulinlər, Solovyovlar, Şvıdkoylar Yekaterinburqda baş verən ekstremizm və zorakılıq proseslərini niyə gözardı edir, miqrantlara qarşı barbar münasibətləri niyə doğru sayır, məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq cəzalandırılmasına niyə etiraz etməyi bacarmır? Buna onların cəsarəti çatmır, yoxsa mədəni-etik əxlaq ölçüləri?!

Azərbaycanda, paytaxt Bakıda onlarla rus məktəbləri var, onlarla Rusiyalı alim, ziyalı, incəsənət xadiminin heykəli, adlarına küçələr var. Bəs Rusiyada Azərbaycanın hansı şair, yazıçı, rəssamının heykəli var? Buyursunlar, bu imperiya təfəkkürlü sənət aşıqləri Aşıq Ələsgərin abidəsini ucaltsınlar, sonra bizə mədəniyyət dərsi keçməyə çalışarlar. Mən İrəvanda ucaltsınlar demirəm, çünki onsuz da o abidəni İrəvanda özümüz yaxınlarda ucaldacağıq!

Dünyada bestsellerə çevrilmiş məşhur bir Azərbaycan romanı var: “Əli və Nino”. Müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində qurulan romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildirən nüfuzlu şəxs – Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyev deyir: “Mən yaşlı bir adamam… Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən bizə lazım olmayan naqislikləri təmizləməyə çalışırıq. Bu, pis şey deyil! Tutaq ki, kimsə bizdə məktəb, yaxud xəstəxana açıb. Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Yaxud bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası var? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir”.

İndi biz yaralarımızı sarıb yalnız bədəni müalicə etmirik, həm də ruhumuzu xilas etməyə çalışırıq. Bu xilas işində “tufan” təbliğatçıları İvan Ayvazovskilər çətin bizə kara gələ. Ona görə də bizim hər kəsə deyiləcək sözümüz, veriləcək cavabımız var. Yalnız ona görə yox ki, biz öz torpaqlarımızın sahibiyik, kimin heykəlinin orda qalıb qalmaması da müstəqil siyasət aparan ölkə kimi bizim daxili işimizdir. Həm də ona görə ki, indi sahib olduğumuz torpaqlarımız otuz ilə yaxın işğal prosesində olanda və orda təcavüzün bütün çeşidləri təcrübədən keçiriləndə, hətta ən ekstremal şəraitdə belə, biz ilk növbədə ali insani duyğuların və nəhayət, beynəlxalq hüquq normalarının qorunmasına çağırış motivləri səsləndirib gözləmə mövqeyi tutduq. Nəticədə heç bir “humanist”in səsini eşitmədik, heç bir dövlətin haqq uğrunda reaksiyasına şahid olmadıq. “Haqq isə verilmədiyinə görə, alındı”! Odur ki, bizə mədəniyyət dərsi keçməyə çalışanlar gedib öz xislətlərini səhmana salsınlar.

 

ELNARƏ AKİMOVA

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ-də imzalanması gözlənilən sənədlə bağlı MÜHÜM DETTALLAR
Next: KİV: Bakı Yaxın Şərq danışıqlarında aparıcı vasitəçiyə çevrilir

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.