Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 13
  • AHİK-də “yenilik” şousu və reallığın acı üzü -TƏFƏRRÜAT

AHİK-də “yenilik” şousu və reallığın acı üzü -TƏFƏRRÜAT

admin 13/08/2025
ahik-s
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mətbuata özünü yenilikçi, sosial məsuliyyətli və üzvlərinin rifahını düşünən qurum kimi təqdim etməyə çalışır. Bir neçə gün əvvəl keçirilən mətbuat konfransı da məhz bu imic kampaniyasının bir hissəsi idi. Tədbirdə videoçarxlar nümayiş etdirildi, layihələr sadalandı, rəqəmlər açıqlanaraq guya şəffaflıq görüntüsü yaradıldı. Lakin bu təqdimatların arxasında gizlədilən gerçəklik tamamilə fərqlidir.
Rəsmi açıqlamaya görə, AHİK-ə üzv olanların sayı 1 034 701 nəfərə çatıb. Onlardan 513 317 nəfəri kişi, 208 641 nəfəri qadındır. Qalan üzvlər isə digər kateqoriyalara daxildir. Lakin bu qədər böyük üzvlük bazası olan qurumun fəaliyyəti və büdcəsinin xərclənməsi barədə real şəffaflıq yoxdur.
AHİK rəhbərliyi bildirib ki, 2025-2027-ci illər üçün İnkişaf strategiyası təsdiqlənib, 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbirdən ibarət “Tədbirlər Planı” icra olunur. “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işlərinin aparıldığı, qida təminatının qida təhlükəsizliyi standartlarına uyğunlaşdırıldığı iddia olunur. Yollayışların verilməsində şəffaflıq üçün e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi yaradıldığı və 2025-ci ilin ilk 7 ayında 32 min yollayış verildiyi açıqlanıb.
Lakin bu rəqəmlər və iddialar işçilərin, sanatoriya pasiyentlərinin və ictimaiyyətin real təcrübəsi ilə üst-üstə düşmür. Neft quyularından çıxan lay sularının termal su adı ilə istifadəsi, pasiyentlərin sağlamlığına təhlükə yaradılması, putyovka bölgüsündə qohumbazlıq və rüşvət hallarının olması, sanatoriyalarda qida və gigiyena qaydalarının pozulması barədə dəfələrlə faktlar təqdim edilsə də, rəhbərlik bunları ya inkar edir, ya da üzərinə örtük çəkir.
Ən acınacaqlısı odur ki, haqsızlıqla üzləşən işçilər və pasiyentlər AHİK-ə müraciət etsələr də, heç bir dəstək görmürlər. Bəzi hallarda rəhbərlik şikayət edən işçilərə qarşı aqressiv mövqe tutur, onları işdən uzaqlaşdırmağa çalışır. Bir sıra sanatoriya işçiləri artıq üzvlükdən çıxmaq üçün ərizə yazıb, hüquqlarını qorumaq üçün prokurorluğa və məhkəmələrə müraciət ediblər.
AHİK-in üzvlük haqlarından toplanan vəsaitin hara və necə xərcləndiyi barədə heç bir real şəffaflıq yoxdur. Yenidənqurma adı ilə böyük məbləğlərin xərclənməsi rəsmən açıqlanır, lakin əksər sanatoriyaların vəziyyəti bərbaddır. Ən yüksək vəzifəli dövlət məmurlarının belə müalicə aldığı sanatoriyalarda bu qədər problem varsa, mərkəzdən uzaq sanatoriyaların vəziyyətini təsəvvür etmək çətin deyil.
Rəsmi açıqlamalarda 32 min yollayışın verildiyi bildirilir. Lakin bu rəqəmlərin kimlərə, hansı mexanizmlə və hansı şəraitdə verildiyi barədə ictimaiyyətə məlumat verilmir. Sosial şəbəkələrdə və mediada putyovka alveri, yüksək endirimlərin yalnız tanışlara və vəzifəlilərə tətbiq edilməsi barədə kifayət qədər faktlar var. Bu sistem sadə üzvlərin maraqlarına ziddir.
AHİK
Bundan başqa, sanatoriyalarda qanunsuz olaraq ozonoterapiya və digər invaziv prosedurlar həyata keçirilir. Özü də bu prosedurları sertifikatlaşdırılmamış personal icra edir ki, bu da xəstələrin sağlamlığına birbaşa təhlükədir.
Ən gülünc hallardan biri odur ki, tibbi personalın işə qəbuluna müalicə şöbəsinin müdiri Gülgəz adlı şəxs qərar verir, halbuki onun tibbi təhsili yoxdur. Həkim və tibb bacılarının işə götürülməsi prosesində bu şəxsin təsdiqi əsas şərt sayılır.
Bundan başqa, sanatoriyaların ərazisində fəaliyyət göstərən restoran və digər kommersiya obyektlərindən yığılan icarə haqları barədə də şəffaf məlumat yoxdur. Rəsmi rəqəmlərlə real ödənişlər arasında fərqlər olduğu barədə ciddi şübhələr mövcuddur. Bu obyektlərdə kabab bişirilməsi, içki verilməsi və yüksək səs-küylü musiqilər sanatoriyada dincələnlərin rahatlığını pozur.
AHİK-də və “Kurort” QSC-də əsasən rəhbər şəxslərə yaxın insanlar, qohumlar və tanışlar yüksək maaşlı vəzifələrə gətirilir. Maaşlar isə olduqca yüksəkdir: «Kurort» QSC-də baş direktor təxminən 7000 manat, müavinlər 6000 manat, müşavirlər 4000 manat, şöbə müdirləri 3000 manat, onların müavinləri isə 2000-2500 manat alır. Bu vəzifələrə ehtiyac olub-olmadığı sual altındadır. Əvvəllər sanatoriyalar ayrıca MMC-lər kimi fəaliyyət göstərirdi, lakin onlar ləğv edilərək filiallara çevrildi və nəticədə həm idarəetmə səmərəliliyi azaldı, həm də xərclər süni şəkildə artırıldı. 6 fəaliyyət göstərən sanatoriyası olan «Kurort» QSC-nin 120-yə dək işçisi var. Budur islahat?
Son 6 ay ərzində isə bir neçə vəzifəli şəxs, o cümlədən 1 aparat rəhbəri, baş direktorun 3 müavini, 1 Maliyyə şöbəsinin müdiri, 1 Tikinti şöbəsinin müdiri və daxili nəzarət üzrə 2 məsul şəxs Çingiz Hacıyevin zəif idarəçiliyi və fırıldaqlarına etiraz olaraq ərizə yazaraq işdən gedib.
Daha bir qalmaqallı fakt – deyilənlərə görə Çingiz Hacıyev gələcəkdə öz qanunsuz əməllərinə don geyindirmək üçün ixtisası energetik olan bir türk vətəndaşını Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Məqsəd ondan müxtəlif sənədlərə imza atdırmaq olub. Lakin həmin şəxs qanunsuz prosesləri anlayaraq fırıldaqlarda iştrak etməkdən imtina edib.
Bütün bu faktlar göstərir ki, AHİK və “Kurort” QSC-də vəziyyət köklü islahatlar tələb edir. Əks halda, üzvlərin pulları şəxsi maraqlara xərclənməyə davam edəcək, sanatoriyalar isə əsl sağlamlıq ocağı olmaq əvəzinə, korrupsiya mənbəyinə çevriləcək.
Nəticə olaraq, AHİK-in mətbuat qarşısında keçirdiyi təqdimatlar reallığı gizlətmək, ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır. Əgər həqiqətən üzvlərin rifahı düşünülürsə, ilk növbədə korrupsiya və qohumbazlığa son qoyulmalı, üzvlərin ödədiyi pulların xərclənməsi barədə tam və şəffaf hesabat ictimaiyyətə təqdim edilməlidir./yenixeber.org
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycana milyonlar qazandıran xarici ölkə vətəndaşları
Next: Moskva: Cənubi Qafqazla bağlı İranla birlikdə hərəkət edirik

OXŞAR MÖVZULAR

qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026
uzbek-enerji

Bakıda 60 manata əl enerjisi ilə “müalicə” – “Bİ ES VİP”də qalmaqallı görüntülər

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.