Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 19
  • Azərbaycanda dövlət büdcəsinin 2025-ci ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb

Azərbaycanda dövlət büdcəsinin 2025-ci ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb

admin 19/08/2025
manat-100

 

2025-ci ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və yaxud 2,2 % çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, büdcə gəlirlərinin 49,1 %-i və yaxud 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 %-i və yaxud 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və yaxud 2,5 %, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və yaxud 1,9 % artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və yaxud 41,6 %-i vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və yaxud 16,8 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və yaxud 36,9 %-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 680 milyon manatı və ya 1,7 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və yaxud 2,8 %-i sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və yaxud 5,3 % çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və yaxud 26,3 %-i neft-qaz sektorunun, 12 milyard 20 milyon manatı və yaxud 73,7 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 %-ni və yaxud 1 milyard 800 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 9,3 %-ni və yaxud 400 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 %-ni və yaxud 2 milyard 100 milyon manatını isə “Şahdəniz” layihəsi üzrəhasilatın pay bölgüsü sazişləri çərçivəsindəfəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2025-ci il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1 000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600 milyon manat və yaxud 40 % artacağı gözlənilir.

2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və yaxud 3 % çoxdur. Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və yaxud 5,7 %, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və yaxud 3,5 %, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 % çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.

2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar təsdiq olunmuş göstəricidən 200 milyon manat və yaxud 22,7 % az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 milyon manat və yaxud 17,6 % çox, sair daxilolmaların isə 1 milyard 71,0 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 % artım təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmaları (6 milyard 600 milyon manat), ARDNF-dən transfert (14 milyard 481 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.

2025-ci il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 % azdır. Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 %-i qədər və yaxud 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və yaxud 1,6 % az), əsaslı xərclərə ümumi xərclərin 34,3 %-i qədər və yaxud 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 % az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 %-i qədər və yaxud 2 milyard 399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisinin 0,1 faiz bəndi azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisinin isə 0,1 faiz bəndi artması gözlənilir.

2025-ci ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat vəsait nəzərdə tutulub.

2025-ci ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1 milyard 556 milyon manatdan 1 milyard 495,6 milyon manata endirlib. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 % olacaq. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 % proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 % səviyyəsində olacağı gözlənilir.

PAYLAŞIN:

Continue Reading

Previous: Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq
Next: Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq – Nə vaxtdan tətbiq ediləcək?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.