Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 19
  • Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

admin 19/08/2025
grov-audit

 

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi audit xidmətlərinin satın alınması üzrə 12.03.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub və “GROVV AUDİT AND CONSULTİNG”  Qapalı Səhmdar Cəmiyyəti ilə 23.600 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 01.07.2025-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 25.06.2025-ci il, bitmə tarixi 25.07.2025-ci il tarixə müəyyən edilib.

Şərtlər toplusuna görə “GROVV AUDİT AND CONSULTİNG”  Qapalı Səhmdar Cəmiyyəti bir ay ərzində “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirməli, müstəqil audit rəyinin verilməsi xidmətlərini aparmalı olub.

Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş audit xidmətləri üzrə keçirilmiş kotirovka sorğusunun ehtimal olunan qiyməti 51.100,00 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “GROVV AUDİT AND CONSULTİNG”  QSC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “GROVV AUDİT AND CONSULTİNG”  QSC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

İndi gəlin görək “GROVV AUDİT AND CONSULTİNG” haqqında daha nə kimi məlumatlar var və QSC beynəlxalq standartlara uyğun auditi həyata keçirmək iqtidarındadırmı.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GROVV AUDİT AND CONSULTİNG” (VÖEN: 1803794061) Qapalı Səhmdar Cəmiyyətinin 12.01.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 281 600 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, MUXTAR FƏTƏLİYEV , ev.35, m.60, qanuni təmsilçisi kimi isə Abdurahmanov Orxan Əlisəfa oğlu qeyd olunub. MMC kimi fəaliyyətə başlayan şirkət 26.04.2023-cü ildən təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. QSC-nin hazırkı tarixə 35 171.9 manat vergi borcu var.

Qeyd edək ki,  “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi də 10.06.2025-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması (01.01.2024-31.12.2024 dövr) üzrə 25.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Amma “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfində satınalmalarına portalına 15.08.2025-ci il tarixdə yerləşdirilmiş elanda bildirilir ki,  “01.01.2024–31.12.2024 dövrünü əhatə edən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması” ilə bağlı “Grovv Audit and Consulting” QSC ilə bağlanmış müqavilə üzrə xidmətin planlı, vaxtında və səmərəli şəkildə yerinə yetirilməməsi, qarşılıqlı əməkdaşlıq və operativ əlaqə imkanlarının təmin olunmaması, eləcə də müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 30 (otuz) gün müddətində xidmətlərin başa çatdırılması öhdəliyinin yerinə yetirilməməsi (müqavilənin xüsusi şərtlərinin 6 və 7-ci bəndləri, portalın “Çatdırılma müddəti” bölməsi, əsas şərtlər toplusunun Forma 2 – Fəaliyyət cədvəli və xidmətlərə dair tələblər bölməsinə uyğun olaraq) nəzərə alınaraq, göstərilən xidmətlərin icra olunmaması səbəbilə 15 iyul 2024-cü il tarixində Satınalma Komissiyası tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir.”

Qeyd edək ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi portalındakı məlumatlara görə “GROVV AUDİT AND CONSULTİNG”  QSC 2018-ci ildən etibarən Auditorlar Palatasının üzvüdür. Həmin məlumatda göstərilir ki, beynəlxalq şəbəkələrdə üzvlüyü yoxdur. Təşkilat 28 nəfərdən ibarət işçi heyətinə malikdir. Onlardan yalnız 1-i icazəli auditordur. 9 nəfər beynəlxalq, 5 nəfər yerli sertifikatlara malikdir. Beynəlxalq layihələrdə iştirakı yoxdur.

Belə olan halada, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” “GROVV AUDİT AND CONSULTİNG” ilə satınalma müqaviləsi bağladıqda MMC-nin oxşar xidmətlər üzrə təcrübə forması, təklifin xidmətlərə dair tələblər sənədində qeyd olunan tələblərə cavab verdiyini, təklifin icra metodologiyası və hər hansı digər məlumat daxil olmaqla kifayət qədər təfərrüatlı texniki təklif, son on iki aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə arayış, maddi vəsaitə çıxışın olması barədə məlumat, həmçinin, peşəkarlıq və təcrübəsinin olması barədə təqdim edilmiş müqavilənin tələb olunan nisbətdə icrasını təsdiq edən əsaslandırıcı sənədlər, müqavilənin icrasına cəlb ediləcək işçi heyəti barədə məlumatlar tələb edibmi?

Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, icraçı direktoru Növrəs Qəhrəman oğlu Cəfərovdu.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan strateji körpü rolunu oynayır – Mirziyayev
Next: Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə hökumətlərarası saziş hazırlayacaq

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.