Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 20
  • Krım, Donetsk və Luqansk getsə… – Ukrayna nə itirəcək, Rusiya nə qazanacaq?

Krım, Donetsk və Luqansk getsə… – Ukrayna nə itirəcək, Rusiya nə qazanacaq?

admin 20/08/2025
kiiv
“Krım, Donetsk və Luqanskın işğal altında qalması ilə Ukrayna daş kömür, koks, litium, nadir metallar, qızıl yataqları kimi mühüm resurslardan məhrum olacaq”.
Bunu açıqlamasında REAL sədri Natiq Cəfərli Kiyevin işğaldakı ərazilərdən imtinaya məhkum edilməsi fonunda Ukraynanın iqtisadi, strateji, siyasi baxımdan nə itirəcəyi və Rusiyanın nə qazanacağını şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, Krım və Donbasın 2014-cü ildən üzü bəri Ukraynanın iqtisadi və siyasi inkişafında iştirakı onsuz da zəif olub:
“Ukrayna əslində 2014-cü ildən Krımı tamamilə, Donetsk və Luqansk vilayətlərinin isə yarısını itirib. Bu ərazilərin Kiyevin nəzarətində qalan digər yarısında isə hərbi vəziyyət elan olunduğundan həmin bölgələrin Ukraynanın iqtisadi inkişafında iştirakı çox zəif olub. Yəni ərazi itkisi 2014-cü ildən başlayıb. Həmin vaxtdan bu bölgələr zatən Ukraynanın nəzarətində deyildi. Ukraynanın son 10 ilki iqtisadiyyatında həmin bölgələrin payı çox az olub. Hətta demək olar ki, yox dərəcəsində idi. Donetsk və Luqansk bölgələrində faydalı qazıntılar həddən artıq çoxdur. Bu ərazilərdə daş kömür, koks, litium, nadir metallar, qızıl yataqları var. Həmin nöqteyi-nəzərdən sözügedən bölgələrin işğal altında qalması gələcəkdə həmin resurslardan Ukraynanın istifadəsini mümkünsüz edəcək”.
Ekspertin fikrincə, Moskva üçün isə işğaldakı sözügedən bölgələr boğazdan asılmış ağır daş rolunu oynayacaq:
“Rusiyaya gəldikdə, 10 ildən çoxdur Krım və Donbasa nəzarət etmələrinə baxmayaraq, hələ də bu bölgələr Moskvadan daha çox dotasiya almaqda davam edən bölgələrdir. Yəni Rusiyanın iqtisadi sistemindən qaynaqlanan problem olaraq sözügedən ərazilər özlərini təmin edə bilmir. Krımda turizmi inkişaf etdirmək istədilər, amma o qədər də uğurlu alınmadı. Amma həmin bölgələr Moskvanın nəzarəti altında qalacaqsa, hər halda gələcəkdə Rusiya iqtisadiyyatına müəyyən müsbət təsirləri olacaq. Lakin həmin bölgələrin bərpasına 100 milyardlarla dollar vəsait lazım olacaq. Bu mənada Luqansk, Donetsk və Krım Rusiya üçün boğazdan asılmış ağır bir daş olacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında savaşı dayandırmaq səyləri tədricən də olsa nəticə verməkdədir. Tərəflər hələlik müharibəni dayandırmasalar da, liderlərin görüşünə razılıq ifadə ediblər.
Eyni zamanda, görünən odur ki, Ukraynanın itirdiyi əraziləri geri qaytaracağı məsələsi də sual altındadır. Hətta danışıqlara çağıran ABŞ-ın özü belə Ukraynanı mövcud durumla barışmağa dəvət edir. /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Next: Pezeşkianın İrəvan səfəri: Tehranın Zəngəzur isterikası bitəcəkmi?

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.