Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 27
  • Ermənistanda cəmi iki nəfər sülh istəyir: Referendumun nəticələrini gözləməliyik

Ermənistanda cəmi iki nəfər sülh istəyir: Referendumun nəticələrini gözləməliyik

admin 27/08/2025
tofiq_zulfuqarov212 (3)

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Tofiq müəllim, Azərbaycanın münaqişədən sonrakı sülh prosesində əsas vəzifəsi və məqsədi nədir? Biz Ermənistanla və erməni xalqı ilə nəyə nail olmaq istəyirik?

– Biz istəyirik ki, qonşumuz hərbi təcavüz və torpaqlarımızı ilhaq etmək cəhdləri, təhlükəsi yaratmasın. Ermənistan cəmiyyəti ölkəmizə düşmən olan hər hansı formada ideologiyaya tabe olmasın. Azərbaycan bu siyasətində “kök və çubuq” taktikasından, yəni sülhə məcbur etmək üçün güc tətbiq etməyə məcbur olur və mehriban qonşuluğun cəlbedici siyasi və iqtisadi sistemini yaradır. Bu məqsədlərə nail olmaqda müəyyən sənədlərin imzalanması və ya qəbulu qarşıya qoyulan məqsədlərə çatmağın tərkib hissəsidir. İndi bəziləri iddia edirlər ki, Azərbaycanla Ermənistan arasında avqustun 8-də Amerikada paraflanmış, yəni qüvvəyə minməmiş sülh sənədi elə prosesin yekunudur. Amma heç də proseslər deyildiyi kimi deyil. Baş verənləri başa düşmək lazımdır. Başa düşmək laızmdır ki, sülh təkcə hansısa bir sənədlə ölçülən məhfum deyil. Keçmiş münaqişənin başlama taxinə nəzər salmaq lazımdır. İctimaiyyətə də düzgün şəkildə çatdırmalıyıq ki, biz indi hansı mərhələdəyik. Vaşinqtonda dünyanın aparıcı dövlətinin iştirakı ilə əldə edilən razılaşma çox yaxşı addımdır. Bu tərəflərin sülhə gedirik mövqeyinin ifadəsidir. Paraflanmış sənəd də bu çərçivəni müəyyən edir.

– Sizcə, yekun sülhlə bağlı qərar nə vaxt verilə bilər? Yəni imzalanmış ilkin sülh sənədi haçan qüvvəyə minəcək?

– Bu ancaq Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər, yəni Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra mümkün olacaq. Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Erməni cəmiyyəti məhz referendumla bağlı aparılan diskusiyalarda iştirak etməli və müxtəlif siyasi qüvvələr öz mövqeyini ortaya qoymalıdır. Məhz bunun nəticəsində qərarlar qəbul ediləcək. Çünki “sülh istəyirəm” – deməklə sülh olmur. Bunun üçün fundamental şərtlər var.

– Sizcə, erməni cəmiyyəti sülhə hazırdırmı?

– Bu məsələdə də fikrilər haçalanır. Bəziləri az qala deyir ki, ermənilər sülh istəyir və s. Başa düşmək lazımdır ki, avqsutun 8-də Ağ Evdə əldə edilən nəticələr Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı reallığı əks etdirirdi. Erməni cəmiyyətində bu gün neçə nəfər sülhdən danışır ki? Biri Baş nazir Nikol Paşinyan, digəri parlamentin spikeri Alen Simonyandır. Qalanları sülh deyəndə ancaq Qarabağ deyirlər. İndi sual olunur ki, biz bunları görməməliyik, nəzərə almamalıyıq?

– İndiki halda erməni tərəfi niyə Qarabağ mövzusundan əl çəkmir?

– Bu sırf Zəngəzəur mövzusuna bağlı olan məsələdir. Əsas istəkləri odur ki, Azərbaycan tərəfi Zəngəzur məsələsini gündəmdən çıxartsın. Amma bizim üçün də maraqlıdır ki, erməni cəmiyyəti elə siyasi elitanın özü də Qarabağ mövzusundan birdəfəlik imtina edibmi? Buna necə inanmaq olar? “Qarabağ Ermənistandır nöqtə” deyən adam indi də ölkənin baş naziridir. Nə dəyişib ki?..

– Sizcə, imzalanmış sənədlərin olması özlüyündə sülh və mehriban qonşuluq mühitinin yaradılmasına bir növ təminat verirmi?

– Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi, ilk növbədə, erməni cəmiyyətinin ideologiyasının dəyişdirilməsi üçün geniş ictimai müzakirənin aparılması tələbidir. Əgər əvvəllər “qamçı”mız igid Silahlı Qüvvələrimiz idi və bu qismən də qalırsa, bu gün bu funksiyaları Qərbi Azərbaycan, Zəngəzur və Göyçə məsələləri mövzusu yerinə yetirir. Ona görə də sülhün və xoş niyyətin məcbur edilməsi prosesi davam edir. Bu mənada 1975-ci ilin xəritələrinə görə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və Ermənistanda səfir vəzifəsinin vakansiyasının müzakirəsi mövzusu hələlik aktual deyil. Biz Ermənistandakı referendumun (Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlı referendum) nəticələrini gözləməliyik.

PAYLAŞIN:

Continue Reading

Previous: Dünyanı yaxın 5 ildə gözləyən 5 böyük münaqişə – Siyahıda Cənubi Qafqazın adı keçmir, amma…
Next: Sülh üçün risklər budur: Defakto gücdən istifadə istisna edilir

OXŞAR MÖVZULAR

pa-samir

Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir

admin 10/05/2026
heyder-103

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

admin 10/05/2026
bmt-vuf

BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.