Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 1
  • Azərbaycan və Gürcüstanda metro-marşrut qiymətləri və TƏTBİQ OLUNAN GÜZƏŞTLƏR

Azərbaycan və Gürcüstanda metro-marşrut qiymətləri və TƏTBİQ OLUNAN GÜZƏŞTLƏR

admin 01/10/2025
m-avto

 

Xəbər verildiyi kimi, bu gündən – 1 oktyabr 2025-ci il tarixindən etibarən Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib.

Bəllidir ki, metro və avtobuslarda gediş haqqının 20 faiz həcmində (10 qəpik) artırılması cəmiyyətdə ciddi narazılığa səbəb oldu. Çünki bu artım hər bir ailənin büdcəsinə öz mənfi təsirini göstərir. Lakin hökumət nümayəndələri bu artımın insanların həyat şəraitinə ciddi təsir etməyəcəyini iddia etməklə, vətəndaşların “başının altına yastıq qoymağa” çalışırlar. Bəzi hallarda isə bu cür artımlar qonşu ölkələrlə müqayisə olunur. Hansı ki, biz daha çox yanacağın qiymətinin artırılması zamanı bunun şahidi olmuşuq.

Konkret olaraq metro və marşrut avtobuslarında gediş haqqının artırılmasına gəldikdə isə, rəsmi şəxslər bəzi qonşu ölkələrlə müqayisə apardıqda, müəyyən nüansları diqqətdən qaçırırlar. Məsələn, elə ölkələr var ki, gediş haqqı baha olsa da, müxtəlif kateqoriyaya aid insanlara güzəştlər tətbiq olunur. Buna misal olaraq iqtisadi cəhətdən Azərbaycandan zəif olan, çox az gəlir əldə edən qonşu Gürcüstanı göstərə bilərik.

Əlbəttə, iddia olunduğu kimi, Gürcüstanda metro və marşrut avtobuslarında gediş haqqı bu günkü tarixədək bizim ölkə ilə müqayisədə bir qədər yüksək olub. Belə ki, bizdə dünənədək gediş haqqı 50 qəpik idisə, Gürcüstanda artıq bir neçə ildir metro və şəhərdaxili marşrut avtobuslarında 1 lari (təxminən 60 qəpik) həcmindədir. Bu günkü tarixdən etibarən isə bizim ölkədə də qiymətlər qonşu Gürcüstanla eyniləşdirildi, yəni 60 qəpik müəyyən olundu.

Amma bizim dövlət rəsmiləri bir məsələni diqqətdən qaçırır ki, Azərbaycandan fərqli olaraq Gürcüstanda istər metrodan, istər də marşrut avtobuslarından istifadə edən zaman müxtəlif kateqoriyaya aid insanlara güzəştlər tətbiq olunur. Məsələn, qonşu ölkədə pensiyaçılar gediş haqqından azaddır. Tələbələr isə onlar verilən xüsusi “tələbə kartı” ilə bir gediş üçün 1 lari (60 qəpik) deyil, cəmi 20 tetri (12 qəpik) ödəniş edirlər. Üstəlik, tələbələr artıq (bu dərs ilinədək 1 saat idi – red.) 2 saat ərzində metrodan və marşrutdan istifadə edərkən əlavə ödəniş etmirlər. Yəni bir dəfə ödəniş etməklə, 2 saat ərzində şəhərdə sərbsət, heç bir ödəniş etmədən hərəkət etmək mümkündür.

Bizim ölkədə isə, polis əməkdaşları istisna olmaqla, pensiyasçılar və tələbələr də daxil olmaqla, heç bir vətəndaş üçün güzəşt limiti nəzərdə tutulmayıb. Demək, belə olduğu halda qiymət artımı zamanı qonşu ölkələrlə müqayisə aparmaq yanlışdır.

Üstəlik, onu da diqqətdən qaçırmamalıyıq ki, Azərbaycanın sürətli inkişafına və kifayət qədər ehtiyat kapitalı olmasına rəğmən, Gürcüstanda istər minimum əmək haqqı, istər də orta aylıq əmək haqqı bizim ölkədən xeyli yüksəkdir. Məsələn, 2022-ci ilin statistikasına əsasən, Gürcüstanda minimum əmək haqqı 636,4 lari (397 AZN), orta aylıq əmək haqqı 1591,8 lari (994,875 AZN) olub.

2024-cü ilin ikinci rübündə isə orta aylıq əmək haqqı 2 min lari (1250 AZN) (kişilər üçün orta əmək haqqı 2413 lari (1508 AZN), qadınlar üçün 1590 lari (994 AZN)) təşkil edib. 2024-cü il üçün minimum əmək haqqı isə 838 lari (524 AZN) təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda minimum əmək haqqı 400 AZN-dir.

Bundan əlavə, Azərbaycandan fərqli olaraq, Gürcüstanda hər ay sosial layihələr də həyata keçirilir. Belə ki, kimsəsiz, aztəminatlı şəxslərə ayrıca olaraq ərzaq məhsulları və pul şəklində yardımlar olur.

Bütün bunlar isə onu deməyə əsasə verir ki, qiymət artımları zamanı Azərbaycanı Gürcüstanla, eləcə də digər qonşu dövlətlərlə müqayisə etmək absurddur. /hurriyyet.az

PAYLAŞIN:

Continue Reading

Previous: Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO
Next: Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır….

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.