Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • ADB Azərbaycanda daha çox özəl investisiya cəlb edilməsinə dəstək verəcək

ADB Azərbaycanda daha çox özəl investisiya cəlb edilməsinə dəstək verəcək

admin 02/10/2025
asian-bank

 

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji, aqrobiznes, emal sənayesi, maliyyə institutları və ticarətin maliyyələşdirilməsi proqramları kimi sahələrə daha çox özəl investisiyaların cəlb edilməsi imkanlarını araşdırır.

Bunu eksklüziv müsahibəsində ADB-nin vitse-prezidenti Barqav Dasqupta (Bhargav Dasgupta) bildirib.

“Biz həmçinin dövlət müəssisələri ilə onların korporativləşmə səviyyəsinin artırılması üzərində işləyirik”, – o qeyd edib.

Vitse-prezident hesab edir ki, özəl sektorun inkişafı 2025-2029-cu illər üzrə Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasının əsas istiqamətidir.

“Biz özəl sektoru inkişafın, innovasiyanın və davamlılığın ən vacib hərəkətverici qüvvəsi hesab edirik”, – B.Dasqupta bildirib.

O vurğulayıb ki, bu məsələdə əsas element əməkdaşlıqdır: “Azərbaycan hökuməti və özəl sektorla birlikdə biz təhsil və peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğunu təmin etməyə çalışırıq. Bura əməkhaqqının daha yüksək olduğu sektorlarda qadınlar üçün imkanların genişləndirilməsi, “yaşıl bacarıq”ların inkişafı və Azərbaycanın daha ekoloji və şaxələndirilmiş iqtisadiyyata keçidini dəstəkləməyə hazır olan işçi qüvvəsinin formalaşdırılması daxildir”.

Vitse-prezident deyib ki, ADB həmçinin iş yerlərinin yaradılmasında və innovasiyaların stimullaşdırılmasında mühüm rol oynayan kiçik və orta biznesin (KOB) dəstəklənməsinə xüsusi diqqət yetirir.

“Bu hədəfə çatmaq üçün təklif edə biləcəyimiz alətlər çeşidini genişləndiririk. Ənənəvi kreditləşdirmə ilə yanaşı, zəmanətlər verməyə, kapitalda iştirak etməyə və daha çox özəl kapitalın səfərbər edilməsi üçün ticarət maliyyəsini inkişaf etdirməyə hazırıq”, – o qeyd edib.

B.Dasquptanın fikrincə, ADB-nin məqsədi təkcə layihələri maliyyələşdirmək deyil, həm də investisiya risklərini azaltmaq və dəyişikliklərə səbəb olacaq təşəbbüsləri birgə maliyyələşdirmək üçün digər tərəfdaşları cəlb etməkdir.

“Bu alətlərdən istifadə edərək, biz Azərbaycanın iqtisadi potensialını üzə çıxarmağa, dayanıqlı özəl sektoru gücləndirməyə və ölkənin inklüziv və davamlı inkişaf sahəsindəki baxışını dəstəkləməyə kömək etmək istəyirik. Miqyasa gəlincə, bu il Milanda keçirilən illik iclasda bankın prezidenti Masato Kanda özəl sektorla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı cəsarətli baxış təqdim etdi və biz artıq bunu həyata keçiririk. Son bir neçə il ərzində özəl sektorla əməliyyatlarımızın həcmini iki dəfədən çox artırmışıq, indi isə hədəfimiz 2030-cu ilədək özəl srktorun illik maliyyələşdirilməsini dörd dəfə – 13 milyard dollara qədər artırmaqdır. Bu prosesə Azərbaycan üçün daha çox özəl kapitalın cəlb edilməsi də daxil olacaq”, – vitse-prezident vurğulayıb.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir
Next: Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.