Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir

Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir

admin 02/10/2025
ferhad-polit1

 

Politoloq Fərhad Məmmədov müsahibəsində Ermənistan tərəfinin Zəngəzur terminologiyasından narahatlığı, Paşinyanın Qarabağ erməniləri ilə bağlı mövqeyinə dair mövzulardan danışıb.

Onunla müsahibəni təqdim edirik.

– Fərhad bəy, rəsmi İrəvanın Zəngəzur dəhlizi terminologiyasından narahatlığı nə ilə bağlıdır? Söhbət həmin ərazidən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”ndan (TRIPP) gedirsə, buna qarşı çıxmaq nə dərəcədə məntiqlidir?

– Sözsüz ki, terminologiya ilə bağlı olan məsələlər Zəngəzur dəhlizinin yəni, Tramp marşrutunun parametrləri aydınlaşdıqdan sonra səngiyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşrutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşrutu isə ancaq 44 km-i əhatə edir. Bu sadəcə olaraq, Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir.

– Erməni cəmiyyətinin yeni reallığa münasibəti, bu terminologiyalara adaptasiyası üçün nə lazımdır?

– Ermənistanın Baş naziri Nikol Paşinyanı da Zəngəzurla bağlı terminologiya məsələsi narahat edir. 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmadan sonra proseslərə yanaşma dəyişib. Ermənistan daxilində də Paşinyana qarşı bu mövzuya dair tənqidlər səslənir. Ona qarşı irad tutulan mövzulardan biri də məhz Azərbaycan Prezidenti tərəfindən “Zəngəzur dəhlizi” termininin istifadəsidir. Amma bu da öz növbəsində müəyyən müddət tələb edir ki, cəmiyyətlər liderlərin mövqeyinə adaptasiya olsun.

– Sülh üçün yeganə maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı yanaşmalar nədən ibarətdir?

– Paşinyan artıq bildirib ki, konstitusiya dəyişdirilməyəcək. Çünki yeni konstitusiya qəbul ediləcək. Bu tamamilə fərqli anlayışdır. Əslində bu Ermənistanın bir dövlət kimi yenidən elan edilməsi, ideoloji və normativ bazasının yaradılması deməkdir. Baş nazir artıq gələn il keçiriləcək parlament seçkiləri öncəsi öz proqramını formalaşdırmaqdadır. Azərbaycanla əldə ediləcək sülh yeni konstitusiyanın qəbul edilməsi ilə bağlıdır. Amma Ermənistan qanunvericiliyində referendumun elan olunması üçün parlamentin üçdə ikisi bunun lehinə olduğu halda mümkündür. Hazırda isə Paşinyanın partiyası Ermənistan parlamentində üçdə iki səviyyəsində deputat sayına malik deyil. Yəni, bu məsələ eyni zamanda hüquqi cəhətdən nəzərdən keçirilməlidir. Ona görə Paşinyan qarşıdakı seçkilərdə ya mütləq üstünlük qazanmalıdır, ya da parlamentdə təmsil olunan digər siyasi partiyalarla öz niyyətini uzlaşdırmalıdır.

– AŞPA də və digər erməni lobbisinin güclü olduğu təşkilatlarda “Qarabağ erməniləri” mövzusu gündəmdə saxlanılır. Ermənistanın hazırkı hakimiyyətinin bu məsələdəki mövqeyi necədir?

– Paşinyan hesab edir ki, hazırkı şəraitdə Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri dönüşü mümkün deyil. Bu diskusu Ermənistanda bir neçə istiqamətdə qurmaq olar. Çünki buradan getmiş ermənilər Qarabağa qayıtsa, azərbaycanlılar da (Qərbi azərbaycanlılar) Ermənistana qayıtmalıdır. Ermənistana azərbaycanlıların qayıtmasını istəməyən Paşinyan Qarabağ ermənilərinin də Azərbaycana qayıtması söhbətini açmır. Onun bu istiqamətdə olan fikirləri aydın görünür. Həmçinin o qərb ölkələrindən Qarabağdan gedən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün kifayət qədər maddi yardım alır./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyan Qarabağ erməniləri məsələsindən buna görə imtina etdi
Next: ADB Azərbaycanda daha çox özəl investisiya cəlb edilməsinə dəstək verəcək

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.