Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 3
  • Agentlik suyun qiymətini artırmağa hazırlaşır? – Avropa təcrübəsi öyrənilib, amma…

Agentlik suyun qiymətini artırmağa hazırlaşır? – Avropa təcrübəsi öyrənilib, amma…

admin 03/10/2025
adsea-1

 

Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycanda differensial su tariflərinin tətbiqini nəzərdən keçirir. Agentlik sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, Türkiyə və Avropa təcrübəsi araşdırılıb və təhlil başa çatdıqdan sonra Tarif Şurasına müvafiq təklif təqdim olunacaq.

Lakin ekspertlər qeyd edirlər ki, kommunal sektorda qiymət artımları adətən əhalinin cibinə əlavə yük gətirsə də, xidmət keyfiyyətində ciddi dəyişiklik yaratmır.

Mövcud tariflər və aylıq ödənişlər

Hazırda Azərbaycanda şəhərlərdə su tarifləri belədir:

-Bakı: 0,90–1,00 AZN/m³

-Orta aylıq istehlak (4 nəfər): 15–20 m³ → 15–20 AZN

-Digər böyük şəhərlər: Gəncə, Sumqayıt, Mingəçevir – tariflər oxşardır.

Mövcud tarif sistemi əksər ailələr üçün əlçatandır, lakin su israfını məhdudlaşdırmaq və uzunmüddətli davamlılığı təmin etmək baxımından kifayət deyil.

Türkiyə və Avropa təcrübəsi

Türkiyə: 1 m³ su 2–3,5 TL (0,6–1 USD), çox istifadə edənlər üçün mərhələli artım.

Almaniya: 4–6 EUR/m³ (7–10 USD), mərhələli tarif sistemi.

Fransa: 3–5 EUR/m³, həcmə görə fərqləndirilmiş tariflər.

Hər üç ölkədə məqsəd suyun səmərəli istifadəsi və sosial ədalətin qorunmasıdır. Azərbaycanda isə təcrübə göstərir ki, kommunal sektorda qiymətlər artdıqca əhalinin ödəniş yükü artır, amma xidmət keyfiyyəti o qədər də yüksəlmir.

Yatırılan yüz milyonlar və yaranan 8 milyard zərər

Qeyd edək ki, ölkəmizdə son illərdə su təsərrüfatı üzrə böyük büdcə və xarici maliyyə xərcləri həyata keçirilib. 2018–2024-cü illərdə içməli su və kanalizasiya infrastrukturunun modernləşdirilməsinə təxminən 500–600 milyon manat sərf olunub. Bundan başqa, xarici maliyyə qurumları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlar 200–250 milyon dollar həcmində layihələri maliyyələşdirib.

Bu layihələr boru xətlərinin dəyişdirilməsi, su təmizləyici qurğuların modernləşdirilməsi, su itkisini azaltmaq və əhalinin suya çıxışını yaxşılaşdırmaq məqsədi daşıyıb. Lakin ekspertlər vurğulayırlar ki, indiyə qədərki investisiyalara baxmayaraq, xidmət keyfiyyəti hələ də beynəlxalq standartlara yaxın deyil; xırda texniki nasazlıqlar, sızmalar və su təchizatında fasilələr mövcuddur.

Xatırladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin bazasında yaradıldığı “Azərsu” ASC-nin yığılmış zərəri 8 milyard manata yaxındır. Bu zərərin necə formalaşdığı barədə qurum heç vaxt ictimaiyyətə məlumat verməyib.

Differensial tariflərin tətbiqi – qiymət artımı riski

Əsəd Şirinovun “Türkiyə və Avropa təcrübələri araşdırılıb” fikri su tariflərində qiymət dəyişkənliyinin ola biləcəyini ehtimal etməyə əsas verir. Təcrübə göstərir ki, bu artım investisiyalardan yaranmış infrastrukturun keyfiyyətinə uyğun gəlməzsə, vətəndaşlar əlavə ödənişə məcbur ediləcəklər.

Ekspertlər bildirirlər ki, differensial tarif sistemi yalnız əhali istehlakını tənzimləməkdə deyil, həm də su resurslarını qorumaqda rol oynaya bilər. Lakin qiymət artımı investisiyaların real nəticələri ilə dəstəklənməzsə, sosial narazılıq yarada bilər.

Artan tariflər əhalinin büdcəsinə yük gətirir, xüsusilə aşağı və orta gəlirli ailələr üçün. Bu baxımdan dövlətin məqsədi sosial ədaləti qoruyaraq, investisiyaların nəticələrini effektiv göstərə biləcək mexanizm yaratmaq olmalıdır.  /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır
Next: İlham Əliyev Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.