Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 3
  • Elm və Təhsil Nazirliyindəki istefaların pərdəarxası… – Nə baş verir?

Elm və Təhsil Nazirliyindəki istefaların pərdəarxası… – Nə baş verir?

admin 03/10/2025
ceyhun-elnur

 

Kamran Əsədov: “İstefalar neqativ hal kimi qiymətləndirilməməlidir, əksinə…”

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov vəzifələrindən istefa ediblər.

Məlumata görə, Elnur Nəsibov öz ərizəsi əsasında Elm və Təhsil nazirinə müraciət edib və əmək müqaviləsinə xitam verilib. Nazir Emin Əmrullayevin imzaladığı əmrə əsasən, fondun İdarə Heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Elnur Nəsibov “Facebook” səhifəsində paylaşım edərək, beşillik fəaliyyətindən sonra təhsil sistemindən ayrıldığını bildirib: “Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla, bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram,” – deyə Nəsibov qeyd edib.

Bənzər şəkildə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da öz ərizəsi əsasında işdən ayrılıb. Onun vəzifəsinin müvəqqəti icrasını agentliyin direktor müavini Simnar Məmmədova həyata keçirəcək.

Qeyd edək ki, yerli media istefaların səbəbsiz olmadığını, sözügedən nazirlikdə daxili çəkişmələrin təzahürü olduğunu iddia edir. Bildirilir ki, istefalar davamlı olacaq və Elm və Təhsil Nazirliyinin digər strukturlarındakı bəzi rəhbər şəxsləri də əhatə edə bilər.

Təhsil eksperti Kamran Əsədov nazirlikdəki istefaları  şərh edərkən bildirib ki, bu dəyişikliklər sadəcə kadr rotasiyası deyil, idarəetmədə çevikliyin və islahatların yeni mərhələyə keçidinin göstəricisidir: “İlk növbədə qeyd etmək lazımdır ki, Elnur Nəsibov və Ceyhun Kərəmovun fəaliyyəti təhsil sistemində mühüm iz qoyub. Nəsibov Təhsilin İnkişaf Fondu vasitəsilə tələbələrə sosial və maliyyə dəstəyi göstərib, “Tələbə kartı” layihəsini işə salıb, təhsil forumları və gənclər üçün müzakirə platformaları təşkil edib. Bu təşəbbüslər tələbələrin təhsilə çıxışını asanlaşdırmaqla yanaşı, onların sosial müdafiəsini gücləndirib. Eyni zamanda, Nəsibovun rəhbərliyi ilə fond tərəfindən yüzlərlə tələbəyə təhsil krediti və qrant dəstəyi göstərilib, xaricdə təhsil imkanlarının maliyyələşdirilməsi təmin olunub.”

K. Əsədov əlavə edib ki, Ceyhun Kərəmovun fəaliyyəti də sistemin davamlı inkişafına töhfə verib: “O, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri kimi əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynayıb. Onun dövründə yeni peşə təhsili müəssisələri istifadəyə verilib, müasir ixtisaslar tətbiq olunub, xarici ölkələrlə əməkdaşlıq genişləndirilib. Əgər bir neçə il əvvəl peşə təhsilinə qəbul nisbətən aşağı idisə, indi bu göstərici iki dəfədən çox artaraq 100 minə yaxın şagirdi əhatə edir. Agentliyin təşkil etdiyi beynəlxalq sərgilər, peşə festivalları və işəgötürənlərlə əməkdaşlıq formatları gənclərin praktik bacarıqlarını artırmaq üçün mühüm addımlar olub.”

Ekspert vurğulayıb ki, bu dəyişikliklər idarəetmədə çevikliyin göstəricisidir:“Dövlət idarəçiliyində rotasiya prosesi yalnız şəxslərin dəyişdirilməsi deyil, həm də sistemin yenilənməsi və müasir çağırışlara uyğunlaşması deməkdir. Hər iki rəhbərin fəaliyyəti təhsil sisteminin müxtəlif seqmentlərini gücləndirib: biri tələbələrin maliyyə və sosial təminatını yaxşılaşdırıb, digəri isə əmək bazarına uyğun kadr hazırlığını inkişaf etdirib. Bu baxımdan, istefalar neqativ hal kimi qiymətləndirilməməlidir, əksinə, sistemin çevikliyini və islahatların davamlılığını göstərən normal prosesdir.”

Kamran Əsədov qeyd edib ki, Azərbaycanda təhsil sistemi fərdlərdən asılı deyil:“Təhsil siyasəti dövlətin uzunmüddətli strategiyasına əsaslanır. Bu siyasət rəqəmsal platformaların tətbiqi, beynəlxalq əməkdaşlıqlar və təhsilin məzmununun yenilənməsi kimi islahatlarla davamlı olaraq inkişaf edir. Həm Elnur Nəsibovun, həm də Ceyhun Kərəmovun fəaliyyəti bu prinsiplərə xidmət edib və onların gördüyü işlər təhsil sisteminin modernləşməsinə mühüm töhfə verib.” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Putin müharibəni necə bitirəcəyini bilmir” – Elxan Şahinoğlu
Next: Baş katib: TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.