Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • Azərbaycanda idman zallarında ölüm halları – Həkim nəzarəti niyə vacibdir?

Azərbaycanda idman zallarında ölüm halları – Həkim nəzarəti niyə vacibdir?

admin 07/10/2025
idman_(1)

İdmanın sağlam həyat tərzinin ayrılmaz hissəsi olması cəmiyyətdə daim vurğulanan fikirlərdən biridir. Fiziki aktivlik insan sağlamlığı üçün çoxsaylı müsbət təsirlərə malikdir. Lakin son illərdə idman zallarında və müxtəlif idman növləri ilə məşğul olan şəxslər arasında müşahidə edilən qəfil ölüm halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Elə bir neçə gün öncə Əməkdar artist Cabir İmanovun idman zalında baş verən qəfil ölümü kimi…

Bu baxımdan, idmanın hər kəs üçün eyni dərəcədə faydalı olub-olmaması, bəzi hallarda bədənə zərərli təsiri, yanlış tətbiq olunduqda yarada biləcəyi təhlükələr, sağlamlıq vəziyyətinə görə risk faktorlarının mövcudluğu məsələləri müzakirə mövzusudur.

Maraqlıdır, hər kəs istənilən idman növü ilə məşğul ola bilərmi? Hansı idman növləri riskli ola bilər? Ölkədə fəaliyyət göstərən idman zallarında həkim olurmu, vətəndaşdan sağlamlıq kağızı tələb olunurmu?

Qanun nə deyir?

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən (Bədən tərbiyəsi və idmanla məşğul olan uşaq və gənclərə həkim nəzarəti) bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar. Həmin maddədə bildirilir ki, tibbi-bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan kabinetləri, sahə həkimləri bədən tərbiyəsi və idman üzrə məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin qeydiyyatını aparır, onların sağlamlıqlarının, fiziki inkişafının vəziyyətinə və səviyyəsinə həkim nəzarətini həyata keçirirlər.

Göründüyü kimi qanunvericilik yalnız dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə zamanı sağlamlıq kağızını tələb edir.

Millinin sabiq baş məşqçisi Şahin Diniyev deyib ki, həvəskar idman sağlamlığı qorumaq üçündür.

“Burada əsas diqqət yüngül qaçış, yeriş və yüngül idman hərəkətlərinə yönəlir.

Peşəkar idman isə daha çətindir. Həmişə sağlam olmursan, çünki təzyiq, stress altında iş görürsən. Bu da idmançıların gələcəyi üçün təhlükəli ola bilir: sonradan müəyyən xəstəliklərin yaranmaq ehtimalı yüksəkdir. Daim təzyiq, yük altında olmaq ürək-damar sistemində problemlərə yol açır”.

Həkim nəzarəti olmalıdır

Sabiq baş məşqçi buna görə də həkim nəzarətinin vacibliyini vurğulayır.

“Yoxlanışdan keçmək lazımdır. Əsas ürək-damar sistemi yoxlanılmalıdır. Hər bir klubda idman həkimlərinin labüdlüyü vacibdir. Bu, idman zallarında da olmalıdır. Zallarda ölüm sayları çoxalır. Bu da əsas ürəyə güc düşməsi ilə bağlıdır. Buna görə də həkim nəzarəti olmalıdır. İnsana nə qədər yük verilə biləcəyi müəyyən edilməlidir”, – o əlavə edib.

Onlar sağlamlıq problemlərini gizlədirlər

Mövzu ilə bağlı Teleqraf-a danışan fitness məşqçisi, idman zallarının birinin rəhbəri Kamil Zeynallı belə zalların əksəriyyətində həkimin olmadığını, sağlamlıq kazığının isə tələb olunmadığını qeyd edib.

“Sağlamlıq kağızının tələb olunması ilə bağlı xüsusi tələb, qanun yoxdur. Bu, məşqçinin və zala gələn şəxsin məsuliyyətindən asılıdır:

“Məşqçi idman zalına gələn şəxsin sağlamlıq durumunu soruşur. Həmin şəxs də dürüst cavab verməlidir. Amma gələn şəxslər bəzən sağlamlıq problemlərini gizlədirlər. O insanların çoxu idman zalına əsasən arıqlamaq və ya bədənini formaya salmaq, yaxud kökəlmək məqsədi ilə gəlir. Sağlamlıq probleminə görə, məsələn, ürəyində olan problem üçün idman etmək istəyən şəxslər bulvarda gəzintiyə çıxırlar”.

Həkimə idman zalında işləmək sərf etmir

Fitness məşqçisi idman zallarında ölüm hallarının az qeydə alındığını deyib.

“Azərbaycanda idman zallarının çoxunda həkim yoxdur. Ümumiyyətlə, həkimə idman zalında işləmək sərf etmir. Həkimlər daim pasiyentlərlə işləyirlər. İdman zalında isə nadir hallarda həkimə ehtiyac duyulur.

Bu, xaricdə də belədir. Mən Avropa ölkələrindəki idman zallarında az hallarda həkimlə rastlaşmışam”, – o əlavə edib.

Məşqçilər ilkin tibbi yardımı bacarırlar

Onun sözlərinə görə, məşqçilər ürəkgetmə, başgicəllənmə kimi hallarda ilkin tibbi yardım göstərməyi bacarmalıdır.

“Uzun zaman məşq etməyən bir insan idmana başlayanda ilk günlər halsızlıq, başgicəllənmə, ürəkgetmə ola bilir. Pəhriz saxlayıb ac məşq etdikdə də halsızlıq olur. İdman zallarında məşqçilərin çoxu belə hallarda ilkin tibbi yardım göstərməyi bacarırlar. Hər məşqçinin tibbi bilikləri olmalıdır. Məsələn, keysəriyyə əməliyyatı olan bir qadın 6 aydan tez idmanla məşğul ola bilməz. Amma təbii doğum edən qadın 1 ay yarımdan sonra idmana başlaya bilər. Bunu hər məşqçi bilmir, amma bilməlidir. Məsələn, bir insanın belində, ayağında, ürəyində problem varsa, ona mütləq uyğun proqram tərtib olunmalıdır. Bəzi məşqçilər bilməsə belə bildiyini deyir, bu da artıq onun öz məsuliyyətidir”.

Azərbaycanda məşqçini görkəminə, Avropada savadına görə seçirlər

K.Zeynallı bildirib ki, Azərbaycanda zallara məşqçiləri seçəndə daha çox görkəminə fikir verirlər.

“Ölkədə idman zallarının 99%-i özəldir. Bir məşqçinin görkəmi və bir az da savadı varsa, onu məşqçi kimi işə götürürlər. Diplomunu, sertifikatını soruşan olmur.

Əslində məşqçinin özündə o görkəmi yaratması da anatomiyadan irəli gəlir. Məşqçi özünü o hala gətiribsə, deməli anatomiyadan anlayışı var, düzgün qidalanmanı bilir. Bu da bir tərəfdən onun göstəricisidir.

Avropada isə əsas savada fikir verirlər. Məsələn, mən İtaliyada məşqçilik kursunu keçəndə oraya 20 ölkədən 60-70 məşqçi gəlmişdi. Azərbaycanda 3 məşqçi var idi. Onların içində bədən forması baxımından ən görkəmlisi biz idik. Biz onlardan bədən formalarını nə üçün məşqçi kimi saxlamadıqlarını soruşduq. Onlar dedilər ki, bizdə daha çox savada önəm verirlər”, – o qeyd edib.

10-15 ildir ki, protein tozu istifadə edirəm, amma…

Fitness məşqçisi idmanda əlavə qida olaraq protein tozundan istifadə edildiyini və onun insan bədəninə həm faydalı, həm də zərərli ola biləcəyini qeyd edib.

“İdmanla məşğul olan bəzi insanlar müəyyən səbəblərdən düzgün qidalana bilmir. Buna görə də bu tozlardan istifadə etmək lazımdır. Proteinin tərkibində gündəlik lazım olan qidaların, vitaminlərin tərkibləri var. Protein qidalardan əldə edilir. Protein tozları və digər məhsulların insana xeyri də, zərəri də ola bilər. Protein tozları qaraciyərdə, mədə-bağırsaq sistemində problem olan insanlara verilməli deyil. Savadlı məşqçi şəxsin bu probleminin olub-olmadığını öyrənməlidir. Belə problemləri olan insanların müalicə dövrü bitəndən sonra onlara qədərinə uyğun protein tozu verilə bilər. Əks halda protein tozu zərərli ola bilər. Belə olduqda isə günahı protein tozlarının üzərinə atırlar. Mən özüm 10-15 ildir ki, protein tozu istifadə edirəm. Amma mənə zərəri olmayıb, çünki düzgün qidalanıram.

Bu məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, gömrük orqanı tərəfindən yoxlanılır, apteklərdə də satılır.

Bəzi həkimlər özləri xəstələrə protein tozu tövsiyə edir, çünki bu, bəzi xəstə insanları dirçəldir, həmçinin kökəldir. O baxımdan bu tozları qaydasında və qədərində istifadə etdikdə zərəri olmur”.

Hər kəs öz sağlamlıq vəziyyətinə uyğun idman seçməlidir

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan bildirilib ki, idman hər kəs üçün eyni dərəcədə faydalı deyil.

Xüsusilə də yaxın zamanda infarkt və ya insult keçirənlər, ürək çatışmazlığı olanlar, ciddi ritm pozğunluğu yaşayanlar üçün ağır idman sağlamlığa təhlükə yarada bilər:

“Qəfil ürək dayanması, infarkt, nəfəs çatışmazlığı, ciddi travmalar mümkündür. Erkən müayinələr həyat qurtarır və mütləq həkimlərdən məsləhət alınmalıdır. Belə xəstələrdə sadəcə yüngül və uyğun idman növlərinə üstünlük verilməlidir. Məsələn, gündəlik gəzinti, nəfəs məşqləri, üzgüçülük, yoqa və pilatesin sadələşdirilmiş variantları təhlükəsizdir. Əsas qayda odur ki, hər kəs öz sağlamlıq vəziyyətinə uyğun idman seçməlidir”.

İdmana başlamadan öncə yoxlanış olmalıdır

İnstitutdan bildirilib ki, idman öncəsi yoxlanış əslində hər kəs üçün faydalıdır.

“Minimum olaraq qan analizi, təzyiq və nəbz ölçülməsi, elektrokardioqramma (EKQ) edilməlidir. Əgər əlavə risk faktorları varsa, ürəyin exokardioqrafiyası və ağciyər müayinəsi də aparılmalıdır. Bu sadə addımlar insanı böyük fəsadlardan qoruya bilər. İdman sağlamlığın dostudur. Hər kəs öz sağlamlıq vəziyyətini nəzərə almalı, həkimlə məsləhətləşməlidir. İdmanı həyatınızdan çıxarmayın”./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan “Altay”
Next: “Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar…

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.