Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 10
  • Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı – Əvvəl qalib seçir, sonra uyğun görmür

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı – Əvvəl qalib seçir, sonra uyğun görmür

admin 10/10/2025
elm-ve-tehsil-nazirliyi1

 

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri üzrə 30.07.2025-ci il tarixdə başlanılmış açıq tender sorğusunda “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.095.862,39  manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmalarının vahid internet portalında 09.10.2025-ci ildə dərc edilib.

Satınalmaların vahid portalında 07.10.2025-ci ildə dərc edilmiş məlumata görə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 25.08.2025-cü il tarixində “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş tenderdə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.777.208,62 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi iki gün fərqlə “S.H. İNŞAAT XİDMƏTİ” MMC-ni ümumi dəyəri 17 milyon manata yaxın olan iki tenderin qalibi seçib.

Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 25.08.2025-cü ildə  başladığı satınalmada daim işbirliyində olduğu “TURAN.İ.O.” MMC və “MEQAPLUS” FİRMASI “-nı Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci ( təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən kənarlaşdarıb.

Buradan sual yaranır. “MEQAPLUS” FİRMASI “təchizatçı və (və ya) subpodratçı olaraq uyğunluq göstəricilərinə cavab vermirsə cəmi ay yarım əvvəl, daha dəqiqi 21.08.2025-ci ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi analoji iş üzrə Sumqayıt şəhər 21 nömrəli 1176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınmasına dair 4.434.254,38 manat dəyərində müqaviləni sözügedən şirkətlə hansı əsalarla bağlayıb.

Eyni zamanda respublika üzrə bir sıra təhsil müəssisələrinin abadlıq, təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 19.12.2024-cü ildə 4.407.573,97 manat dəyərində satınalma müqaviləsi “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hansı əsalarla bağlanılıb?

Qeyd edək ki, bunlar Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqavilələri deyil. “Qarabağ Universitetinin Klinikası”PHŞ-nin Tədris və Klinika binalarının mebel-inventar, avadanlıqlar və laboratoriyalarla təchizatı üzrə 9.000.000 manat, Qarabağ Universitetinin Klinikası” PHŞ-nin Klinika binasının cari və Tədris binasının əsaslı təmir işləri üzrə 9.000.000 manat dəyərində bir mənbədən satınalma metodu ilə iki müqavilə 13.05.2025-ci ildə bağlanılıb.

Respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 3.492.100,54 manat dəyərində bir müqavilə 18.10.2024-cü ildə, respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə bir müqavilə də 06.02.2024-cü ildə bağlanılıb ki, dəyəri 7.795.545,18 manat təşkil edib.

Ümumilikdə isə 2022-ci ilin dekabrından 2023-cü ilin dekabr ayına qədər tərəflər arasında ümumi dəyəri 25 milyon manatdan çox 14 satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti daim işbirliyindədirlər Bəs gəlin görək bu şirkət haqqında aşıq mənbələrdə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “S.H. İNŞAAT XİDMƏTİ” (VÖEN: 1302481541) Məhdud Məsuliyyətli Cəmiyyətin 05.05.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR. , ev.24, MƏHƏLLƏ 540, m.11, qanuni təmsilçisi kimi isə Heydərov Səməd İsmayıl oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2011-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfəılərlə maliyyə sanksiyası tətbiq edilmişdir.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Açıq mənbələrdə “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin barəsində olan rəsmi məlumatlar bu qəsdərdir. Amma şirkətin qalib olduğu tenderlər barədə kifayət qədər geniş məlumatlar var. Şirkətin adı daha çox Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin keçirdiyi şübhəli satınalmalada hallanır. Məsələn qeyd edilir ki, “respublikanın bir sıra təhsil müəssisələri”ndə təmir işləri adı altında keçirilən satınalmalarda hansısa səbəblərdən təmir işləri aparılan və ya aparılacaq “bir sıra təhsil müəssisələri”nin adını açıqlamır. Satınalmalarda təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin  Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar – Sürprizə imkan verilmədi
Next: “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -Elektron satınalma olmadan, bir şirkətlə 2 müqavilə(?)!

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.