Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 10
  • “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -Elektron satınalma olmadan, bir şirkətlə 2 müqavilə(?)!

“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -Elektron satınalma olmadan, bir şirkətlə 2 müqavilə(?)!

admin 10/10/2025
qarabag-idea

 

Preparatların alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Publik Hüquqi Şəxs (PHŞ) “BİOVETAQRO” MMC ilə xüsusi preparatların alınması ilə bağlı iki müqavilə bağlayıb. Dəyəri 110.215 və 106.080 manat olan əməkdaşlıqla bağlı məlumat 15.09.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib…

Xatırladaq ki, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ 29 aprel 2025-ci ildə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında nizamnamə fondu 2.000.000 (iki milyon) manat olmaqla formalaşıb. Sanitariya və Texniki Təmizlik İdarəsindən bildirdilər ki, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ hazırda birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.

           ***

Tərəflər arasındakı hər iki müqviləni birləşdirən bir ortaq fakt var: bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ yuxarıda qeyd etdiyimiz işlər üzrə tender elan etmədən, bir mənbədən olmaqla “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlayıb.

Bu maraq doğuracaq faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur: xüsusi preparatların alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “BİOVETAQRO” MMC ilə iki müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf olaraq “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“BİOVETAQRO” MMC-nə niyə üstünlük verilib? Və s…                   

Biz Yenixeber.org olaraq, bu və digər suallarımıza cavab almaq istəyi ilə 16.09.2025-cil tarixdə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ-in İdarə Heyətinin sədri Heyran xanım Hüseynova-Kalendirə online rəsmi sorğu ünvanladıq.

Təəssüf ki, bu günə qədər sorğumuza cavab olmayıb. Səbəbu bizim üçün də naməlum olaraq qalır…Bəlkə, cavab yazmağa söz tapılmayıb…Bəlkə də, başları daha da ciddi işlərə qarışıb və bu səbəbdən də cavab yazmağa zaman ayırmağı uyğun bilməyiblər…Bəlkə də,…

Nə isə ümid edək ki, qarşıdakı günlərdə sorğumuz cavablandırılacaq və biz də daha detallı və geniş yazı hazırlaya biləcəyik.

        ***

“BİOVETAQRO” MMC ilə də bağlı durum maraqlıdır…Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi şirkətin nəinki saytı yoxdur, internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək də mümkün olmadı(?) Bircə o məlum oldu ki, şirkət gübrə və pestisidlərin təchizatı ilə məşğuldur.

Ötən ilin fevralında mediada yayılan məlumata görə, “BİOVETAQRO” MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə. Bu maddə ilə hüquqi şəxslərin cərimələnməsi 20.000-25.000 manat arasında nəzərdə tutulur.

                                 Və son əvəzi…

Hörmətli Heyran xanıma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulu heç bir məmura dədə-babasından qalmış əmanət də deyil ki, könülü istədiyi kimi xərcləsin!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı – Əvvəl qalib seçir, sonra uyğun görmür
Next: Bu, Moskvanı Bakının AZAL ilə bağlı tələblərini İNDİ qəbul etməyə VADAR ETDİ

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.