Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • “Hakimiyyətin 3 qolunda da Mehdiyevin yetirmələri var” – SENSASION AÇIQLAMA

“Hakimiyyətin 3 qolunda da Mehdiyevin yetirmələri var” – SENSASION AÇIQLAMA

admin 17/10/2025
ramiz-mehd

 

Ramiz Mehdiyevin həbsindən sonra ona elan olunmuş dövlət çevrilişinə cəhd ittihamına şübhə ilə yanaşanlar var.

Onillərlə ölkənin bütün strateji qərarlarında, təyinatlarında və hətta məhkəmə hökmlərində belə, onun təsir izləri görünsə də, “Mehdiyev təkbaşına dövlət çevrilişi edə bilərdimi” sualı səngimir.

Tanınmış vəkil Əkrəm Həsənov konkret məhkəmə təcrübəsinə əsaslanaraq bu sualla bağlı fikirlərini açıqlayıb. Əkrəm Həsənov ötən il Ramiz Mehdiyevin ailə üzvlərindən birinə – baldızı Nazi Çanturiyaya qarşı apardığı məhkəmə prosesinin nəticələri əsasında bir sualın cavabını tapıb.

-Ramiz Mehdiyev doğrudanmı hələ də güc sahibidir?

Vəkil “Cavab birmənalıdır – bəli”, deyir.

-Ramiz Mehdiyev həqiqətənmi dövlət çevrilişinə cəhd etməyə qadirdir?

Vəkil eyni cavabı səsləndirir:

-Bəli!

Və fikrini belə davam etdirir:

-Söhbət cəhdin uğurlu olub-olmamasından getmir. Onun buna qadir olduğuna inanmasından gedir.

Hakimiyyətin üç qolu var: qanunverici, icra və məhkəmə. Hamısında da Mehdiyevin yetirmələri az deyil. Ən əsası isə əksər vəzifəli şəxslər hülqumu, siması, prinsip və dəyərləri olmayanlardır. Məlum olduğu kimi, yalnız müqavimət göstərənə söykənmək, arxalanmaq olar. Beləsi isə bizdə azdır.

Milli Məclis barədə ümumiyyətlə danışmaq istəmirəm: bir-iki istisna ilə orada oturanlar, Allah göstərməsin, istənilən çevriliş edənin hakimiyyətini tanıyarlar. Orada oturan ən qocaman deputat Ziyad Səmədzadə barədə Heydər Əliyev nahaq yerə deməmişdi ki, “O, konyukturaya qulluq edən adamdır. Bizim hakimiyyətimizin vaxtında bir avaz oxuyurdu, indiki hakimiyyət vaxtında başqa avaz oxuyur”.

Hökumətimizdə də şəxsiyyəti olan adamlar əvvəlkindən daha azdır. Mehdiyevin kadrları olmayanların əksəriyyəti qlamur oğlancıqlardır. Beyət etməyənləri sadəcə o dəqiqə Qərbə qaçacaq.

Məhkəmə sisteminə gəldikdə isə orada Mehdiyevin dövründə və xeyir-duası ilə təyin olunanlar hələ də əksəriyyət təşkil edir. İş metodları da dəyişməyib. Hökumətdə heç olmasa dəyişiklik var. İstənilən qanunsuz qərarı qəbul edə bilərlər.

Deməli, təxmini 20 il bundan əvvəl hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov Mehdiyevin adından hərəkət edərək bir biznes sahibi olan ər-arvaddan həmin biznesi zorla almışdı. Biznesin yeni sahibləri isə Rasim Məmmədov və Mehdiyevin baldızı Nazi Çanturiya olmuşdu. Ər-arvad pul tələb edəndə Rasim Məmmədov onlara demişdi ki, sizi öldürmək mənə daha sərf edir, nəinki pul vermək. Ər bir müddət sonra xəstələnib vəfat edib. Arvadı isə hədə-qorxu ilə üz-üzə qalaraq xaricə getməyə məcbur olmuşdu. Rasim Məmmədov həbs olunanda xanım Azərbaycana döndü və biz Məmmədova və Çanturiyaya qarşı iddia qaldırdıq ki, biznesin guya satılması müqaviləsi etibarsızdır, çünki hədə-qorxu əsnasında bağlanılıb və pul da verilməyib. Hətta onların gətirdiyi şahid də bu faktı təsdiqlədi!

Məhkəmə gedişatında Rasim Məmmədovun və Nazi Çanturiyanın nümayəndələri Ramiz Mehdiyev barədə mənfi danışmağıma dərhal reaksiya verirdilər: ay, nə bilim, Ramiz müəllim belə şəxsiyyətdir, elə şəxsiyyətdir, dövlət təltiflər var və s. və i.a. Ən əsası isə işin mahiyyətindən demək olar ki, danışmırdılar. Əsas arqumentləri iddia müddətinin ötməsi idi. Deyirdilər ki, niyə iddianı indi veririk, üstündən 15 ildən çox müddət ötüb?

Cavab verirdim: ona görə ki, hədə-qorxu amili hələ indi aradan qalxıb nisbətən. Çünki Ramiz Mehdiyev artıq vəzifədə deyil, Rasim Məmmədov isə həbsdədir, amma hətta həbsdə ola-ola da güclüdür: məsələn, Əvəz Zeynallını tutdurdu.

Buna baxmayaraq, bütün məhkəmə instansiyaları Rasim Məmmədovun və Nazi Çanturiyanın, daha doğrusu Ramiz Mehdiyevin tərəfini tutdu. Sonuncu məhkəmə qərarını bir il əvvəl Ali Məhkəmə qəbul etdi. Odur ki, Ramiz Mehdiyevin gücünün əyani şahidiyəm. Onu da bilirəm ki, o, Lenin kimi öləndən sonra da sağ olacaq. Gedən cismi olacaq, ruhu məmurlarımızın əksəriyyətində olacaq…

Vəkil sonda Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin nə vaxt həbs olunacağını sual edib. /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanla ticarət əlaqələrinin güclü olduğu ölkələr (SİYAHI)
Next: Sirus Təbrizli Ramiz Mehdiyevdən Heydər Əliyevə belə şikayət etmişdi

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.