Skip to content
23/10/2025
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

admin 17/10/2025
pt-ilham

 

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar yayılıb. Bu informasiya Bakı-Moskva xəttindəki baş verənlərin pərdəarxasına anlamağa imkan verir.

Mehdiyevin Əliyevlə Putinin Düşənbə görüşündən sonra həbs olunması suallar yaratmışdı: Bakı-Moskva xəttində problemlər aradan qalxdığı vaxt Rusiyaya bağlı fiqur niyə həbs olundu?

Yayılan məlumatlar bu suala aydınlıq gətirir: Rusiya tərəfi Düşənbədə Mehdiyevin çevriliş planı ilə bağlı Azərbaycanı məlumatlandırıb. Əliyevlə Putinin görüşündən dərhal sonra Mehdiyevin həbs edilməsi də bu informasiyanın doğruluq payını gücləndirir, çünki siyasi və ictimai fəaliyyətdən uzaqlaşmış 87 yaşlı keçmiş “boz kardinal”ın neytrallaşdırılması zərurəti yalnız dövlətə real təhlükə yarada biləcəyi halda baş verə bilərdi. Aydın olur ki, Mehdiyev son bir il ərzində Azərbaycanda çevrilişin həyata keçirilməsi planına Rusiyanın dəstək verməsi istiqamətində işləyirmiş.

Əslində onun 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan gedişindən sonra “geri qayıtmaq” uğrunda mübarizə aparacağı və formalaşdırdığı “beşinci kalon” vasitəsilə təxribatlar törədəcəyi gözləntiləri vardı. Hətta Mehdiyevin AMEA-nın prezidenti postunda olduğu dövrdə elm ocağını özünün siyasi təxribat planlarının yuvasına çevirdiyi deyilirdi: “beşinci kalon”un üzvlərini Elmlər Akademiyasındakı ofisində qəbul edir, müəyən tapşırıqlar verirdi, eyni zamanda, Rusiyadan gələn emissarları da burada qəbul edirdi.

Bunu ispat edən faktlar da mövcuddur: Mehdiyevin AMEA-da yaratdığı vəziyyət elm adamlarının ciddi narazılığına səbəb olmuşdu, etiraz dalğası ictimai şəkildə dilə gətirilirdi. 2022-ci ilin 14 fevralında Akademiyada keçirilən iclasda o, yaşı ilə əlaqədar vəzifəsindən getmək istəyi haqqında Prezident İlham Əliyevə müraciət edəcəyini bildirdi. Bundan 5 gün sonra – 19 fevralda AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul olundu. Hərçənd, 17 martda Mehdiyev yenidən AMEA-da peyda oldu. İlkin məlumata görə, gəlişinin səbəbi şəxsi əşyalarını götürmək olub, daha sonra isə Mehdiyevin Rusiyadan gələn nümayəndələrlə – Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüşdüyü məlum oldu.

Hələ o vaxtdan Mehdiyevin Rusiyada bağlı olduğu dairələrlə sıx əlaqədə olduğu aydın görünürdü, lakin ictimai-siyasi həyatdan tamamilə çəkildikdən sonra hesab etmək olardı ki, “zamanın keçdiyi” reallığını qəbul edib və ömrünün ahıl dövrünü ailəsi ilə birlikdə keçirir. Məlumatlar isə onun “bəlkə də qaytardılar” ümidi ilə təxribat planlarından əl çəkmədiyini göstərir. Burada müxtəlif səbəblər ola bilər.

1. 87 yaşlı Mehdiyev qisas hissi ilə yaşayırmış və hələ də “güclü olduğunu” düşünürmüş;

2. Ömrünü həsr etdiyi imperiya naminə ölümündən öncə Rusiyanın maraqlarına sonuncu xidməti edib;

3. Fiziki və mənəvi baxımdan adekvat olmasa da, prezident postuna yüksəlmək, ölkənin birinci şəxsinə çevrilmək ehtirasının əsirinə çevrilib;

Mehdiyev AZAL-ın təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya xəttində yaranmış böhranlı vəziyyəti hədəfinə çatmaq üçün “unikal şans” olaraq görüb. Məlumatlara görə, o, Azərbaycanda çevriliş planının hazır olduğu haqda Rusiyanı məlumatlandırıb və dəstək istəyib. Plana görə, hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövründə Mehdiyevin rəhbərlik edəcəyi Dövlət Şurası formatında mexanizm yaradılacaqmış. Hətta bu qurumda təmsil olunacaq şəxslərin məlumatları da Rusiya ilə paylaşılıb.

Rusiyanın çevriliş planını Azərbaycanla paylaşması Mehdiyevin təxribatlarını ifşa etdi. Bu məqam xüsusilə diqqətçəkəndir: Rusiya ona işləyən Mehdiyevi niyə ifşa edib?

Bu sualın birdən çox cavabı mümkündür.

Birincisi, Putinin planla razılaşmaması ola bilər;

Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar prezident Putin tərəfindən verilir;

Görünür, Mehdiyev çevriliş planını Rusiyada bağlı olduğu kanallarla paylaşıb və bu, Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb.

İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib;

Mümkündür ki, Mehdiyevin çevriliş planı Kremlə təqdim olunub, lakin bunun reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin ölkədəki reytinqi və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Moskva Mehdiyev və komandasını Bakı ilə münasibətlərdə siyasi divident qazanmaq üçün qurban verib.

Bundan sonra nələr olacağını təxmin etmək çətin deyil:

– Mehdiyevin vəzifəsindən sui-istifadə edərək, əldə etdiyi qeyri-qanuni sərvət dövlət tərəfindən müsadirə ediləcək;

– Aldığı dövlət mükafatlarından məhrum ediləcək;

– İllərdir formalaşdırdığı və bu millətə xidmət etmədikləri sirr olmayan şəbəkəsi ifşa ediləcək;

Baş verənlərdə bir həqiqət xüsusilə örnək hesab oluna bilər: Ramiz Mehdiyevi xidmət etdikləri qurban verdi./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Zakir Həsənov Azərbaycan Ordusunun təminatını və döyüş hazırlığını yoxlayıb
Next: Azərbaycanla ticarət əlaqələrinin güclü olduğu ölkələr (SİYAHI)

OXŞAR MÖVZULAR

pashinyan-yeni (2)

Paşinyandan növbəti önəmli açıqlama – “Azərbaycanla Ermənistanın tarixi bir-birinə bağlıdır”

admin 22/10/2025
eliyev-astana

Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri nədir?

admin 21/10/2025
azal-ramiz

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

admin 17/10/2025

XƏBƏR LENTİ

  • 7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? 22/10/2025
  • “AZAL təyyarəsi haqqında hesabat yeni ildən sonra təqdim ediləcək” – Qazaxıstan rəsmisindən açıqlama 22/10/2025
  • Moskva ağ evə “özəl şərtlərini” göndərib – Ukrayna ilə bağlı sənəddə nə deyilir? 22/10/2025
  • Paşinyandan növbəti önəmli açıqlama – “Azərbaycanla Ermənistanın tarixi bir-birinə bağlıdır” 22/10/2025
  • Nazir: Qazaxıstan taxılının Azərbaycandan tranzitlə Ermənistana daşınmasına icazə mühüm addımdır 22/10/2025
  • İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib 22/10/2025
  • Antiinhisar Agentliyi “EKO FERMA AZƏRBAYCAN” MMC-yə açıq-aşkar belə şərait yaradır 22/10/2025
  • Nazirliyin kvadratı 435 manata satdığı mənzillər “yoxa çıxıb” – AÇIQLAMA 22/10/2025
  • Trampla Putinin görüşü niyə baş tutmayacaq? – Səbəblər 22/10/2025
  • Əsgər getməyə hazırlaşanların nəzərinə! – Yenilik var 22/10/2025
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:Ölü təşkilatları belə dirildirlər… 22/10/2025
  • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb 22/10/2025
  • AMB inflyasiya gözləntilərini açıqlayıb 22/10/2025
  • Çempionlar Liqası: “Barselona” və PSJ qələbə qazanıb, “Qarabağ”ın rəqibi isə uduzub 22/10/2025
  • Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayır: Qiymət açıqlandı 21/10/2025
  • Avropa və Ukrayna 12 bəndlik plan hazırlayır – PLANDA NƏLƏR VAR? 21/10/2025
  • LDU-də müəmmalı təyinatlar və gecikmiş azad etmələr 21/10/2025
  • Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri nədir? 21/10/2025
  • Azərbaycan və Qazaxıstan arasında 10-dan çox sənəd imzalanıb 21/10/2025
  • İşləməyənlər icbari tibbi sığortadan – Ödənişli istifadə edə bilər 21/10/2025

Sağlamlıq

qrip

Portağal və balı unudun: Professor soyuqdəyməni tez aradan qaldırmağın yollarını açıqladı

admin 17/10/2025
coke_cay

İmmuniteti gücləndirir: Qışda bu 5 çayı mütləq için!

admin 10/10/2025
sarımsaq-ç

Limon və sirkədən 10 dəfə daha təsirli çıxdı – İltihabı azaldır, təzyiqi tənzimləyir

admin 01/10/2025
zencefil

Həkimlər bu barədə susur – Alman nevroloq qəfil ölümdən qorunmağın sirrini açdı

admin 23/09/2025
infarkt_0895

Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydası

admin 20/08/2025

MƏDƏNİYYƏT

son-ucus-hekaye

SON UÇUŞ – Hekayə

admin 04/10/2025
cabir iman

Cabir İmanov qəfil vəfat etdi

admin 29/09/2025
adil-kerim

Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub

admin 23/09/2025
milli_musiqi

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

admin 18/09/2025
324985

Xalq artisti Yaşar Nurinin doğum günüdür

admin 03/09/2025

İDMAN

uefa-loqo

Çempionlar Liqası: “Barselona” və PSJ qələbə qazanıb, “Qarabağ”ın rəqibi isə uduzub

admin 22/10/2025
alonso

“Real”da xaos: Eqolar, qəzəb və Xabi Alonso ilə hesablaşma

admin 06/10/2025
kup-20

Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər

admin 02/10/2025
barselona

ÇL: “Barselona” evdə UDUZDU – gecənin matçları

admin 02/10/2025
fk qarabağ

“Qarabağ” əsas mərhələdə “Kopenhagen”i də məğlub edib

admin 01/10/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2025 aktualinfo.org All rights reserved. | MoreNews by AF themes.